Amfibollar
Amfibollar | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Vikianbarda əlaqəli mediafayllar |
Amfibollar - minerallar
Haqqında
[redaktə | mənbəni redaktə et]Amfibollar lentvari quruluşlu metasilikatlardır. Lentlər silisium oksidi tetraedrlərinin piroksen zəncirlərilə sonsuz cütləşməsindən ibarətdir. Onlar kation və mütləq (OH)-1 ionları ilə birləşirlər. Amfibollar quruluşu ionların əvəz olunmasının böyük müxtəlifliyinə imkan verir. Buna görə amfibollar kimyəvi tərkibi çox dəyişkən olub, ümumi düsturu X2-3Y5Z8 O22 (OH)2. Monoklinik (qlaukofan, maqneziumribekit-ribekit, rixterit, katoforit-maqneziumkatoforit, ekermanit-arfvedsonit). Kimyəvi tərkibin müxtəlifliyinə baxmayaraq, amfibollar əksər xassələrinə görə oxşardır: habitus prizmatikdən iynəvariyədək. Ayrılması prizma üzrə ~ 124° bucaqla mükəmməldir. Sərtliyi 5-6. Xüsusi çəki 2,85-3,6. Amfibollar maqmatik, metamorfik və metasomatik süxurlarda geniş yayılmışlar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.