Alp unutma

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alp unutma
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Alp unutma
Beynəlxalq elmi adı

Alp unutma (lat. Myosotis alpestris) — Çoxillik, bozumtul-yaşıl bitkidir.

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Kökümsovu qısa, qalın, sürünən; saplağı düz, budaqsız, yarımsıxılmış tükcüklərlə sıx sallanmış, hündürlüyü 15–30 sm-dir. Gövdə yarpaqları oturaq, enli özüllü uzunsov, gövdəni yarıməhatə edən, ölçü və formasına görə müxtəlifdir, hər iki tərəfdən yumşaq, uzun tükcüklərlə sıxılmış və ya yarımsıxılmış tükcüklərlə sıx sallanmışdır. Kasacığın uzunluğu çiçəkləmə dövründə 2,5 mm, meyvəsi ilə birgə isə 4–5 mm-dir, solğunbozumtuldur. Çiçək tacı tünd-mavi, iri, diametri 7–8 (9) mm, yumurtaşəkilli-dairəvi dilimlidir. Meyvə saplağı qısa, uzunluğu 3–5 mm, yuxarı çəpəki istiqamətlənmiş, sıxılmış və yarımsıxılmış seyrək tükcüklərlə sıx sallanmışdır.[1]

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.[2]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950–1961, Т. I–VIII.