Civə (Marvel Comics)

Vikipediya, azad ensiklopediya
(Civə (komiks) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Civə
Quicksilver
Nəşriyyat Marvel Comics
Yayım tarixi "İks-adamlar" #4 (mart 1964)
Yaradıcı(lar) Sten Li
Cek Kirbi
Xüsusiyyətlər
Əsl adı Pietro Maksimov
Cinsiyyəti kişi[d]
Saç rəngi
Növü mutant
Vətəndaşlıq
Komiks bioqrafiyası
Üzvlükləri Qisasçılar Birləşmiş Diviziyası[1]
X-Faktor
Qisasçılar Akademiyası
Qüdrətli Qisasçılar
Qisasçılar
Bəlalı Mutantlar Qardaşlığı
Qeyri-insanlar
Yeni X-Faktor
Partnyorları Qırmızı cadugər (bacısı)
Yaxınları Qırmızı cadugər, Polyaris
Ləqəbləri Pietro Frank
Gücləri Çox böyük sürətlə qaçmaq və hərəkət etmək
Sürətlə sağalmaq
Tez düşünmək
Vibrasiya
Zaman səyahəti

Civə (ing. Quicksilver) — ABŞ nəşriyyatı Marvel Comics tərəfindən uydurulmuş mutant super qəhrəman. İlk dəfə 1964-cü ildə "İks-adamlar" komiksinin 4-cü sayında görünmüşdür. Əsl adı Pietro Maksimovdur və bacısı Vanda Maksimov da mutant olub Qırmızı cadugər kimi tanınır.[2] "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər.[3]

Anaları Maqda Maqnitodan qaçırdı və uşaqları Transiyada yerli qaraçı Bovaya əmanət etmişdir. Bova uşaqları Mariya və Canqa Maksimov ailəsinə verməli olmuşdur. Mariya və Canqa uşaqlara öz uşaqları kimi baxdılar. Burada o, bacısı Vanda ilə birlikdə ilk dəfə super güclərini kəşf etmişdir. Bir dəfə Canqo oğurluq etmiş və buna görə insanlar qaraçı düşərgəsinə hücum etmişlər. Pietro sürətindən istifadə edərək bacısını və özünü oradan uzaqladırmış və ailədən ayrı düşmüşdürlər. Bu onlarda travmatik şok yaradaraq gələcəkdə uşaqlıqlarına dair xatirələrini yaddan çıxarmasına səbəb olacaqdır.

Bir müddət Avropada dolanmışlar. Lakin bacısı Vanda səhvən yanğına səbəb olunca çətin vəziyyətə düşmüşdürlər.[4] Maqnito sonda gəlib onları xilas etmişdir.[5] Maqnito onları Bəlalı Mutant Qardaşlığı adlı komandasına salmışdır. Onlar Maqnitonun əmri altında işləməyə başlamışdılar. Maqnitonun terror aktlarıda və İks-adamlara qarşı döyüşlərdə iştirak etmişlər. Bir müddət əkizlər və Maqnito aralarındakı əlaqəni bilməmişdirlər.

Civə ilk dəfə Qisasçılar komandasında.

Komandalarının Yadelli[6] məğlub olmasından sonra Şahingöz kimi Qisasçılara qatılmışdırlar.[7] Yenə də insanların mutantlara olan münasibətlərindən qəzəblənən Civə yenə də Maqnitoya qoşulmuş və bacısının da qoşulmasını istəmişdir. Sonda əkizlər güclərini birləşdirərək İks-adamlar və Qisasçıların Maqnitoya qalib gəlməsində köməkçi olmuşlar.

Qisasçılara təkrar döndükdən sonra mutant ovşusu olan robotlar — Sentinellərə[8] qarşı döyüşdə ağır yaralanmışdır. Lakin insanlar tərəfindən pis münasibət görən Qeyri-insanların bir üzvü olan Kristal tərəfindən xilas edilmişdir. İkisi sonradan evlənmişdirlər və Luna adlı qızları olmuşdur. İlk uşaqlarının doğumundan sonra Civə atasının kim olduğunu öyrənmişdir. Maqnito isə bunu ondan qabaq öyrənmişdir. Bu hadisə 1982-ci ildə "Görünüş & Qırmızı cadugər" komiksinin 4-cü sayında baş vermişdir.

Maqnito bir daha Civəni və bacısını insanlara qarşı döyüşməyə çağırmışdır. Əkizlər bir daha insanlara qarşı çıxmayacaqlarını bildirib təklifi rədd etdilər. Civə Qeyri-insanların yaşadığı yerdə yaşasa da arvadından uzaqlaşmağa başlamışdır. Bu hadisə Kristalın başqa insana marağının oyanmasına gətirib çıxardı. Civə buna görə Kristalı bağışlaya bilməmişdir. Qisasçılara geri dönmüşdür. Qisasçıların üzvləri o dövrdə çoxaldığından daha yaxşı işləmək üçün Qərb və Şərq sahili olmaqla iki yerə ayrılmışdı. Civə Qərb Sahili Qisasçılarında fəaliyyət göstərməyə başlamışdır. Daha sonra ABŞ hökumətinin qurduğu mutant qrupu olan X-Faktora qatılmışdır.

Sonra Civə bacısı Vanda ilə birlikdə atalarının əslində Maqnito olmadığını, özlərinin isə sonradan mutant güclərə sahib olduqlarını öyrənmişdirlər.

Civə və Kristal yenidən barışıb bir araya gəlmişdirlər. X-Faktordan ayrılıb yenə Qisasçılara dönmüşdür. Amma cütlüyün xoşbəxtliyi uzun çəkmədi. Kristal güclü psixi varlıq Onslauta qarşı döyüşdə Qisasçılarla başqa dünyaya düşmüşdür. Yerdə qalan Civə kiçik qrup olan Vundaqor Cəngavərlərinin liderinə çevrilmişdir. İtmiş Qisasçılar geri qayıdınca yenidən Kristalla Civə bir araya gəldilər.

Maqnito Cənubi Afrika ölkəsi olan Qenoşanı ələ keçirəndə Civə Maqnitonun komandasına qoşuldu, amma burada olanlar haqqında məlumat toplayıb Qisasçılara məlumat ötürmüşdür. Maqnito uzun illər davam edən vətəndaş müharibəsindən və Leqasi adlı virusdan sonra ölkədəki hakimiyyətini gücləndirmişdir. Atasının insanlığa qarşı müharibə başlayacağını öyrənincə bu haqda İks-adamlara məlumat vermişdir. Genetik müharibənin astanasında Civə bacısı Qırmızı cadugər ilə Qisasçılar tərəfdə döyüşməyi seçmişdir.

Evan Piters (ən sağda) "İks-adamlar: Gələcəyin keçmiş günləri" filmində Civə kimi.
Aoron Taylor-Conson (solda) "Qisasçılar: Altron dövrü" filmində Civə kimi.

Pietronun əsas gücü sürətidir. Çox sürətli olması ona böyük üstünlük qazandırır. Zərbəsi də sürətli olduğundan vurduğu əşyanı asanlıqla parçalayar. Sürəti sadəcə qaçmasına yox, həyat tərzinə və orqanizminə də təsir göstərib. Bədəni yaraları çox sürətlə sağalda bilir. Sürətli olduğundan onun fikrincə digərləri on qat-qat yavaşdır. Buna görə sivri dilli, ədəbsiz və səbrsiz qəhrəmandır.[9] Əlaqəyə keçdiyi insanlar ona görə yavaş qərar verir, fikirləşir və hərəkət edirlər.

90-cı illərə qədər sürəti səs sürəti ilə məhdudlaşdırıldı. Lakin 1997-ci ildə bir təcrübədən təsirlənib sürəti 10 Maxa çatmışdır.

Əsasən yaşıl və göy rənglərdən və üstündə dioqanal şəkildə yerləşmiş şimşək təsvirindən ibarət kostyum geyinir.

Civə indiyə qədər 3 filmdə görünmüşdür. İlk dəfə göründüyü film 2014-cü il istehsalı "Kapitan Amerika: Qış əsgəri" olmuşdur, lakin burada filmin sonunda və sadəcə bir neçə saniyəliyinə görülmüşdür. Burada Civəni Aoron Taylor-Conson oynamışdır.[10] İlk populyarlaşdığı film 2014-cü ildə çəkilən "İks-adamlar: Gələcəyin keçmiş günləri" filmi olmuşdur. Bu filmdə Civə rolunu Evan Piters canlandırmışdır.[11][12][13] Növbəti dəfə 2015-ci ildə göstərilən "Qisasçılar: Altron dövrü" filmində görünmüşdür və yenə Aoron Taylor-Conson Civə rolunu oynamışdır.[14] Lakin senariyə əsasən filmin sonunda Civə Altron tərəfindən öldürülmüş və Marvel Studios bir daha Civənin filmlərində olmayacağını açıqlamışdır.[15] Buna baxmayaraq, İks-adamlar filmlərinin istehsalçısı 20th Century Fox 2016-cı ildə tamamlanacaq "İks-adamlar: Apokalipsis" filmində Evan Pitersin yenidən Civəni oynacağını bildirmişdir.

  1. Avengers and X-Men: AXIS #4
  2. "Arxivlənmiş surət". 2012-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-01.
  3. "Arxivlənmiş surət". 2015-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-03.
  4. X-Men #4 (March 1964)
  5. X-Men: Magneto Testament #1
  6. X-Men #11 (May 1965)
  7. Avengers #16 (May 1965)
  8. X-Men #59 - 60 (Aug. - Sept. 1969)
  9. X-Factor Vol. 1, issue #87: "The X-Amination"
  10. "Arxivlənmiş surət". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.
  11. "Arxivlənmiş surət". 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.
  12. "Arxivlənmiş surət". 2020-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.
  13. "Arxivlənmiş surət". 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.
  14. "Arxivlənmiş surət". 2015-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.
  15. "Arxivlənmiş surət". 2015-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Civə Marvel Dünyası Vikisində