Alma çayı döyüşü
Alma çayı döyüşü | |
---|---|
Tarix | 20 sentyabr 1854 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Alma çayı döyüşü (20 sentyabr 1854) — Krım müharibəsinin ilk mühüm döyüşü olan Alma çayının cənubunda baş vermişdir. General Arnaud və Lord Raqlanın komandanlığı altında ingilis-fransız müttəfiq qüvvələri general Menşikovun rus qüvvələrini məğlub etdi. Ruslar təxminən 6000 itki vermişdir.
İngilis-Fransız qüvvələri 13 sentyabr 1854-cü ildə Krım yarımadasının qərb sahilində, Sevastopoldan 56 km şimalda yerləşən Kalamita körfəzinə yerləşdirildi. Dizenteriya və vəba xəstəliyinə görə çox nizamsız vəziyyətdə olsalar da, sahildən 4 km içəriyə sıxışdırılmışlar. Altı gün sonra müttəfiq ordusu üç çaya doğru irəliləyərkən ikinci çay Alma çayı yaxınlığında rus ordusu ilə qarşılaşdılar. Rus ordusu müdafiə mövqeyi tutdu. İngilis və Fransız qüvvələri gecəni çadırsız düşərgədə keçirdikdən sonra çayın şimalındakı təpələrə sızmağa başladılar. Ruslar isə çayın cənubundakı sıldırım təpələrə qalxaraq 107 m hündürlükdə, qısa çöl otları ilə örtülmüş dominant təpədə yerləşdilər. Döyüşdə qalib gələn müttəfiqlərin üzünə Sevastopolun yolu açıldı.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ William Howard Russell, The British Expedition to the Crimea, Routledge & co. 1858. p. 154 "The English army present at the Alma, in round numbers as stated in the official returns, consisted of 27,000 men; the French, of 25,000; the Turks, of 6,000 men."