Denpasar
Şəhər | |
Denpasar | |
---|---|
ind. Kota Denpasar | |
8°39′ c. e. 115°13′ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
Bölgə | Bali |
Əyalət | Bali (əyalət) |
Mer | İda Baqus Rai Dharmavicaya Mantra |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1788-ci il 27 fevral |
Sahəsi | 127.78 km² |
Mərkəzin hündürlüyü | 4 m |
Saat qurşağı | UTC+08:00 |
Əhalisi | |
Əhalisi | 708 454[1] nəfər (2013) |
Sıxlığı | 6700 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +62 361 |
Nəqliyyat kodu | DK |
Digər | |
denpasarkota.go.id | |
Vikianbarda əlaqəli mediafayllar |
Denpasar (ind. Kota Denpasar) - İndoneziyada şəhər. Balinin paytaxtı. Dünyanın ən çox turist cəlb edən yerlərindən biridir.
Etimologiya
[redaktə | mənbəni redaktə et]Denpasar sözü bali dilində "den" (şimal) və "pasar" (bazar) sözlərindən götürülmüşdür. Bu da şəhərin mənşəyinin qədim vaxtlkardan ticarət şəhəri olduğunu göstərir. Şəhərin həmin qədim hissəsi indi Kumbasari Bazarı adı ilə tanınır.[2]
İqlimi
[redaktə | mənbəni redaktə et]Keppenin iqlimlər təsnifatına görə Anadır tropik səhra iqlimə malikdir. Burada hava isti və nəmdir. İl boyu tempratur dəyişikliyi çox azdır. Ortalama tempratur 28 °C-dir. İl iki mövsümə bölünür : nəm (noyabr-aprel ayları) və quru (may-oktyabr).
Əhalisi
[redaktə | mənbəni redaktə et]2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görən Denpasarın 788 445 nəfər əhalisi olmuşdur. Buradakı əhali əsasən Hinduizm (68.4%) dininə sitayiş edir. Hinduizmi İslam, Xristianlıq, Buddizm və Konfutsiçilik izləyir.[1]
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Hava nəqliyyatı
[redaktə | mənbəni redaktə et]Şəhərdən 13 km cənubda yerləşən Denpasar Beynəlxalq Hava Limanı İndoneziyanın ən işlək hava limanlarından biridir.
Dəniz nəqliyyatı
[redaktə | mənbəni redaktə et]Bonea Limanı şəhərin dənizə çıxışını təmin edir. Liman şəhər mərkəzindən 10 km aralı yerləşir və 1924-cü ildən fəaliyyət göstərir.
Avtomobil nəqliyyatı
[redaktə | mənbəni redaktə et]İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Turzim və infrastrukturun inkişafı şəhər iqtisadiyyatının güclənməsinə səbəb oldu. İqtisadiyyatın böyük hissəsi ticarət, otellər və restoranların payına düşür. Həmçinin əl işləmələri sənəti də böyük əhəmiyyətə malikdir.
İdman
[redaktə | mənbəni redaktə et]Denpasarda çoxsaylı beynəlxalq və milli idman tədbirləri keçirilir. Şəhər 2008-ci il Asiya Plyaj Oyunları və 2009-cu il Asiya Oxatma Çempionatına ev sahibliyi etmişdir. Həmçinin Perseden Denpasar futbol klubu şəhəri Nusantara Liqasında təmsil edir.
Təhsil
[redaktə | mənbəni redaktə et]Denpasarda aşağıdakı təhsil ocaqları var :
- Udayana Universiteti
- Varmadeva Universiteti
- Milli Təhsil Universiteti
- Denpasar Mahasarasvati Universiteti
- İndoneziya İncəsənət İnsitutu, Denpasar
Qardaşlaşmış şəhərlər
[redaktə | mənbəni redaktə et]Denpasar aşağıdakı şəhərlərlə qardaş şəhər statusuna malikdir :
- Palembanq, İndoneziya
- Veracrus, Meksika
- Qran-Kanariya, İspaniya
- Pxuket, Tailand
- Haykou, Çin
- Corc Taun, Malayziya
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Arxivlənmiş surət" (PDF). 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-16.
- ↑ "Gambaran Umum Kota Denpasar dan Pemertahanan Bahasa Bali" (PDF). 20 May 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 25 January 2013.