Anatoli Davidoviç
Anatoli Davidoviç | |
---|---|
belar. Анато́ль Мікала́евіч Давідо́віч | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 mart 1965 |
Doğum yeri |
|
Vəfat tarixi | 13 iyun 1992 (27 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | artilleriya[d] |
Rütbəsi | Mayor |
Döyüşlər | |
Təltifləri |
Anatoli Nikolayeviç Davidoviç (belar. Анато́ль Мікала́евіч Давідо́віч; 28 mart 1965, Skabin[d], Minsk vilayəti – 13 iyun 1992, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kapıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açmışdır.[1] Sonra ailələri ilə birlikdə Slutsk şəhərinə köçən Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib[2].
1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır.
Döyüşlərdə iştirakı
[redaktə | mənbəni redaktə et]"N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük töhfələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi. Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. Anatoli Ağdamda gedən döyüşlərdə ağır yaralanır, onu xilas etmək mümkün olmur. Xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir. Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi yumdu. Belarus Respublikasının Slutsk şəhərində dəfn edilmişdir.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Ailəli idi.
Milli Qəhrəman
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Gəncədə küçəyə mayor Davidoviç adı verildi, həmin küçədə barelyefi qoyuldu (10 aprel 2015)[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin yubiley tədbiri keçirilib Arxivləşdirilib 2016-04-15 at the Wayback Machine // APA. 2015. 30 mart.
- ↑ "Belaruslu Azərbaycan qəhrəmanı yad edilib". "Media forum" (az.). mediaforum.az. 2014-06-25 – 13:16:00. 2014-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-26.
- ↑ Süleymanlı, Samirə. "Gəncədə Anatoli Nikolayeviç Davidoviçin anadan olmasının 50 illiyinə həsr olunan yubiley tədbiri keçirilib". http://www.ganjanews.az. Gəncə News. 2019-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2019.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 62.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 28 martda doğulanlar
- 1965-ci ildə doğulanlar
- Minsk vilayətində doğulanlar
- 13 iyunda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- 27 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Belarusda dəfn olunanlar
- Azərbaycan mayorları
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Birinci Qarabağ müharibəsi iştirakçıları
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları