Buxovlu kilsəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Buxovlu kilsəsi
Ölkə  Azərbaycan
Şəhər Zaqatala Zaqatala
Yerləşir Pinalı kəndi
Aidiyyatı Alban Həvari Kilsəsi
Tikilmə tarixi VII-VIII əsr
İstinad nöm.1812.*

Gümbəzli kilsə

VI—VII əsrlər

Pinalı kəndi
KateqoriyaMəbəd
ƏhəmiyyətiYerli əhəmiyyətli

[[Fayl:Buxovlu.JPG

|274x400px|Kilsənin planı|frameless]]Kilsənin planı

Buxovlu kilsəsi―Bu kilsənin qalıqları Zaqatala rayonunda, Pipan məbədlərindən 3km aralıda, dağın başındakı meşəlikdə, Buxovlu deyilən ərazidə tapılıb. Abidənin yalnız divarlarının bir hissəsi qalıb, elementlər və dekor tam məhv olub. Mərkəzi hissədə iri bir nefli zalı, iki cüt pilyastrları və tağları var. Məbəd yarımdairəvi apsidlə, üç tərəfdən qalereya ilə əhatə olunub.Buxovlu məbədindən günümüzə yalnız uçmuş divarlar qalmış, dam örtüyü isə tamamilə dağıdılmışdır. Ölçülərinə görə bu məbəd Pipan bazilikasından daha böyükdür və mərkəzi hissədə bir cüt pilyastr, tapqırı tağlı böyük zala malikdir.İkinci Pipan kilsəsindən fərqli olaraq, pilyastrlar T-şəkillidir və nəyinki tağbəndi, eyni zamanda divarda uzununa istiqamətdə yerləşən tağları da saxlayır. Bu məbəd bir nefli, yarımdairəvi apsidaya, üç tərəfdən qalereyaya malikdir. Onun quruluşu düzbucaqlı şəklindədir.[1][2]

Abidə Zaqatalanın Pinalı kəndi ərazisində yerləşən digər iki kilsədən daha cavan olanıdır. Kilsə çay daşından və kərpicdən tikilib, damı isə kirəmitlə örtülüb. A.Qaraəhmədova Buxovlu məbədini VII-VIII əsrlərə aid edir. [2]Lakin, M.C.Xəlilov Buxovlu məbədinin tikintisi zamanı kiçik ölçülü kvadrat bişmiş kərpiclərdən inşaat materialı kimi istifadə olunduğunu nəzərə alaraq abidəni Albaniyada diofizit təriqətinin rəsmi statusa malik olduğu X əsrin 50-60-cı illərinə aid olduğunu qeyd edir.[3]

Memarlıq xüsusiyyəti

[redaktə | mənbəni redaktə et]

Ölçülərinə görə bu məbəd digər ikisindən daha böyükdür və mərkəzi hissədə bir cüt pilyastr, tapqırı tağlı böyük zala malikdir.İkinci məbəddən fərqli olaraq, pilyastrlar T-şəkillidir və nəyinki tağbəndi, eyni zamanda divarda uzununa istiqamətdə yerləşən tağları da saxlayır. Bu məbəd bir nefli, yarımdairəvi apsidaya, üç tərəfdən qalereyaya malikdir. Onun quruluşu düzbucaqlı şəklindədir. Divarların yaxınlığında, mehrablı apsidanın küncündə dairəvi bitişik otaqlar yerləşib. Daxili otaq( 12.4x5.5 m) pilyastrlarla bölünüb və onlar da kərpicdən inşa olunub. Qorunub qalmış divar tağlarının ölçüləri 25x25x4sm olan kərpicdən inşa edilmişdir. Orta zalın şərq tərəfində yerləşən, zalın döşəməsinə nisbətən hündür olan yarımdairəvi mehrab apsidası məbədin düzbucaqlı çərçivəsindən kənara çıxmır. Onun hər iki yanında, döşəmədən 1,5 m yuxarıda nal formalı bir taxça vardır. Diametri 1,3 m və 1,4 m olan bu taxçalardan, A.Ə.Qaraəhmədovanın fikrincə, pastofori kimi istifadə oluna bilərdi. Lakin həmin taxçaların yuxarıda yerləşməsi, habelə kiçik ölçülü olması bu barədə qəti nəticəyə gəlməyə imkan vermir. Apsidanın nal formalı taxçalar arasındakı hissəsində, yanlarda düzbucaqlı, nisbətən kiçik ölçülü daha iki taxça qeydə alınmışdır. Apsida divarının düzbucaqlı taxçalar arasındakı hissəsində pəncərə yeri vardır. Apsidanın iki dairəvi və iki düzbucaqlı rəfləri və bir pəncərəsi var. Qalereyanın şərq hissəsinin təmizlənməsi nəticəsində apsidalar görünür. [4] Altar apsidasının küncündə, divarın içində dairəvi planda olan iki sövməə yerləşdirilmişdir. Qalereyanı örtən şimal tərəfdəki düzbucaqlı rəf və divarın təmizlənməsi göstərər ki,o,qalereya tikildikdən sonra əlavə olunub və divar şimal tərəfdən təmizlənib. Mərkəzi zalı əhatə edən dəhlizlərlə əlaqə şimal, cənub və qərb istiqamətindəki açırımlarla yaradılıb. Keçid bölünməmişdir və plandan da göründüyü kimi üçtərəfli dəhliz kimi öz həllini tapmışdır. [5] Orta zalın qərb divarındakı girişi onu cənubdan şimala doğru uzanan köndələn dəhlizlə, şimal və cənub divarlarındakı daha iki giriş isə yan zallarla əlaqələndirir. Yan zalların hər biri şərqdə nal formalı apsida ilə tamamlanır. Hər apsidanın şərq divarında bir pəncərə yeri, şimal zalının cənub divarının apsidaya yaxın hissəsində isə düzbucaqlı bir taxça vardır. Arxeoloji qazıntilar nəticəsində şimal zalında köndələn divar qalıqları aşkar edilmişdir. Dövr etibarı ilə şimal zalından sonra inşa edilmiş bu divar həmin zalın apsidalı şərq hissəsini digər hissəsindən ayırmışdır. G.H.Məmmədovanın gümanına görə, bu qapanmış hissə qurbangah ola bilərdi. Məbəd çay daşlarından, pilyastrlar və divar tağları kvadrat bişmiş kərpiclərdən inşa edilmişdir. Məbədin ərazisinə baxış keçirilən zaman digər tikinti qalıqları da aşkar edilmişdir. Abidə çay daşlarından və kərpicdən inşa olunub, damı isə kirəmitlə örtülüb. Kilsənin üç girişi var: şimaldan, cənubdan və qərbdən. Qərb və cənub hissənin ortası dağılmışdır. Qərb və cənub qanadın dağılmış orta hissəsi giriş qapılarının çərçivəsinin yerləşməsi haqqında sualları cavabsız qoyur. Dəhlizin şərq sonluğunda pəncərələri olan nalşəkilli mehrablı apsidası var. Arxeoloji tədqiqatlar zamanı şimal zalında divar aşkarlanıb. Məbəddəki divar şimal dəhlizlə apsidanın şərq hissəsini ayırır. Onlar orta zal ilə qapılar vasitəsilə birləşir və qurbangah kimi istifadə olunurdu.[6]

  1. Карахмедова, Алия. Христианские памятники Кавказской Албании (Алазанская долина) (rus). Baku: Элм. 1986. 24.
  2. 1 2 Карахмедова, Алия. Христианские памятники Кавказской Албании ( Алазанская долина ) (rus). Баку: Элм. 1986. 24.
  3. Xəlilov, Mübariz. Albaniyanın Xristian Abidələri (IV-X əsrlər) (az.). Bakı: AfPoliqraf. 2011. 164.
  4. Карахмедова, Алия. Христианские памятники Кавказской Албании ( Алазанская долина ) (rus). Баку: Элм. 1986. 21.
  5. Məmmədova Gülçöhrə, Məmmədova Zahidə. Orta əsr memarlığı (VIII-XIV əsrlər) (az.) (2). Bakı: Şərq-Qərb. 2013. 261.
  6. Мамедова, Гюльчохра. Зодчество Кавказской Албании (rus). Баку: Чашыоглу. 2004. 90.
  • Мамедова Г.Г., 2004. Зодчество Кавказской Албании.  Баку: Чашыоглу, с.224
  • Карахмедова А.А.,1986. Христианские памятники Кавказской Албании ( Алазанская долина ).Баку: Элм. с. 28
  • Xəlilov M.C., Albaniyanın Xristian Abidələri (IV-X əsrlər). Bakı - 2011, s.341
  • G.Məmmədova; Z.Məmmədova., Orta əsr memarlığı (VIII-XIV əsrlər) II cild. Bakı - 2013. Şərq-Qərb, s.313