Biyelina
Şəhər | |
Biyelina | |
---|---|
44°45′24″ şm. e. 19°12′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 90 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +387 55 |
Poçt indeksi | 76300 |
Digər | |
gradbijeljina.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Biyelina (serb. Bijeljina) — Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən şəhər və bələdiyyədir. Şəhər Banya Lukadan sonra Serbiya Respublikasının ikinci və Bosniya-Herseqovinanın isə beşinci ən böyük şəhəridir. Semberiyanın zəngin torpaqları üzərindədir. Biyelina 140.000-150.000 ətrafında əhali ilə Serbiya Respublikasının şərq hissəsinin qeyri-rəsmi mərkəzi halındadır. Biyelina şəhəri Serbiyadan 6 km və Xorvatiyadan 40 km uzaqlıqdadır. Məhsuldar torpaqları ilə bölgənin ərzaq istehsalı və ticarətində əhəmiyyətli yer tutur. Biyelina geniş şəhər mərkəzi kimi diqqət çəkir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qədim dövr
[redaktə | mənbəni redaktə et]Biyelina şəhərinin olduğu bölgəyə aid ən köhnə həyat qalıqları Daş dövrünə təsadüf edir (e.ə 5000-ci illə 3000-ci illər arası). Həmçinin, bölgədə Neolit dövrü, Tunc dövrü və Dəmir dövrünə aid qalıqlar da mövcuddur. Bəzi qalıqlar arasında Qradakda yerləşən antik kənd, Batkoviç, Qlaviçiçav və Kuçerina ilə Koyçinovakdakı kənd ilə Triyesnikidə tapılmış sal sayıla bilər.
Qədim Slavyan dövrü
[redaktə | mənbəni redaktə et]Bölgədə tapılmış ən əhəmiyyətli tarixi qalıqlar arasında Batkoviç Ostoyiçevo ilə şəhər arasında qalan Bistrika var və 7-ci əsr ilə 12-ci əsr arasındakı dövrə bərabər gələn 4 kompleksdən ibarətdir. Xüsusilə Çelopekdəki qalıqlar olduqca əhəmiyyət kəsb edir, metalişləmənin nə qədər inkişaf etmiş olduğunun isbatında əhəmiyyətlidir. Burada ərimiş dəmir və bununla hazırlanmış dəmir alətlər ilə "Biyelina Muzeyi"ndə nümayiş etdirilən qrafit qazanlar tapılmışdır. Bu dövrdə Bistrikdə olan kənd Biyelinadan əvvəl bütün vadidəki məskunlaşmanın mərkəzi hesab edilirdi.
Biyelina adının ilk dəfə 1446-cı ilin qeydlərində keçməsinə baxmayaraq, istifadəsi 1918-ci ildən sonra başlamışdır. Avstriya-Macarıstan dövrü boyunca şəhər Byelina adlanırdı. Bundan əvvəl isə Belina və Bilina adları də istifadə edilmişdir.
1838-ci ildə şəhərdə ilk keşiş məktəbi açılmışdır. Müasir məktəb binası 1902-ci ildə açılmışdır. Bu məktəbdə 1893-1895 illəri arasında Jovan Duçiç işləmişdir.[1] Yovan Duçiç məşhur bosniyalı şair, yazıçı və diplomatdır. Hal-hazırda Biyelinanın mərkəzi prospekti onun adını daşıyır.
Şəhərin bələdiyyə binası qarşısında 1903-1918-ci illərdə hakimiyyətdə olan serb Petar Karadordeviçin heykəli var. İkinci Dünya Müharibəsi dövründə Ustaşa heykəli dağıtdı və müharibədən sonra kommunist rəhbərliyi heykəlin yenidən hazırlanması təklifini rədd etdi. 1990-cı illərin ilk vaxtlarında yerli rəhbərlik heykəli təkrar şəhər meydanına gətirdi.
Yuqoslaviyanın qurulması ilə, xüsusilə 20-ci əsrin ikinci yarısında Biyelina əhəmiyyətli dərəcədə inkişaf etmiş, iqtisadi və mədəni mövzularda yeniliklər reallaşmışdır.
Tavna monastırı
[redaktə | mənbəni redaktə et]Tavla monastırı Biyelina bələdiyyəsinin cənubunda yerləşmişdir. Monastırın tarix yazıçıları Tronoşa və Pexə görə monastır Draqutinin uşaqları Vladislav və Urosiç tərəfindən inşa edilmişdir. Stefan Draqutin 1276-ci il ilə 1282-ci illəri arasında Serbiyanın padşahı; 1282-ci il ilə 1316-cı illəri arasında isə Sremin Kralı olmuşdur. Tavna monastırının günümüzdəki kilsəsi eyni yerə orijinalının yerinə inşa edilmişdir. Tavna monastırı; Ozrena, Liplya, Vozuce və Gostovica kimi bölgənin ən köhnə monastırları arasında iştirak etməkdədir. Tavna Osmanlı dövrünün ilk illərində ziyan görmüş, ancaq daha sonra xalq tərəfindən bərpa edilmişdir. 1941 və 1945-ci illər arasında Ustaşa tərəfindən bombalanmıştır. Məzar daşlarının birində "Zdravko Yovaçnoviç 1943-cü ildə monastırı qorumaq üçün Ustaşa tərəfindən öldürüldü" sözləri yazılmışdır. İkinci Dünya Müharibəsindən sonra monastır təkrar bərpa edildi.[2]
Bosniya müharibəsi
[redaktə | mənbəni redaktə et]1991-1992-ci illərdə Biyelina yerli Serbiya Muxtar Rəhbərliyinin mərkəzi şəhəri idi.
Biyelina strateji mövqeyi səbəbilə Bosniya müharibəsinin ilk başladığı yerlərdən biridir. 1992-ci ilin aprel ayının ilk günlərində şəhər Arkan tərəfindən idarə olunan Serbiya qabaqcıl birliklərinin hücumuna məruz qaldı. O günə aid xəbər qaynaqlarına görə, 1000-ə yaxın mülki şəxs öldürüldü və qeyri-serb əhali buradan köçürüldü.[3] Bu, Bosniya və Herseqovinadakı etnik təmizliyin ilk nümunələrindən biridir.[4]
Coğrafi mövqe
[redaktə | mənbəni redaktə et]Biyelinanın yerləşdiyi Semberiya bölgəsi Sava, Drina çayları sahillərində olan və Mayevisa dağları arasında olan düzənlik bir bölgədir. Bütün Semberiya bölgəsi məhsuldar torpaqları və uyğun hava şəraiti ilə uyğun kənd təsərrüfatı sahələrindən ibarətdir.
Demografisi
[redaktə | mənbəni redaktə et]1991
[redaktə | mənbəni redaktə et]1991-ci ildə əhali sayımına görə Biyelina bələdiyyəsinin əhalisi 96.796 nəfərdir. Bunların bölgüsü:[5]
Qardaşlaşmış şəhərlər
[redaktə | mənbəni redaktə et]Biyelina aşağıdakı şəhərlərlə qardaşlaşmışdır:
- Kruševac, Serbiya
- Ruse, Bolqarıstan
- Kumanovo, Makedoniya
- Langenhagen, Almaniya
Məşhurlar
[redaktə | mənbəni redaktə et]- Savo Milošević, futbolçu
- Elez Dervišević, əsgər
- Adnan Hamidović, Boşnak repçi
- Ljiljana Rikić, xeyriyyəçi
Şəhərlərə qədər məsafə
[redaktə | mənbəni redaktə et]- Sarayevo: 210 kilometr;
- Belqrad: 139 kilometr;
- Banja Luka: 273 kilometr;
- Vyana: 645 kilometr;
- Budapeşt: 407 kilometr;
- Zaqreb: 322 kilometr.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Bijeljina na Internetu - skolstvo". 2012-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-02.
- ↑ "Tavna monastery". 2008-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-02.
- ↑ Report by Anne McElvoy in The Times, 20 aprel 1992, Noel Malkolm - Bosnia - a short history (Macmillan, 1994), s. 236.
- ↑ Noel Malcolm - Bosnia - a short history (Macmillan, 1994) s. 236
- ↑ [1] Arxivləşdirilib 2009-05-27 at the Wayback Machine Bosnia and Herzegovina 1991 census.