Balaca qadınlar (roman)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Balaca qadınlar
ing. Little Women
Müəllif Luiza Mey Alkott
Janr uşaq
Orijinalın dili ingilis dili
Ölkə
Orijinalın nəşr ili 1868-1869, Roberts Brothers nəşriyyatı
Növ roman
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Balaca qadınlarLuiza Mey Alkott tərəfindən yazılmış və 1868-1869-cu illərdə iki hissədə çap olunmuş romandır. Avtobioqrafik səciyyə daşıyan roman Alkott və onun üç bacısı Anna, Elizabet, və Abigeylin uşaqlıq və gəncliyindən bəhs edir. Burada dörd bacı: Meq, Co, Bet və Emi onların həyatı, başlarına gələn hadisələr təsvir olunub. Əsərin əsas qəhrəmanı Conun prototipi müəllifin özüdür. Romandakı hadisələr Alkottun sonralar yazdığı "Balaca kişilər" və "Conun oğlanları" adlı əsələrdə də davam etdirilir. Bu üç əsəri birlikdə "Març ailəsi haqqında trilogiya" da adlandırırlar.

Meq, Co, Bet, Emi Mister Marçın dörd qızıdır. Ataları hər şeyinin itirdikdən və vətəndaş müharibəsində köləliyə qarşı mübarizə aparmağa başladıqdan sonra qızlar analarının himayəsi altında yaşayırlar. Meq varlı bir ailənin dörd uşağının mürəbbisi olur. Co varlı və tündməcaz Març bibiyə kömək edir. Bet utancaqlığına görə həmişə evdə qalıb ev işləri ilə məşğul olur. Emi isə məktəbə gedir. Qızlar evdə tamaşa düzəldir, kimsəsiz qonşularına kömək edirlər. Onlar həm də qonşuluqda yaşayan qoca Lorens və onun nəvəsi ilə də tanış olurlar. Bu oğlan-Lori Co ilə yaxın dost olur. Sonralar Lorinin müəllimi Con Bruk Meqlə tanış olur və onu sevir. Emi onunla pis rəftar olunduğuna görə məktəbdən çıxarılır. Bet qonşularının uşağına baxarkən xəstələnir və bu xəstəlik onu çox zəiflədir. Birinci hissə Betin sağalması və atalarının evə qayıtması ilə tamamlanır.

İkinci hissədə Meq Con Brukla evlənir. Lori Coya məhəbbətini elan edir və Co tərəfindən rədd edilir. Co ailə dostlarının yanında qalır və burada bir alman professorla tanış olu. Meqin əkiz uşaqları olur: Demi və Deyzi. Bet çox zəifləyir və uzun sürən xəstəlikdən sonra vəfat edir. Lori və Emi Avropada qarşılaşırlar və evlənirlər. Co isə tək qalır. Nəhayət o da professor Bhaerlə evlənir. Lori və Eminin Elizabet-Bess adlı qızları olur. Əsərin sonunda Març bibi vəfat edir və Plamfilddəki evini Coya miras qoyur. Co və əri burada kasıb və kimsəsiz uşaqlar üçün məktəb açır. Bütün ailə bir yerə toplaşıb bunu qeyd edir.

  • Marqaret-Meq- ən böyük qız. 16 yaşında çox gözəl bir qızdır.
  • Cozefina-Co- 15 yaşında nadinc bir qızdır. Böyümək istəmir. Yazıçı olmaq istəyir.
  • Elizabet-Bet- 13 yaşında utancaq bir qızdır. Musiqi ilə maraqlanır.
  • Emi Kertis- 11 yaçında sarışın bir qızdır. Özünə çox fikir verir. Rəssam olmaq istəyir.
  • Teodor Lorens-Lori(Teddi)- qonşuluqda yaşayır. 15 yaşındadır. Musiqiçi olmaq istəyir.
  • Mister Març- qızların atasıdır. Kasıb dostuna kömək etmək istərkən hər şeyini itirir. orduda xidmət edir.
  • Missis Marqaret Març- qızların anasıdı. Çox qayğıkeş və xeyirxah bir qadındır.
  • Març bibi- əsəbi qoca ledidir. qızların qohumudur.
  • Con Bruk- Lorinin müəllimidir. Meqlə evlənir.
  • Mister Lorens- qonşuluqda yaşayan qoca centlmendir. Qızlara kömək edir. Beti çox istəyir.
  • Professor Bhaer- kimsəsiz qalmış bacısı uşaqlarını böyüdən alman professor. Co ilə evlənir və onunla Planfilddə məktəb açır.