Araxna (mifologiya)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Araxna
q.yun. Αράχνη
Araxna, Qustav Dore, illustrasiya, 1861
Araxna, Qustav Dore, illustrasiya, 1861
Mifologiya Yunan
Adının izahı Hörümçək
Yunanca adı Αράχνη
Cinsi qadın[d]
Fəaliyyəti Toxucu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Araxna (yun. Αράχνη - hörümçək deməkdir) - yunan mifologiyasında[1] boyaqçı Lidiya şəhərindən olan İdmonun qızı, sənətkarı toxucu.

Rəvayətə görə Afinadan toxuma və tikmə öyrənmiş Araxna özünü öyərək bunun heç də belə olmadığını söyləyir və ilahə Afinanı yarışa çağırır. İlahə Afina ona bu ağılsız hərəkətdən çəkinməyi təklif edir. lakin Araxna inadından dönmür. Yarış baş tutur: Afina tikməsində Poseydon üzərindəki qələbəsini, Araxna isə tikməsində Zevsin əməllərinə aid bir səhnəni həkk etdirir. Afina Araxnanın işini qiymətləndirsə də tikmədə təsvir olunmuş səhnənin tanrılara qarşı hörmətsizlik kimi qiymətləndirərək, fıstıq çubuğu ilə onun təpəsinə vurur. Bədbəxt Araxna bu alçatmağa dözməyərək özünü asır. Afina onu ilgəkdən azad edərək deyir:

- Yaşa, amma sən ömürüboyu asılaraq toxuyacaqsan, və bu cəzanı bütün nəslin çəkəcək.

Afina sehirli ot şirəsini Araxnaya sürtür, dərhal onun bədəni büzülərək hörümçəyə çevrilmiş olur. O gündən Araxna öz torundan asılaraq gecə-gündüz toxuyur.

  1. Мифы народов мира. М., 1991-92. В 2 т. Т.1. С.98; Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.1. С.143-144

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]