Amo Sagiyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Amo Sagiyan
Doğum adı Հմայակ Սահակի Գրիգորյան[1]
Doğum tarixi 14 aprel 1914(1914-04-14)[1]
Doğum yeri
Vəfat tarixi 17 iyul 1993(1993-07-17)[2] (79 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Komitas adına panteon[d]
Təhsili
Fəaliyyəti şair, tərcüməçi
Üzvlüyü
Mükafatları
"Qırmızı əmək bayrağı" ordeni "Oktyabr inqilabı" ordeni "Şərəf nişanı" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amo Sagiyan (erm. Համո Սահյան, əsl adı Amayak Saakoviç Qriqoryan; 14 aprel 1914[1], Lor, Zəngəzur qəzası[1]17 iyul 1993[2], İrəvan[3]) — sovet və erməni şairi.[4][5]

14 aprel 1914-cü ildə Rusiya imperiyasının Lor kəndində kəndli ailəsində anadan olmuşdur.

Vətənində ibtidai təhsili aldıqdan sonra orta təhsilini Bakıda aldı, Böyük Vətən Müharibəsindən əvvəl isə Bakı Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) linqvistika şöbəsini bitirdi. 1939-1941-ci illərdə Bakıda "Sovet yazıçısı" jurnalında ədəbiyyatçı kimi çalışmışdır. Müharibə iştirakçısı olan Amo Sagiyan Xəzər flotiliyasında xidmət etmişdir.

Müharibədən sonra erməni yazıçısı Stefan Zoryanın dəvəti ilə İrəvana gəldi və bir müddət onun evində yaşadı. Ömrünün sonuna qədər İrəvanda yaşayıb işlədi. 1946-cı ildə Sovet İttifaqı Kommunist Partiyası üzvü oldu.

17 iyul 1993-cü ildə İrəvanda vəfat etdi. Komitas panteonunda dəfn olundu.

Qırmızı Əmək Bayrağı ordeni, Oktyabr İnqilabı və Şərəf nişanı ilə təltif edilmişdir. "Sesam, açıl" (erm. Սեզամ, բացվիր) şeirlər toplusuna görə 1975-ci ildə Ermənistan SSR Dövlət Mükafatına layiq görülmüşdür.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Amo Sagiyanın əsərləri 1930-cu illərdə çap edilməyə başlandı. 1939-cu ildən SSRİ Yazıçılar İttifaqının üzvü idi.

"Vorotan sahilində" adlı ilk şeir toplusu 1946-cı ildə nəşr edilmişdir. Sonra "Yüksəkliklərdə" (1955), "Yaşıl qovaq" (1959), "Mahnılarda Ermənistan" (1962), "Qürubdan əvvəl" (1963), "Qayaların mahnısı" (1968), "İllərim" ( 1970), "Çağır, durna!" (1973) və s.

  • İrəvanın Arabkir inzibati rayonunun küçələrindən biri və İrəvanda yerləşən 70 nömrəli məktəb Amo Sagiyanın şərəfinə adlandırılıb.
  • Sisian şəhərində ona abidə ucaldılıb.
  • 1975-ci ildə rəssam Hrant Stepanyan, hazırda Yegişe Çarents Ədəbiyyat və İncəsənət Muzeyində yerləşən Amo Sagiyanın portretini çəkdi.
  • 2007-ci ildə İrəvanın Kasyan küçəsində Sagiyana aid xatirə lövhəsi qoyuldu.
  • 14 aprel 2014-cü ildə 100 illik yubileyi münasibətilə şairin doğma kəndində ev muzeyi açıldı.
  • 2014-cü ildə onun şərəfinə Ermənistanda poçt markası buraxılmışdır.
İrəvan şəhəri Komitas prospektindəki xatirə lövhəsi
Poçt markası
  1. 1 2 3 4 5 Erməni Sovet Ensiklopediyası, X cild (erm.). C. 10. S. 149.
  2. 1 2 Hamo Sahyan's 4 volumes to be published advancing poet's anniversary.
  3. 1 2 http://www.hamazkayin.org/faces.php?Lang=en&date=10-2009.
  4. "Амо Сагиян". 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  5. Համո Սահյան – ԿԵՆՍԱԳՐՈՒԹՅՈՒՆ Arxivləşdirilib 2010-01-29 at the Wayback Machine  (erm.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]