Araukariya
Araukariya | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Cins: Araukariya |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Araukariya (lat. Araucaria) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin araukariyakimilər fəsiləsinə aid bitki cinsi.
Həmişəyaşıl, adətən ikievli, 30–60 m hündürlüyündə olan ağacdır. Çətiri piramidaşəkilli, yaxud çətirə bənzərdir; yaşlı ağacların gövdələrinin səthi halqa şəklində qalınlaşmışdır. Yarpaqları (iynələri) coddur, tikanlıdır, uzunluğu 10 sm-ədək, eni 3 sm-dir və 10–40 il yaşayır. Növlərə görə yarpaqlar da müxtəlif ölçüdə və formada olur. Toxumları iri və qanadsızdır, çoxusu yeyilir. Araukariyalar 400-500 il yaşayır. 20-ədək növü var. Cənubi Amerika, Avstraliya, Yeni Qvineya və ona yaxın adaların təmiz və qarışıq meşələrində bitir. Bir çox növlərinin qiymətli oduncağı var. Dekorativ bitki kimi mülayim, isti və subtropik iqlimli ölkələrin (o cümlədən Qafqazın Qara dəniz sahillərində) parklarında becərilir.[2]
Növləri
[redaktə | mənbəni redaktə et]- Araucaria
- Braziliya araukariyası (Araucaria angustifolia)
- Çili araukariyası (Araucaria araucana)
- Araucaria bernieri
- Araucaria bidwillii
- Araucaria biramulata
- Araucaria columnaris
- Araucaria cunninghamii
- Araucaria heterophylla
- Araucaria humboldtensis
- Araucaria hunsteinii
- Araucaria laubenfelsii
- Araucaria luxurians
- Araucaria montana
- Araucaria muelleri
- Araucaria nemorosa
- Araucaria rulei
- Araucaria schmidii
- Araucaria scopulorum
- Araucaria subulata
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Maarten J.M. Christenhusz, Reveal J. L., Farjon A., Gardner M. F., Mill R. R., Chase M. W. A new classification and linear sequence of extant gymnosperms (ing.). // Phytotaxa Magnolia Press, 2011. Vol. 19, Iss. 1. P. 55–70. ISSN 1179-3155; 1179-3163 doi:10.11646/PHYTOTAXA.19.1.3
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 593. ISBN 978-9952-441-02-4.