Burundidə COVID-19 pandemiyası
Naviqasiyaya keç
Axtarışa keç
Burundidə 2020 koronavirus pandemiyası | |
---|---|
Xəstəlik | COVID-19 |
Yer | Bujumbura |
İlk qarşılaşma | 1 aprel 2020 |
Mənşəyi | Uhan, Çin |
Növü | SARS-CoV-2 |
Vikianbarda əlaqəli mediafayllar |
Burundidə ilk koronavirus xəstəsi 1 aprel 2020-ci ildə aşkarlanıb.
Hadisələrin gedişatı
[redaktə | mənbəni redaktə et]Burundinin Səhiyyə naziri Thadée Ndikumana 2020-ci il aprelin 1-də Ruanda və Dubaydan geri qayıdan iki Burundi vətəndaşının infeksiyaya yoluxduğunu elan etdi. Beləliklə, COVID-19 infeksiyası Burundiyə də keçmiş oldu.
Aprelin 2-si aparılan testlərdə isə 26 yaşlı bir qadında da virus aşkarlandı. Həmin gün aparılmış daha 22 testin nəticəsi isə neqativ çıxdı.
Müdafiə tədbirləri
[redaktə | mənbəni redaktə et]Martın 12-də Burundi hökuməti virus infeksiyası olan ölkələrdən gələnlərə 14 günlük karantin tətbiq etməyə başlamışdı.