Biql (it cinsi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Biql
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Biql — ov itləri cinsi.[1]

Dovşantülküləri təqib etmək üçün istifadə olunur, ovunu dəstə ilə qovur, dözümlüdür, güclü iybilmə qabiliyyəti var. Adı yazılı mənbələrdə ilk dəfə 1475-ci ildə çəkilir. İlk standartı Böyük Britaniyada təsdiq edilib. Biqllər mütənasib quruluşlu, canıbərk və qıvraq itlərdir. Süysününün hündürlüyü 33–40,5 sm, kütləsi 8–13 kq-dır. Üzü bir qədər qısa, gözləri mülayim ifadəli, qulaq ları uzun və sallaqdır. Beli düz, sinəsi batıqdır. Quyruğu qılıncşəkillidir, qaçarkən onu dik saxlayır. Tükləri qısa, sıx və coddur. Rəngi qara-qırmızımtıl-ağ, yaxud açıq-sarımtıldır. Evdə saxlanması asandır, lakin sümsüklüyə meyilli olduğu üçün ciddi təlimə ehtiyacı var.[1]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Uşaqlara qarşı çox tolerant bir itdir. Yaxşı bir ev yoldaşıdır. Digər it növləri yaxşı yola gedir. Təcavüzkar deyil. Amma pişik kimi ev hayvanlarıyla yola getmir. Çox maraqlı, qərarlı, müşahidəçi bir itdir. Bu səbəblə yaxşı bir gözətçi iti ola bilər. Çox yaxşı iz tamağı bacarır. Yalnız qalmağı sevmir. Soyuğa qarşı dözümsüzdürlər, mülayim iqlimdə yaşayırlar. Əsas xüsusiyyətləri: Biql hər kəsi sevən, incə, şirin, həyat dolu və maraqlı bir itdir. Xoşbəxt anlarında quyruq yelləyər, sosialdır, cəsurdur və ağıllıdır. Sakin və mehribandır. Uşaqlarla mükəmməl razılaşar, ümumiyyətlə digər itlərlə də arası yaxşıdır, amma pişik kimi digər heyvanlarla və ev heyvanlarıyla kiçiklikdən bəri sosiallaşmazlarsa, yalnız buraxılmamalıdırlar.

Biqllar nə istədiklərini bilir. Qərarlıdırlar, müşahidəçilər və sakit, möhkəm bir şəkildə tərbiyə edilməlidirlər. Bu cins yalnız buraxılmağı çox sevmir (hər cins kimi) .Əgər uzun müddət evdə olmayacaqsınızsa, iki dənə almağınız tövsiyə edilir.

Biqllar öz burunlarının dikinə getməyə meyllidirlər (xarakterə görə fərqlilik göstərə bilər). Əgər ətrafı əhatə olmayan bir sahədə onları sərbəst buraxsanız, ətrafı kəşf etmək üçün uzaqlaşa bilərlər.

Tükləriylə ayırd edilə bilən iki ayrı tipi vardır. Biri yumşaq, digəri sərt tüklüdür.

Cənub Hundlarının biqlın əcdadı olduğu düşünülür

Yaban dovşanı, qırqovul və bildirçin ovunda ixtisaslaşmışdır. Ancaq balıq ovunda da istifadə edirlər. İnsana yoldaşlıq edən it olaraq da müsbət bir şöhrətə malikdirlər.

Həmçinin mükəmməl bir narkotik axtarış iti və böyük bir ailə dostu kimi tanınırlar. Təəssüf ki, kiçik olduğu üçün, tez-tez tibbi təcrübələrdə də istifadə edilirlər.

Cox aktiv olan bu it cinsi evdə yaşaya bilər. Ancaq fəaliyyət üçün hərəkət edə biləcəyi bir mühitə ehtiyacı vardır. Enerjili bu itə mütləq oynaya biləcəyi bir sahə olmalı və nizamlı gündəlik gedişlər etdirilməlidir. Ancaq gözdən qoyulmamalıdır. Çünki başqa heyvanların arxasından gedə bilər.

Mənşəyi bu cins ehtimalla Elizabet dövründə Harri ilə qədim ingilis Tazısının cütləşdirilməsində istifadə olunurdu.

Miniatür bir növü də vardır. Elizabet Biqlı deyilən bu növün hündürlüyü 30 sm-ə qədər, çəkisi isə 10 kq-dır. Keçmişdə ovçular bu miniatür iti atlarının tərkibində ova aparardılar.

  1. 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 33. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]