Dekorativ bitki
Dekorativ bitki və ya bəzək bitkisi – bəzək və dekorasiya məqsədilə yetişdirilən bitki növü. Dekorativ bitkilərinin əksəriyyəti tropik ölkələrin nümayəndələri olduğundan öz yaşadığı şəraitə uyğun olaraq qulluq edilir.
Tarix
[redaktə | mənbəni redaktə et]Bitkilərin dekorativ məqsədlərlə yetişdirilməsi qədim sivilizasiyalarda ilk dəfə e.ə. 2000-ci ildə başlayıb. Qədim Misirdə Amon fironları dekorativ bitkilərin yetişdirilməsi üçün böyük ərazilər ayırırdılar.[1]
Xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]Dekorativ bitkilərə bəzən otaq bitkisi də deyilir. Belə bitkilərdən müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Bu bitkilər dərman kimi də istifadə olunur. Dekorativ bitkilərin 2 növü var: çöldə istifadə olunan və evdə istifadə olunan dekorativ bitki. Çöl dekorativ bitkiləri daha dözümlü olur. Buna görə də çöldə istifadə olunan dekorativ bitkilər daha fərqli xüsusiyyətlərə malikdir.[2] Evdə istifadə olunan dekorativ bitkilərə sansevyera, kaktus, diffenbaxiya, sülh zanbağı, anturium, əsl əzvay, puansettiya, kinkan kimi bitki növləri daxildir.[3]
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ornamental Plants: Home page". www.ndsu.edu. 2022-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-06.
- ↑ "Süs Bitkileri Nelerdir? İsimleri Ve Özellikleri İle İç Mekan Bitki Çeşitleri". Milliyet. 1 aprel 2021. 29 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2022.
- ↑ "İç mekan süs bitkileri nelerdir? İç mekan süs bitkilerinin isimleri ve özellikleri". 12 yanvar 2022. 29 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2022.