Apanasenkovski rayonu
Apanasenkovski rayonu | |
---|---|
45°54′55″ şm. e. 43°20′52″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1924 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86555 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Apanasenkovski rayonu (rus. Апанасенковский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi[5][6]. İnzibati mərkəzi Divnoye kəndidir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Rayon Stavropol diyarının şimalında yerləşir. Kalmıkiya Respublikası ilə sərhədi Manıç çayı boyunca uzanır. Relyefi düzənlikdir, hündürlüyü təxminən 100 metrdir. Buradakı yüksəkliklər Kuma-Manıç çökəkliyi boyunda yerləşir. Manıç gölü unikal quşların yaşadığı ərtazidir.
Apanasenkovski rayonu riskli əkinçilik deyilən bölgə olan Stavropol diyarının ən quraq bölgələrindən biridir. İqlimi kəskin kontinentaldır. Yaz aylarında, iyulun ikinci yarısı və avqustun ilk yarısı arasında temperatur +25 ilə +40 dərəcə arasında dəyişir. Qışda mənfi 3-5 dərəcəyə qədər enir. Şiddətli şaxta çox nadirdir, 10-15 dərəcəni aşmır. Şabalıdı və açıq şabalıdı torpaqlar üstünlük təşkil edir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon 1924-cü ildə Stavropol quberniyasının Blaqodarnenski qəzasının volost və kəndlərindən qurulmuşdur. İnzibati mərkəz rayona orijinal ad verən Divnoye kəndi idi[7].
1930-cu ildə (digər mənbələrə görə - 1931-ci ildə) Divenski rayonu ləğv edilir və 1935-ci ilin yanvarında Mitrofanovskoye kəndi regional mərkəzə çevrildiyi üçün Mitrofanovski rayonu olaraq bərpa edildir. Elə həmin il Mitrofanovskoye kəndi Vətən müharibəsinin qəhrəmanı İosif Rodionoviç Apanasenkonun şərəfinə Apanasenkovskoye, rayon isə Apanasenkovski adlandırıldı.
17 yanvar 1943-cü ildə Apanasenkovski rayonu alman faşist işğalçılarından azad edilir[8].
1 fevral 1963-cü ildə mövcud 15 kənd rayonu əvəzinə: Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Alexandrovski, Qeorqievski, İobilnenski, İpatovsky, Koçubeevskiy, Krasnoqvardeyski, Kurski, Levokumski, Mineralovodski, Petrovski, Prikumski və Şpakovski[9].
12 yanvar 1965-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyəti qərar verir[10]:
Arzqirski, Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Qeorqiyevski, İzobilnenski, İpatovski, Koçubeevski, Krasnoqvardeyski, Kurski, Levokumski, Mineralovodski, Novoaleksandrovski, Petrovski, Prikumski, Sovetsk və Şpakovski kənd əraziləri; Qaraçay-Çərkəs Muxtar Vilayətinin Adıgey-Xablski, Zelençuksky, Qaraçaevski, Malokarachaevski, Prikubansky və Xabezski kənd əraziləri rayonlara çevriləcəkdir. |
16 mart 2020-ci il tarixindən etibarən Stavropol diyarının 31 yanvar 2020-ci il tarixli 3-kz qanununa əsasən, Apanasenkovski rayonunun bütün bələdiyyələri, onları vahid bələdiyyə forması Apanasenkovski bələdiyyə dairəsinə birləşdirməklə dəyişdirildi.
Ərazi vahidi öz statusunu qorumuşdur.
Əhali
[redaktə | mənbəni redaktə et]- Cins tərkibi
2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 15 743 kişi (47.60%) və 17.331 qadın (52.40%) yaşayırdı[11].
- Milli tərkib
2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı:
Millət | Say | % |
---|---|---|
Ruslar | 28 665 | 86,67 |
Darginlər | 2024 | 6,12 |
Belaruslar | 351 | 1,06 |
Digərləri[12] | 2034 | 6,15 |
Ümumi | 33 074 | 100,00 |
Rayonla əlaqəli insanlar
[redaktə | mənbəni redaktə et]Pavel Kaşuba Sovet İttifaqı Qəhrəmanı adına Kiyevka kəndində layiq görülüb.
Sosialist Əməyi Qəhrəmanı fəxri adı almış rayon sakinləri: Pavel Baştovoy, Vasiliy Moroz, İ. Krasnikov, V. Fisenko, Y.Şevçenko.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://docs.cntd.ru/document/461506269.
- ↑ 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- ↑ https://web.archive.org/web/20180303160429/http://stavstat.gks.ru/wps/wcm/connect/rosstat_ts/stavstat/resources/0b99810047c561dc854aa5ed3bc4492f/%D0%90%D0%A2%D0%A3_%D0%9C%D0%A2%D0%A3_%D0%BD%D0%B0_2015%D0%B3.htm.
- ↑ Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2023 года.
- ↑ "Закон Ставропольского края «Об административно-территориальном устройстве Ставропольского края»". Электронный фонд правовой и нормативно-технической документации. 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
- ↑ "Закон Ставропольского края «Об утверждении Реестра административно-территориальных единиц Ставропольского края»". Электронный фонд правовой и нормативно-технической документации. 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
- ↑ "Краткая справка по административно-территориальному делению Ставропольского края с 1920 по 1992 год". Официальный сайт комитета Ставропольского края по делам архивов. 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-06.
- ↑ "Календарь государственных праздников Российской федерации, памятных дат и знаменательных событий Ставропольского края на 2011 год". Официальный сайт администрации Курсавского сельсовета Андроповского района Ставропольского края. 2015-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- ↑ "Указ Президиума Верховного Совета РСФСР от 1 февраля 1963 года «Об укрупнении сельских районов, образовании промышленных районов и изменении подчиненности районов и городов Ставропольского края»". 2019-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
- ↑ "Указ Президиума Верховного Совета РСФСР от 12 января 1965 года «Об изменениях в административно-территориальном делении Ставропольского края»". 2014-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-26.
- ↑ "Всероссийская перепись населения 2010 года на территории Ставропольского края. Том 3 книга 1 «Национальный состав и владение языками, гражданство»". Сайт Ставропольстата. 2015-04-05 tarixində arxivləşdirilib.
- ↑ abazinlər (18), avarlar (28), aqullar (8), azərbaycanlılar (264), ermənilər (277), yunanlar (5), gürcülər (56), kabardinlər (5), kazaklar (61), qazaxlar (12), kalmıklar (7), qaraçaylar (7), qırğızlar (6), korayalılar (19), qumuqlar (7), laklar (22), ləzgilər (55), marilər (11), moldovanlar (127), mordavalılar (8), almanlar (35), osetinlər (132), polyaklar (8), rumınlar (5), tabasaranlılar (26), tatarlar (42), türkmənlər (9), uklraynalılar (252), saxurlar (10), qaraçılar (37), çeçenlər (34), çuvaşlar (8), digər milliyyətin dümayəndələri (53), milliyyətini bildirməyənlər (441)
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Официальный сайт администрации Апанасенковского муниципального района Ставропольского края".
- "Апанасенковский муниципальный район". Портал органов государственной власти Ставропольского края. 2021-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
- "Апанасенковский район". Ставропольская правда.
- "Информационный портал Апанасенковского района Ставропольского края".