Asar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Asar
q.skan. ǫ́ss, ás
Mifologiya German-skandinav mifologiyası
Sülalə Asarlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Asar(lar) - German-skandinav mifologiyasında Asqardda yaşayan ali tanrılara deyilir. Asarların başçı Odin sayır. Digər mədəniyyətlərdə: türk, altay, monqol və tibet mifologiyalarında tanrılar yurdu. Azar olaraq da deyilər. Tanrıların yaşadığı səma deməkdir. Eyni söz tanrı mənasına da gəlir. Azəri millət adının buradan törədiyini irəli sürən bəzi görüşlərdə mövcuddur. Tibet və monqol mətnlərində də iştirak edən, hətta Skandinaviya mifologiyalarında belə bənzər bir sözlə "Aesir" şəklində Tanrılar birliyini ifadə edən ortaq bir ünsürdür. Asarı sözcüyü də Tibetcədə Göy Tanrılarını təyin etməkdə istifadə edilər. Monqolcada asar çadır deməkdir. Türklərdə göyün böyük bir çadır olaraq qəbul edilməsi fikirinin bir başqa nümunəsidir. Çox Tanrılı dinlərin az qala hamısında Tanrılar birliyinin insanlardan uzaq bir yerdə (ümumiyyətlə göylərdə bir dağda) yaşadığı inancı məşhurdur.

Deyilənlərə görə, yeni dünyanın yaradılma zamanı gəldiyində, uzaq bir yerdə, şiddətli bir qasırğa qopar, qaranlıq çökər və qarışıqlıq olar. O zaman, Asar tanrılarının yurdu olan səmada böyük bir döyüş çıxar. Asarılar dağılır və yurdlarının qalıqları üzərində yenidən yeddi mərtəbəli bir ölkə qurulur. Ancaq Asarılar arasında qarışıqlıq hələ davam etməkdədir. Təkrar şiddətli qarşıdurmalar başlayır. Bu səbəblə Asarılar günahlarına görə, köhnə tanrısal xüsusiyyətlərini itirərlər. Uzun illər keçər və Asarılar Sümer dağının geniş təpəsinə yerləşərlər. Cənnətdə qarışıqlıq daha da artar. Asarılar, göydəki yerlərindən aşağı düşərək, ən sonunda torpaqda yaşamağa başlayırlar. Sümer Dağı və ətrafındakı çöllərdə kimsə yaşamadığından qaçaq tanrılar oralara yerləşib, yer üzünün ilk sakinlərini yaradırlar. Bir gün, bunlardan biri torpaqda yetişən bal kimi ləzzətli bir meyvədən dadar. Digərləri də onun etdiyinin eynisi edincə öz ilahi təbiətlərini hamısıyla itirərlər və insana çevrilərlər.

(As / Az) kökündən törəmişdir. Asılı yer deməkdir. Bundan başqa asarmak hərəkəti, qorumaq, saxlamaq mənası ehtiva edər. Mançuca və monqolcada Asar / Asar sözcüyü çadır mənası daşıyır.