Damcı
Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur.[1]
Atmosferdə su damcıları
[redaktə | mənbəni redaktə et]Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır:
- Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması
- Havanın soyuq səthə toxunaraq soyuması
- Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərək
soyuması.[2]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]
Bu məqalə qaralama halındadır. Məqaləni təkmilləşdirərək və ya özəlləşdirilmiş qaralama şablonlarından birini qoyaraq Vikipediyaya töhfə verə bilərsiniz. |