Devanaqari (sanskr.देवनागरीdevanāgarīIAST, hind.[ˌdeːvˈnɑːɡriː] — hərfi mənası «ilahi yazı») — Nagari hind yazısının formalarından biri, Brahminin qədim hind yazısından qaynaqlanmışdır. VIII və XII əsrlər arasında formalaşmışdır. Sanskrit, hindi, marati, Sindhi, Bihari, Bhili, Marvari, Konkan, Bhojpuri, Nepal, Nevar dilində, bəzən də Kəşmiri və qaraçı (Romani) dillərində istifadə olunur. Devanaqari yazısının xarakterik bir xüsusiyyəti aşağıya “asılmış” hərflərin əlavə olunduğu yuxarı (əsas) üfüqi xəttdir. Soldan sağa yazılır.