Coker (film, 2019)
Coker | |
---|---|
ing. Joker | |
| |
Janr | dram, cinayət və triller |
Əsas mövzu | Joker |
Rejissor | |
Prodüser | |
Ssenari müəllifləri |
|
Baş rolda | Xoakin Feniks |
Operator | Lourens Sher |
Bəstəkar | Hildur Qudnadottir |
İstehsalçılar | Warner Bros., Village Roadshow Pictures[d], DC Studios[d] |
Distribütor | Warner Bros., InterCom[d][6] |
İlk baxış tarixi |
|
Müddət | 123 dəq. |
Yaş həddi |
|
Büdcə | $55–64 milyon[2][3] |
Gəlir | $771 283 522[4] |
Ölkə | |
Dil | ingilis dili |
İl | 2019 |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York |
IMDb | ID7286456 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Coker (ing. Joker) — Todd Fillipsin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş ABŞ psixoloji triller filmi. Filmin ssenarinisi Todd Fillips və Skott Silver tərəfindən yazılmışdır. Film "DC Comics" personajları əsasında çəkilmişdir və baş rol olan Cokeri Xoakin Feniks canlandırır. Film Cokerin mənşəyindən bəhs edir və filmdəki hadisələr 1981-ci ildə cərəyan edir. Film Cokeri cinayətkarlıq həyatına girən və Qotem-Siti şəhərini xaosa sürükləyən uğursuz bir stend-ap komiki olaraq təsvir edir. Köməkçi rollarda Robert de Niro, Zazi Bits, Frensis Konroy, Brett Kallen, Qlenn Fleşler, Bill Kemp, Şi Uiqhem və Mark Meron var. "Coker" filmi "DC Films", Village Roadshow Pictures", "Bron Creative" və "Joint Effort" tərəfindən istehsal olunmuşdur. Filmin distribütori "Warner Bros. Pictures" şirkətidir.
"Coker" filmini çəkmək ideyası Fillipsə ilk dəfə 2016-cı ildə gəlmişdir. O, filmin ssenarisini 2017-ci ildə Silver ilə birlikdə yazmışdır. Cütlük Martin Skorsezenin 1970-ci illərdə çəkdiyi filmlərdən və onun personaj tədqiqlərindən ilham almışdır. Skorseze özü ilk vaxtlarda filmin prodüserliyini etmişdir. Filmin məzmunu "Batman: The Killing Joke" (1988) qrafik romanına əsaslanmışdır, ancaq Fillips və Silver ilham mənbəyi üçün müəyyən bir komiksə baxmamışdır. Feniks filmə 2018-ci ilin fevral ayında qoşulmuş, həmin ilin iyul ayında rolu canlandırmaq hüququna malik olmuşdur. Filmin aktyor heyətinin əksəriyyəti filmə həmin ilin avqust ayında qoşulmuşdur. İlkin çəkilişlər 2018-ci ilin sentyabr ayından dekabr ayına qədər davam etmiş və Nyu-York, Cersi-Siti və Nyuark şəhərlərində gerçəkləşmişdir. "Coker" ilk bədii Betmen filmidir ki, Amerika Kinokompaniya Assoasiyası (AKA) tərəfindən "R" reytinqi alsın.
"Coker" filminin premyerası 31 avqust 2019-cu il tarixində Venesiya Beynəlxalq Film Festivalında keçirilmişdir. Film festivalın ən əhəmiyyətli mükafatı olan "Qızıl Şir" mükafatına layiq görülmüşdür. Filmin Azərbaycandakı premyerası 3 oktyabr, ABŞ-dakı premyerası isə 4 oktyabr 2019-cu ildə gerçəkləşmişdir. Film tənqidçilər arasında müzakirələrə səbəb olmuşdur. Feniksin ifası geniş şəkildə təriflənmişdir, ancaq filmin qaranlıq tonu, zehni xəstəlikləri və şiddəti necə təsvir etməsi qarışıq reaksiyalara səbəb olmuşdur. "Coker" filmi gerçək həyatda zorakılığa ilham mənbəyi kimi fəaliyyət göstərilməsi ehtimalı ictimaiyyətdə narahatlılıq yaratmışdır.
Məzmun
[redaktə | mənbəni redaktə et]1981-ci ildə Artur Flek anası Penni ilə Qothem şəhərində yaşayır və muzdlu kloun kimi işləyir. O, onun vaxtsız-vədəsiz gülməsinə səbəb olan nevroloji bir xəstəlikdən əziyyət çəkir və dərmanlar almaq üçün tez-tez sosial xidmətlər işçisinə müraciət edir. Bir qrup küçə uşağının Arturun lövhəsini almasından və onu dalanda döyməsindən sonra onun iş yoldaşlarından biri ona borca silah verir ki, özünü qoruya bilsin. Artur həmçinin, tək ana olan Sofi ilə tanış olur və onu öz stend-ap komediya çıxışına dəvət edir.
Uşaq xəstəxanasındakı çıxışı zamanı Arturun silahı onun cibindən düşür. Bu isə onun işdən qovulmasına səbəb olur. Artur öyrənir ki, sosial xidmət proqramı ləğv olunur və onun dərman almasının heç bir yolu olmur. Metroda evə gedərkən üç Uoll-Strit biznesmeni tərəfindən narahat edilir və döyülür. Artur onları öldürür. Bu, bilməyərəkdən Qothem şəhərinin zənginlərinə qarşı olan bir etiraz hərəkatına start verir. Etirazçılar kloun maskaları ilə gəzirlər.
Sofi Arturun stend-ap komediya çıxışına qoşulur, hansı ki, çox bərbad keçir. O, qeyri-ixtiyari şəkildə gülür və zarafatlarını çatdırmaqda çətinlik çəkir. Populyar bir tolk-şou aparcısı Mürrey Frenklin onun çıxışının bir videosunu birbaşa efirdə göstərir və Arturu ələ salır. Artur yerli bir milyoner olan Tomas Ueynə yazdığı məktubu oğurlayır. Bu məktubdə Arturun Ueynin vələduzinnası olduğunu iddia edir. O, bu sirrə görə öz anası danlayır. Çox keçmədən Penninin halı pisləşir və xəstənaya göndərilir. Artur onun metrodakı atışmasdakı iştirakını araşdıran iki xəfiyyə ilə qarşılaşır, ancaq Artur bunu yalanlayır.
Artur Tomas Ueyni axtarıb tapır və ayaqyolunda onun qarşısına çıxır. Ueyn ona deyir ki, Penninin zehni xəstəliyi var və Arturun bioloji anası deyil. Qəzəblənmiş Artur Arkhem Xəstəxanasını ziyarət edir və Penninin qovluğunu oğurlayır ki, bu iddianı təsdiqləsin. O, aşkar edir ki, uşaq olarkən tərk edildikdən sonra övladlıq götürülür. O həmçinin, Penninin uşaq olarkən ona fiziki şiddət göstərdiyini, hətta onun bilaixtiyar gülməsinə səbəb olan ciddi baş travmasının səbəbkarı olduğunu öyrənir. Dərrakəsini itirmiş Artur xəstəxanaya qayıdır və anasını öldürür. Artur mənzilinə geri qayıdır və Sofinin otağına daxil olur. Qorxmuş Sofi ona deyir ki, otağı tərk etsin və göstərilir ki, Sofi əslində Arturun xəyalında olmuş bir insandır və gerçək deyil.
Frenklinin verilişindən olan bir nümayəndə Artura zəng edir və ona təklif edir ki, verilişə qonaq olaraq gəlsin. Artur bu təklifi qəbul edir və birbaşa efirdə intihat etməyi planlaşdırır. Keçmiş iş yoldaşları qrim və geyimini hazırlayan Artura ziyarət edir və onun anasının ölümünə baş sağlığı bildirir. Artur onlardan birini öldürür, ancaq digərini buraxır, çünki o, keçmişd Artura yaxşı davranıb. Artur studiyaya gedərkən iki xəfiyyə ilə qarşılaşır. Artur onlardan qaçır və içərisi kloun etirazçılar ilə dolu bir qatara minir. Xəfiyyələrdən biri təsadüfən bir etirazçını qətlə yetirir və iğtişaşa səbəb olur. Yarnan xaos Arturun hadisə yerindən qaçmasına imkan yaradır.
Veriliş başlamazdan əvvəl Artur Mürreydən xahiş edir ki, onu "Coker" olaraq təqdim etsin, çünki Mürrey onu ələ salan zaman ona belə xitab etmişdir. Artur verilişə ilıq bir halda daxil olur, acnaq daha sonra ibarəli danışaraq metroda öldürülənlərin qatili olduğunu etiraf edir və cəmiyyətin onu necə tərk etməsindən, onu ələ salmasından gileylənir. Artur polis nəzarətinə alınmazdan əvvəl Mürreyi birbaşa efirdə qətlə yetirir və şəhər xaosa bürünür. Etirazçılardan biri Ueyn ailəsini izləyir və Tomas ilə Martanı bir dalanda qətlə yetirir. Bu isə onların uşağı olan Brüs Ueynin yetim olmasına səbəb olur. Ambülansda olan etirazçılar polis avtomobili ilə toqquşur və Arturu xilas edir. Etirazçılar onu qəhrəman kimi qarşılayır və Artur onların harayları ilə rəqs edir.
Artur yenidən polis nəzarətinə alınır və Arkhem Xəstəxanasına yerləşdirilir. O daha sonra sanitarlarsan birini öldürür və zalda qaçır.
İstehsal
[redaktə | mənbəni redaktə et]Post-prodakşn
[redaktə | mənbəni redaktə et]Filmin son büdcəsi 55.000.000–64.000.000 ABŞ dolları idi. "The Hollywood Reporter" portalının yazdığına görə, bu, tipik bir komiks filminin büdcəsinin "zərrə qədəri" idi.[2][3][7] Ümumi xərcdən 22.000.000 ABŞ dolları Toronto şəhərində əsaslanmış "Creative Wealth Media" maliyə şirkəti tərəfindən qarşılanmışdır.[8] "Coker" Betmen film franşizasındakı ilk bədii filmdir ki, Amerika Kinokompaniya Assoasiyası tərəfindən "R"[a] reytinqi alsın.[9] Buna səbəb filmin "sərt qanlı şiddət, narahatedici davranış, dil və qısa seksual təsvirlər"i nümayiş etdirməsidir.[10]
Buraxılış
[redaktə | mənbəni redaktə et]"Coker" filminin premyerası 31 avqust 2019-cu il tarixində LXXVI Venesiya Beynəlxalq Film Festivalında keçirilmişdir. Film orada düz dəqiqə ayaq üstə alqışlanmış və "Qızıl Şir" mükafatına layiq görülmüşdür.[11][12][13] Film həmçinin, 9 sentyabr 2019-cu il tarixində Toronto Beynəlxalq Film Festivalında nümayiş olunmuşdur.[14] Film 3 oktyabr 2019-cu il tarixində beynəlxalq bazarda, o cümlədən Azərbaycanda, 4 oktyabr 2019-cu il tarixində isə ABŞ-də kinoteatrlar üçün ekranlaşdırılmışdır.[15][16]
Qəbul
[redaktə | mənbəni redaktə et]Mükafatlar
[redaktə | mənbəni redaktə et]Mükafat və nominasiyaların siyahısı | |||||
---|---|---|---|---|---|
Mükafat | Tarix | Kateqoriya | Alıcı | Nəticə | İst. |
Qızıl Treyler Mükafatları | 29 may 2019 | Ən yaxşı tizer | "Maybe Tomorrow", Warner Bros., JAX | Namizəd | [17] |
Toronto Beynəlxalq Film Festivalı | 10 sentyabr 2019 | TBFF Hörmətli Aktyor Mükafatı | Xoakin Feniks | Qazandı | [18] |
Venesiya Film Festivalı | 7 sentyabr 2019 | Qızıl Şir | Coker | Qazandı | [19][20] |
Graffetta d'Oro | Coker | Qazandı | |||
Premio Soundtrack Stars Award | Hildur Qudnadottir | Qazandı |
Gələcək
[redaktə | mənbəni redaktə et]Müasir komiks filmlərinin əksinə, "Coker" filminin müstəqil bir film olması nəzərdə tutulmuşdur, yəni filmin hansısa bir davam filminin çəkilməsi planlaşdırılmır. Baxmayaraq ki, Fillips 2019-cu ilin avqust ayında filmin performası və Feniksin qərarını nəzərə alaraq davam filmi çəkmək istədiyini vurğulayıb,[21] o daha sonra qeyd etmişdir: "filmin sikvelinin çəkilməsi düşünülmür. Biz həmişə bunu tək bir film olaraq hazırlamışdıq, bu qədər".[22] "Warner Bros." şirkəti fikirləşir ki, "Coker" filmi ilə "DC Black" bölməsini yaratsın.[23] Bu filmlər "DC Genişləndirilmiş Kainatı" bölməsindən daha qaranlıq tonlu və daha eksperimental olacaq.[24][25]
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ İngilis dilində "restricted" – məhdudlaşdırılmış deməkdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Coker filmi". kinoafisha.az (az.). KinoAfisha.az. October 3, 2019. October 4, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ 1 2 Kit, Boris. "Warner Bros. Shifts DC Strategy Amid Executive Change-Up". hollywoodreporter.com (ingilis). The Hollywood Reporter. June 13, 2018. June 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ 1 2 MakKlintock, Pamela. "Box Office Preview: 'Joker' Eyes Record $80M-Plus October Harvest". hollywoodreporter.com (ingilis). The Hollywood Reporter. October 2, 2019. October 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ "Джокер (2019)". Box Office Mojo. October 23, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 26, 2019. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Joker (fr.). 1998.
- ↑ http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
- ↑ Holms, Adam. "How Much Money Joker Could Make In Its Opening Weekend". cinemablend.com (ingilis). CinemaBlend. August 1, 2019. August 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ Vonq, Natali. "Financier for 'Joker' Has Made Movies Into Ultimate Yield Play". bloomberg.com (ingilis). Bloomberg News. September 8, 2019. October 4, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ "Rejissor Tod Filips, yeni Joker filminin R reytinqli olacağını açıqlayıb". geekon.az (az.). Geekon.az. June 17, 2019. October 4, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ Körp, Coş. "'Joker' Lands A Rating That No Live-Action Batman Movie Has Ever Received". uproxx.com (ingilis). Uproxx. August 23, 2019. September 2, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ ""Joker" filmi 76-cı Venesiya film festivalının qalibi olub!". geekon.az (az.). Geekon.az. September 8, 2019. October 4, 2019 tarixində arxivləşdirilib.
- ↑ Tartalone, Nensi. "'Joker' Is Wild, Gets Eight-Minute Standing Ovation At Venice Film Festival". deadline.com (ingilis). Deadline Hollywood. August 31, 2019. August 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ "Joaquin Phoenix's Joker film praised as a dark and twisted "masterpiece" by critics as first reactions land". digitalspy.com (ingilis). Digital Spy. August 31, 2019. August 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ "Joker". tiff.net (ingilis). Toronto Beynəlxaql Film Festivalı. July 24, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ Pamela MakKlintok, Boris Kit. "'Joker' Origin Movie Lands Fall 2019 Release Date". hollywoodreporter.com (ingilis). The Hollywood Reporter. June 18, 2018. July 19, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ "Joker Is Powerful, Confused And Provocative, Just Like The Character". gizmodo.com.au (ingilis). Gizmodo Australia. September 2, 2019. September 2, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 4 2019.
- ↑ "The 20th Annual Golden Trailer Award Winners". goldentrailer.com (ingilis). Qızıl Treyler Mükafatları. June 5, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ Nolfi, Co. "Meryl Streep, Joaquin Phoenix win Toronto Film Festival's first Actor Awards". ew.com (ingilis). Entertainment Weekly. August 14, 2019. July 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ Anderson, Ariston. "Venice: Todd Phillips' 'Joker' Wins Golden Lion, Roman Polanski Wins Silver Lion". hollywoodreporter.com (ingilis). The Hollywood Reporter. September 7, 2019. September 7, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ "Venice Biennale" redaktor heyəti. "Collateral Awards of the 76th Venice Film Festival". labiennale.org (ingilis). Venice Biennale. September 6, 2019. September 7, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ Cek Şepard, Ceymi Qreham. "Joker movie director discusses potential sequel: "I would do anything with Joaquin Phoenix"". gamesradar.com (ingilis). GamesRadar+. August 20, 2019. August 20, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ Çiçizola, Kori. "Joker Director Todd Phillips Clarifies Sequel Comments". cinemablend.com (ingilis). CinemaBlend. September 17, 2019. October 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 17, 2019.
- ↑ "Todd Fillipsin "Joker"-i Marvel-in kölgəsində qalmaq istəmir". geekon.az (az.). Geekon.az. July 12, 2019. October 4, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
- ↑ JohnnySobeczak. "Todd Phillips pitched JOKER to WB executives at the after party of the WAR DOGS premiere. "He suggested they begin a new division called DC Black, separating itself from the current crop of DC films. It was also a way of differentiating from Marvel." (Via @empiremagazine)" (Tweet) (ingilis). July 10, 2019. İstifadə tarixi: October 4, 2019.
- ↑ Şafer, Sendi. "DC's Non-DCEU Movie Label May Be Called DC Dark or DC Black". screenrant.com (az.). Screen Rant. June 13, 2018. April 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2019.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- jokermovie.net — "Coker" filminin rəsmi saytı
- Coker — Internet Movie Database saytında
- Nyu-Yorkda çəkilmiş filmlər
- Ən yaxşı kişi roluna görə Oskar mükafatı qalibləri
- Əlifba sırasına görə filmlər
- 2019-cu ilin filmləri
- İngiliscə filmlər
- ABŞ filmləri
- Əqli qabiliyyət haqqında filmlər
- Todd Fillipsin filmləri
- Uydurma yerlər haqqında filmlər
- Nyu-Cersidə çəkilmiş filmlər
- Coker
- Komikslərə əsaslanan bədii filmlər
- ABŞ-nin cinayət triller filmləri