Avropa 51
Avropa 51 | |
---|---|
it. Europa '51 | |
| |
Janr | Dram |
Rejissorlar |
Roberto Rossellini Dino De Laurentis Karlo Ponti |
Prodüser | Roberto Rossellini |
Ssenari müəllifləri |
Roberto Rossellini Sandro de Feo Mario Pannunzio İvo Perilli Brunello Rondi |
Baş rollarda |
İnqrid Berqman Aleksander Noks Cülyetta Mazina Tereza Pellati Ettore Cannini Marsella Rovena Tina Perna Sandro Françina |
Operator | Aldo Tonti |
Bəstəkar | Renzo Rossellini |
Rəssamlar |
Vircilio Marçili Ferdimando Ruffo |
İstehsalçı | I.F.E. Releasing Corporation |
İlk baxış tarixi |
3 noyabr 1954 2 oktyabr 1953 15 aprel 1953 4 dekabr 1952 1 noyabr 1954 mart 1954 22 dekabr 1953 4 yanvar 1954 |
Filmin digər adları |
Avropa 51 Greatest Love Europa 51 Mutterschicksal Su gran amor — Europa '51 No Greater Love Europe 51 Europa '51 Europa '51 Den stora kärleken Europa 51 Европа 51 Avrupa '51 Europe 51 Europa '51 Europe 51 Európa '51 |
Filmin növü | Dram |
Müddət | 113 dəqiqə |
Ölkə | İtaliya |
Dil | İtalyan dili |
İl | 1952 |
Rəng | Ağ-qara |
Çəkiliş yeri | Roma |
IMDb | ID0043511 |
Vikianbarda əlaqəli mediafayllar |
Avropa 51 (it. Europa '51, oxunuşu: euˈrɔpa tʃinkwanˈtuno) — 1952-ci ildə İtalyan rejissoru Roberto Rossellini tərəfindən İtaliyada çəkilən ağır psixoloji dramatik janrında olan filmdir. Bu film digər xarici ölkələrdə müxtəlif adlarla tanınır.
İtalyan neorealizmi kino axınının başladıcısı və ən əhəmiyyətli xarakterlərdən biri olan Roberto Rossellininin idarə etdiyi filmin ssenarisini də yenə Rosselini öz hekayəsindən bir neçə insanla birlikdə uyğunlaşdırıb yazmışdır. Film heyətlərinin 10-nun içində Federiko Fellini də vardır. Rosselini ayrıca Karlo Ponti və Dino de Laurentislə birlikdə filmin prodüserliyini də öz öhdəliyinə götürmüşdür.
Filmdə çəkilən İnqrid Berqman, Aleksander Noks, Ettore Cannini, Cülyetta Mazina (Federiko Fellininin arvadı) və Tereza Pellatininin oynadıqları ağ-qara filmin görünüşlərini məşhur italyan rejissoru Aldo Tonti çəkmişdir. Filmin xüsusi musiqisi isə bəstəkar, eyni zamanda rejissorun qardaşı olan Renzo Rosselliniyə aiddir (Roberto Rossellininin oğlunun adı da qardaşınınkı kimi Renzodur və kinoda prodüser olaraq çalışır).
Filmin çəkilişi zamanı İnqrid Berqman və Roberto Rossellini evli idilər. Hər ikisi də öz başlarına kino dünyasının bir nəhəng sənətçisi olmalarına baxmayaraq birlikdə etdikləri filmlər tamaşaçı tərəfindən çox aydın olmadı və maraqsızlıqla qarşılandı. Rossellininin karyerasında "Berqman Dövrü" olaraq adlandırılan bu talesiz ikinci dövrünə aid çox az film diqqətə dəyər tapmışdır. "Avropa 51" filmi də bu qaranlıq dövrün diqqət çəkən əhəmiyyətli filmlərindən biridir.
Filmdə, oğlunun intihar edərək ölməsindən sonra həyatı alt-üst olan Roma kübar cəmiyyətindən bir qadının (İrenin) həyatına məna qazandırma səyi nəticəsində solçu bir yaxınının təklifiylə Romanın kasıb səmtlərindəki sağlamlıqsız insanlarla yaxından maraqlanmağa başlaması, bunun nəticəsində Burjuaziya tərəfdarları tərəfindən təzyiqə məruz qalması və nəhayət, daş ürəkli anlayışsız əri tərəfindən psixiatrik xəstəxanaya bağlatdırılmaq istənməsi izah edilməkdədir.
28 avqust 1952-ci ildə ilk nümayişiminin edildiyi İtaliyanın ən qədim festivalı olan Venesiya Kino Festivalında Qızıl Şir mükafatına namizəd göstərilən "Avropa 51" filmi, bu festivalda "Beynəlxalq Mükafat"a layiq görülmüşdür.[1][2][3] "Avropa 51" filmi Roberto Rossellininin ən yaxşı dramatik filmlərindən biridir.
Seçilmiş sitatlar
[redaktə | mənbəni redaktə et]- Geri dön, Berqman! Kinofilm hərəkəti dünyada hadisəni və icrasını uzun dörd ildir ki, gözləmişdir! (it. Torna Berqman! L'evento e le prestazioni nel mondo del cinema ha aspettato per quattro lunghi anni!)
- Bəlkə o ərini, öz evini itirib? — Onun cavabı heyrətləndirəcəkdir! (it. Avrebbe perso il marito, la sua casa? — La sua risposta vi stordire!)
Məzmun
[redaktə | mənbəni redaktə et]1951-ci il, Roma şəhəri. Artıq İkinci dünya müharibəsi başa çatmışdır. Bu müharibənin fəlakətlərini qucaqlamağa çalışan, iqtisadi və ictimai cəhətdən dərin problemlərlə boğuşan İtaliyanın paytaxtı Romada yaşayan Amerikalı əsilli bir qadın olan İren Qirard (İnqrid Berqman) və iş adamı əri Corc (Aleksander Noks) Roma kübar cəmiyyətindən dostlarına və yoldaşlarına evlərində yeməkli bir dəvət verməkdədirlər.
Eqaist bir qadın olan İren bu cür ictimai fəaliyyətlərdən vaxt tapıb yeniyetmə uşaqları Mişel (Sandro Françina) ilə çox maraqlana bilməz, hətta onu çoxca laqeydlik edər. Əri Corc isə ondan daha da maraqsızdır. Özüylə maraqlanılmasını təmin etmək üçün davamlı səy göstərən kiçik Mişel heç cür axtardığı şəfqəti tapa bilməz. Həmin gecə dəvət əsnasında otağına göndərildiyində bir az da maraq üzərinə çəkə bilmək üçün özünü nərdivan boşluğundan aşağıya təyin atır və ağır yaralanır.
Qaldırıldığı xəstəxanada narkozun təsiriylə həkimlərə özünü öldürmək istədiyini söyləmişdir. Bunun bir qəza deyil də intihar cəhdi olduğunu öyrənməsi İreneni dərindən yaralayır və həyat tərzini dəyişdirməyə vadar edir. Ancaq o gecə yeganə uşaqları Mişel xəstəxanada ölür.
Bir müddət heç bir nahar etməyən İren, sol fikirli bir aydın olan jurnalist əmi oğlunu Andreanın (Ettore Giannini) təklifiylə Romanın kənar səmtlərində yaşayan ictimai haqqlarından məhrum qalmış kasıb insanların problemləriylə yaxından maraqlanmağa başlayır. Zamanının böyük qisimini bu köməyə möhtac insanlarla keçirir. Həyatına bir məna qazandırmaq səyi ilə və yaxşı niyyətlə başladığı bu xeyr işləri həm soyuq, həm də maddiyyətçi bir insan olan əri tərəfindən xoş qarşılanmır. Hətta Corc arvadı və Andrea arasında bir əlaqə olduğunu düşünərək qısqanclıq böhranına tutulur.
Yeganə uşağının ölümündən özünü məsul tutan və özünü əsla bağışlamayan İrenin isə dünyagörüşü dəyişmişdir. Çox uşaqlı kasıb Puqlisi ailəsinin xəstəxanadakı uşaqlarının dərman pullarını ödəyərək onun sağlamlığına qovuşmasına köməkçi olur. Ardından da gecəqonduda oturan 6 uşaqlı subay ana Passerotto (Cülyetta Mazina), sonra vərəmli bir fahişə (Tereza Pellati) və bir bank oğrusuyla dost our.
İren Bank oğrusunun qaçmasına yardım göstərir. Buna görə İren, az qala bu müqəddəs missiyasını yerinə yetirərkən həm əri, həm də köhnə Burjuaziya tərəfdarları tərəfindən təzyiqə məruz qalır. Burjuaziya tərəfdarları İrenin dinə inanmadığını və kommunist olmadığını bildirir. Onun havalandığına qərara gələn vicdansız əri onu psixiatrik xəstəxanaya göndərməyə qərar verir. Heç bir günahı olmayan, uşağını itirən və kasıblara yardım göstərən İren psixiatrik xəstəxanaya göndərilir. İren psixiatrik xəstəxanaya göndərildikdən sonra əri Corc onu görməyə gəlir. Görüşdükdən sonra İrendən ayrılır. İren psixiatrik xəstəxanadan küçəyə baxdıqda görür ki, kömək göstərdiyi insanlar onun dəli olmadığını söyləyərək, ağlamağa başlayırlar.Onların arasında az yaşlı uşaqlarda var idi. İren, onlara xoş bir təbəssümlə gülümsənməyə başlayır.
Rollarda
[redaktə | mənbəni redaktə et]Aktyor/aktrisa | Personaj | Qeydlər |
---|---|---|
İnqrid Berqman | İren | Filmin əsas personajıdır |
Aleksander Noks | Corc | İrenin əridir |
Cülyetta Mazina | Passerotto | İrenin yardım göstərdiyi qadınlardan biridir |
Ettore Cannini | Andrea Kasatti | |
Tereza Pellati | İnes | |
Marsella Rovena | Cənab Puqlisi | |
Tina Perna | Kesira | |
Sandro Françina | Mişel Qirard | İrenin oğludur |
Qiansarlo Viqorelli | Hakim | |
Mariya Zanoli | Xanım Qalli | |
Silvana Veronese | Xanım Puqlisi | |
Alfred Braun | Cənab Qalli | |
Antonio Pietranceli | Psixoloq |
Filmin ssenarisi
[redaktə | mənbəni redaktə et]"Avropa 51" filminin ssenarisi Roberto Rossellini[4] tərəfindən 1950-ci ildə Müqəddəs Fransiskonun gülləri filminin çəkilişi bitdikdən sonra hazırlanmışdır. Rejissor filmin ssenariyasını İnqrid Berqmana Yeni ildə bir hədiyyə kimi təqdim etmişdir. İnqrid Berqman bu hadisəni belə xatırlayırdı: "Roberto Rossellini mənə deyir: Görəsən Müqəddəs Assizli Fransisko bu gün geri qayıtsaydı, biz nə edərdik?" Bu cümlədən sonra biz gülməyə başladıq. Roberto Rossellini deyir: "Mən Müqəddəs Assizli Fransisko haqqında danışmağa hazırlaşıram. Yəni, bir qadın varlı kişidən, varlı həyatından, bütün dostlarından imtina edir ki, kasıblara yardım göstərsin."
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]- "Avropa 51" filminin bəstəkarı Roberto Rossellininin qardaşı Renzo Rossellinidir.
- İnqrid Berqman "Avropa 51" filminin çəkilişi zamanı Roberto Rossellinidən hamilə olmuşdur. Aktrisa bu haqda "Mənim həyatım" avtobioqrafiyasında dərc etmişdir.
- "Avropa 51" filmi satışa çıxan zaman İnqrid Berqman və Roberto Rossellininin arasındakı münasibət pisləşməyə başlayır. İnqrid Berqman qızını həyat yoldaşına verərək, Rossellininin həyatını tərk edir.[5][6]
Digər dillərdə
[redaktə | mənbəni redaktə et]Ölkə | Dil | Adı |
Azərbaycan | Azərbaycan dili | Avropa 51 |
ABŞ | İngilis dili | Greatest Love |
Almaniya | Alman dili | Europa 51 |
Avstriya | Alman dili | Mutterschicksal (alternativ ad) |
Argentina | İspan dili | Su gran amor — Europa '51 |
Böyük Britaniya | İngilis dili | No Greater Love |
Fransa | Fransız dili | Europe 51 |
Niderland | Holland dili | Europa '51 |
İtaliya | İtalyan dili | Europa '51 |
İsveç | İsveç dili | Den stora kärleken |
Almaniya | Holland dili | Europa 51 |
Rusiya | Rus dili | Европа 51 |
Türkiyə | Türk dili | Avrupa '51 |
Portuqaliya | Portuqal dili | Europe 51 |
İspaniya | İspan dili | Europa '51 |
Yunanıstan | Yunan dili | Europe 51 |
Macarıstan | Macar dili | Európa '51 |
Ölkələrdə çıxış tarixi
[redaktə | mənbəni redaktə et]Ölkə | Çıxış tarixi |
ABŞ | 11 yanvar 1954 (Nyu-York) |
ABŞ | 3 noyabr 1954 |
Fransa | 15 aprel 1953 |
Fransa | 19 iyun 1953 (Paris) |
AFR | 2 oktyabr 1953 |
İtaliya | 28 avqust 1952 (Venesiya Kino Festivalı) |
İtaliya | 4 dekabr 1952 |
Türkiyə | mart 1954 |
Danimarka | 1 noyabr 1954 |
İsveç | 4 yanvar 1954 |
Portuqaliya | 22 dekabr 1953 |
Mükafatlar və Nominasiyalar
[redaktə | mənbəni redaktə et]İl | Nominasiya | Layiq görülüb |
---|---|---|
1952 | Qızıl Şir | Roberto Rossellini[7] |
İl | Mükafat | Layiq görülüb |
---|---|---|
1953 | Gümüş Lenti (Milli mükafat) | İnqrid Berqman (Ən yaxşı xarici aktrisa) |
1952 | Gümüş Lenti (Milli mükafat) | Roberto Rossellini |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Avropa 51 filminin yazıçısı Roberto Rossellini Arxivləşdirilib 2022-08-17 at the Wayback Machine Yoxlanılıb: 17 sentyabr 2014
- ↑ Avropa 51 filminin iştirakçıları Arxivləşdirilib 2016-06-01 at the Wayback Machine Yoxlanılıb: 17 sentyabr 2014
- ↑ Avropa 51 filminin xarici ölkələrdə çıxış tarixi Arxivləşdirilib 2015-02-12 at the Wayback Machine Yoxlanılıb: 17 sentyabr 2014
- ↑ Avropa 51 filminin ssenaristləri Arxivləşdirilib 2015-02-12 at the Wayback Machine Yoxlanılıb: 17 sentyabr 2014
- ↑ Avropa 51 filmi Allmovie.com saytında Arxivləşdirilib 2022-06-04 at the Wayback Machine Yoxlanılıb: 17 sentyabr 2014
- ↑ Dorsay, Atilla (1995). 100 Yılın 100 Yönetmeni. Remzi Kitabevi. ss. sayfa 219. Türkçe isim için referans
- ↑ Avropa 51 filminin mükafatları Arxivləşdirilib 2015-02-12 at the Wayback Machine Yoxlanılıb: 17 sentyabr 2014
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Avropa 51 — Internet Movie Database saytında