Daimi ordu
Daimi ordu — bir dövlətin həm sülh, həm də müharibə vaxtı fəaliyyət göstərən daimi, əsasən peşəkar ordusu. Daimi hərbi işdə fəaliyyət göstərən əsgərlərdən (hərbi xidmətə çağırılanlar da buna aid ola bilərlər) ibarət olur. Bu, üzun müddət fəaliyyət göstərən əsgərlərdən ibarət olan və sadəcə müharibə və ya təbii fəlakət vaxtı fəallaşdırılan hərbi ehtiyatlardan və mülki əhalidən yaradılan və sadəcə müharibə və ya müharibə təhlükəsi vaxtı fəallaşan və müharibə və ya müharibə təhlükəsi bitən zaman ləğv edilən müvəqqəti ordulardan fərqlidir. Termin təxminən XLVIII əsrdə yaradılıb, ancaq onu izah edən fenomen daha köhnədir.[1]
Tarix
[redaktə | mənbəni redaktə et]İlk daimi ordu Assuriyada III Tiqlatpalasar (comment. h. hakimiyyət e.ə. 745–727) tərəfindən yaradılmışdır.[2][3]
Avropada yaradılan və bizə məlum olan ilk daimi ordular Qədim Yunanıstanda idi. Qədim Spartanın kişi vətəndaşları daimi ordu kimi fəaliyyət göstərirdi. Makedoniyalı II Filip ilk peşəkar ordunu təsis etmişdir. Bu ordu göstərdikləri xidmətlərə görə illik maaş alan əsgər və süvarilərdən təşkil olunmuşdu.[4]
Avropadakı ilk müasir daimi ordu Osmanlı İmperiyasının Yeniçəriləri idi. Yeniçərilər XIV əsrdə I Murad tərəfindən yaradılmışdı.[5][6]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Standing army" (ingilis). Dictionary.com. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2018.
- ↑ Hovard, Maykl. Transnationalism in Ancient and Medieval Societies: The Role of Cross-Border Trade and Travel. McFarland. 2002. səh. 36. ISBN 978-0786468034. 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2018.
- ↑ Şvartzvald, Cek. The Ancient Near East, Greece and Rome: A Brief History. McFarland. 2014. səh. 24. ISBN 978-0786478064. 2021-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
- ↑ Roy, Kauşik. Warfare in Pre-British India – 1500BCE to 1740CE (ingilis). Routledge. 2015-06-03. ISBN 9781317586913. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-28.
- ↑ Kinross, Lord. Ottoman Centuries: The Rise and Fall of the Turkish Empire. Nyu-York: Morrow Quill Paperbacks. 1977. ISBN 0-688-08093-6
- ↑ Ceyson, Quduin. Lords of the Horizons: A History of the Ottoman Empire. Nyu-York: H. Holt. 1998. səh. 59, 179–181. ISBN 0-8050-4081-1