Boko Haram

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Boko Haram
İdeologiyası Sələfi cihadizm, İslami fundamentalizm
Müttəfiqlər Ənsər
Rəqiblər Nigeriya Nigeriya
Kamerun Kamerun
Çad Çad
Niger Niger
Müharibələr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boko Haram (əsl adı: Camaat’u Əhlus-Sünnə lid-Da’va vəl Cihad)[1] - Nigeriyanın radikal islam sektası. 2002-ci ildə Nigeriyanın şimalında Məhəmməd Yusif adlı şəxs tərəfindən yaradılıb. Əsas məqsədi bütün Nigeriya ərazisində şəriətin tətbiqi və qərb həyat tərzinin silinməsidir. 2014-cü ilin may ayında BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salınıb.

Təşkilatın məqsədi

[redaktə | mənbəni redaktə et]

Boko Haram müsəlmanların qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyətini "haram" sayaraq, qadağan edir. Boko Haram Nigeriya dövlətinin imansızlar tərəfindən idarə edildiyini hesab edir. Qrupun rəsmi adı "Cama'atu Əhlis Sünnə Liddə'əvəti vəl-Cihad" ərəbcə "Peyğəmbərin təlimini və cihadı təbliğ etməyə əqidəli olanlar" deməkdir. Qruplaşmanın yerləşdiyi ölkənin şimal-şərqində yerləşən Maiduguri şəhərinin sakinləri bu təşkilatı daha qısa adla - Boko Haram deyərək çağırırlar. Hausa dillindən bu ad "Qərb təhsili haramdır" kimi tərcümə edilir. Əvvəlcə "boko" saxta demək idi, amma Qərb təhsili mənasını daşımağa başladı.

1903-cü ildə Nigeriya, NigerKamerunun cənub hissəsində mövcud olmuş Sokoto xəlifliyi Britaniya nəzarətinə keçəndən bəzi ərazilərdə müsəlmanlar Qərb təhsilinin yayılmasına müqavimət göstəriblər. Onlar uşaqları hökumətin idarəçiliyi altında keçirilən "Qərb məktəblərinə" göndərilməsinin əleyhinə çıxırlar. Xarizmatik müsəlman xadimi, Məhəmməd Yusif, 2002-ci ildə Maiduguri-də Boko Haram qrupunu təsis edir. O, müsəlman məktəbləri və məscidi əhatə edən dini kompleks yaradır. Nigeriyadan və qonşu ölkələrdən bir çox yoxsul müsəlman ailələr uşaqlarını bu məktəbə təyin etdirirlər. Lakin Boko Haram təkcə təhsilə maraq göstərməyib. Bu təşkilatın siyasi məqsədi İslam dövlətinin qurulması olub və nəticədə məktəb cihadçıların səfərbər edilməsi yerinə çevrilib. 2009-cu ildə, Boko Haram Maiduguridə inzibati binalara, polis məntəqələrinə hücumlar həyata keçirib. Maiduguri küçələrində atışma halları baş verib, yüzlərlə Boko Haram tərəfdarları öldürülüb, minlərlə sakin şəhəri tərk edib. Nigeriyanın təhlükəsizlik qüvvələri nəhayət qrupun qərargahını ələ keçirib, döyüşçüləri həbs edib, Məhəmməd Yusifi öldürdülər. Onun cəsədi dövlət televiziyası ilə nümayiş etdirildi və təhlükəsizlik qüvvələri Boko Haramın məhv edildiyini bəyan etdilər. Lakin döyüşçülər yeni lider Əbubəkr Şekaunun rəhbərliyi altında yenidən qruplaşdılar və üsyan hərəkatı yenidən vüsət aldı. 2010-cu ildə ABŞ bu qrupu terrorçu təşkilat kimi tanıyıb.

Qrup eləcə də Nigeriyanın şimal və mərkəzi hissəsində bir sıra kəsərli hücumlar həyata keçirib, o cümlədən, kilsələr, avtobus dayanacaqlar, barlar, hərbi kazarmalar, polis məntərqələri və hətta paytaxt Abucada BMT mənzil-qərargahına qarşı bomba hücumları həyta keçirlib. 2013-cü ilində zorakılığın qarşısını almaq üçün prezident Qudlak Conatan ölkənin 3 şimal ştatında - Borno, Yobe və Adamava ştatlarında fövqəladə vəziyyət rejimi elan edir. Həmin ərazilərdə qoşunların yerləşdirilməsi yaraqlıların əksəriyyətini Maidugurini tərk etməyə məcbur etdi - Boko Haram Kamerun sərhədi boyu ucsuz-bucaqsız Sambisa meşələrinə çəkilməli olmuşdu.

Boko Haram mart ayında Yobe, aprel ayında isə Chibok məntəqələrində məktəblərə hücum edib. Çibok reydi zamanı Boko Haram 200 məktəbli qızı girov götürərək, onlarla qul kimi rəftar olunacağını və onların ərə veriləcəyini bəyan edib. Bu hərəkət qrupun 2013-cü ilin may ayında keçirdiyi reydə bənzəyir. O zaman Boko Haram qrup üzvlərinin arvad-uşaqlarının hökumət tərəfindən həbs edilməsinə cavab olaraq bir qrup qadın və uşağı girov götürərək onların videosunu yaymışdı. Sonradan tərəflər arasında girov mübadiləsi keçirildi, qadın və uşaqlar azadlığa buraxıldı. Eyni zamanda Boko Haram şəhərlərdə də bomba hücumlarını davam etdirir: 2014-cü il aprelin 14-də paytaxtda avtomobil parkı yaxınlığında törədilmiş partlayış nəticəsində azı 70 nəfər, mayın 2-də törədilmiş partlayışda isə 19 nəfər həlak olmuşdu.

  1. "Boko Haram ile röportaj (1)". 2014-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]