Dalğaqıran
Dalğaqıran (brekvater) — port akvatoriyası, dəniz, göl, su hövzələri və s.nin sahilboyu hissəsini dalğalardan (külək dalğalarından) və axınlardan mühafizə edən hidrotexniki qurğu.[1]
Haqqında
[redaktə | mənbəni redaktə et]Dalğaqıran dalğalardakı enerjini söndürür və ya dalğalar ondan əks olunaraq geri qayıdır.[1]
Növləri
[redaktə | mənbəni redaktə et]Təyinatına və konstruktiv əlamətlərinə görə hüdudlayıcı (qoruyucu) və sahil qoruyan dalğaqıranlar olur. Hüdudlayıcı dalğaqıran liman akvatoriyasının girişində, sahilə toxunmayan hissədə yerləşdirilir. Belə dalğaqıranlar bütöv (şaquli və ya maili profilli, eləcə də qarışıq tipli), açıq (su buraxmaq üçün deşikləri olan), üzən, pnevmatik və hidravlik növlərə ayrılır. Gəmiçilik işləri dalğaqıranın bir və ya hər iki tərəfindən yerinə yetirilə bilər. Şaquli profilli bütöv dalğaqıranlar qra vitasiyalı və yortaclı olur.[1]
Qravitasiyalı dalğaqıran
[redaktə | mənbəni redaktə et]Qravitasiyalı dalğaqıran beton bloklardan (400 t-adək), yaxud daş əsas üzərində qurulmuş böyük diametrli örtüklərdən (qabıq konstruksiyalardan) düzəldilir. Yortac tipli dalğaqıran (iki cərgəli, yaxud özəkli konstruksiya) qruntla doldurulub bərkidilmiş yortac və ya şpuntdan qurulur. Maili profilli bütöv dalğaqıranlar yamacları bərkidilmiş və ya bərkidilməmiş torpaq damba növlərinə ayrılır.[1]
Qarışıq tipli dalğaqıranlar
[redaktə | mənbəni redaktə et]Qarışıq tipli dalğaqıranların aşağı hissəsi daşlardan düzəldilmiş hündür yataqdan, yuxarı hissəsi isə müxtəlif konstruksiyalı şaquli divardan ibarətdir. Açıq dalğaqıranlarda dalğaların təsir zonasında yerləşdirilmiş, dayaqlara və ya yortac sırasına dirənən(söykənən) dalğadan mühafizə ekranları olur. Üzən dalğaqıranlarda dalğasöndürücü kimi lövbərarxası pontonlar, yaxud başqa vasitələr (divarları deşikli qutular, maili elementləri olan qəfəslər və s.) tətbiq edilir. Pnevmatik və hidravlik dalğaqıranlarda dalğaların enerjisini söndürmək üçün sualtı perforasiyalı boru kəmərindən təzyiq altında vurulan sıxılmış hava (yaxud su) şırnağından istifadə edilir. Sahilqoruyan dalğaqıranlar sahil xəttinə paralel yerləşdiril miş aktiv sahilbərkitmə qurğularına aiddir. Onlar dalğa enerjisini söndürməklə yanaşı, suyun gətirdiyi gəlmə torpaqları toplayıb saxlayır, çimərlikləri qoruyur və s. Bir qayda olaraq, üst çıxıntısı dənizsəviyyəsindən 0,5–1 m aşağıda yerləşən sualtı dalğaqıranlar tətbiq edilir. Əsasən, daş və beton bloklardan düzəldilir.[1]