Albaniya Sosialist Xalq Respublikası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
SSRİ-nin peyk dövləti (1961-ci ilə qədər)
Varşava Müqaviləsi Təşkilatının üzvü (1968-ci ilə qədər)
Albaniya Sosialist Xalq Respublikası
rus. Народная Республика Албания
rus. Народная Социалистическая Республика Албания
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
«Ti Shqipëri, më jep nder, më jep emrin Shqipëtar'
"Mənə şərəf verən Albaniyadır, mənə alban adını verən Albaniyadır""»
«Bütün ölkələrin proletarları birləşin!»
Himn: 
Himni i Flamurit
(azərb. Bayrağa himn‎)
1989-cu ildə Albaniya Xalq Sosialist Respublikası
1989-cu ildə Albaniya Xalq Sosialist Respublikası
 
 

Paytaxt Tirana
Dilləri Alban dili
Rəsmi dilləri alban dili
Dövlət dini Dövlət ateizmi
Valyuta Albaniya leki
Ərazisi 28,748 km2
Əhalisi
  • 3.072.000 nəf. (1985)
İdarəetmə forması
Dövlət başçıları
Baş katib
 • 1946–1985 Ənvər Xoca
Baş nazir
 • 1982–1991 Ramiz Aliya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Albaniya Xalq Sosialist Respublikası (alb. Republika Popullore Socialiste e Shqipërisë) — 1976–1992-ci illərdə Albaniyada mövcud olmuş marksist-leninist birpartiyalı dövlət. Albaniya dövləti 1944–1946-cı illərdə Albaniya Demokratik Hökuməti, 1946–1976-cı illərdə isə Albaniya Xalq Respublikası kimi tanınmışdır. Balkan yarımadasının cənub-qərbində, Adriatikİoni dənizləri sahilində yerləşirdi. Sahəsi 28,7 min kilometr kvadrat olmuşdur. Paytaxtı Tirana şəhəri olmuşdur. İnzibati cəhətdən 26 retiyə bölünürdü. Tirana şəhəri ayrıca inzibati vahid kimi ayrılmışdır.[1]

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Albaniya sosialist dövlət, xalq respublikası olmuşdur. Qüvvədə olan konstitusiyası 1946-cı ildə qəbul edilsə də, müxtəlif illərdə buna əlavələr olunmuşdur. Dövlət hakimiyyətinin ali və yeganə qanunverici orqanı əhali tərəfindən 4 il müddətinə seçilən birpalatalı Xalq Məclisi, sessiyaları arasındakı dövrdə isə onun Rəyasət heyəti olmuşdur. 18 yaşına çatmış bütün vətəndaşların seçmək və seçilmək hüququ olmuşdur. Xalq Məclisi Rəyasət heyətini seçir, qanunlar qəbul edir, hökuməti təşkil edir, Ali məhkəməni seçir, Baş prokuroru təyin edirdi. Dövlət hakimiyyətinin ali idarəedici və sərəncamverici orqanı olan Nazirlər Şurası Xalq Məclisi qarşısında məsul idi. Dövlət hakimiyyətinin yerli orqanları olan kənd, lokalitet, şəhər və rayonların xalq şuralarını əhali 3 il müddətinə seçirdi. Albaniyanın məhkəmə sistemi Ali məhkəmə, rayon məhkəmələri, şəhər, kənd və şəhər rayonlarının xalq məhkəmələri və hərbi tribullardan ibarətdir.[1]

  1. 1 2 Албанија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 217.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Library of Congress Country Study of Albania
  • Afrim Krasniqi, Political Parties in Albania 1912–2006, Rilindje, 2007
  • Afrim Krasniqi, Political System in Albania 1912–2008, Ufo press, 2010

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]