Adi mayaotu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adi mayaotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi mayaotu (lat. Humulus lupulus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin mayaotu cinsinə aid bitki növü.

Çoxillik sarmaşan bitkidir. Gövdəsi sarmaşan, nadir hallarda səriləndir, dördtillidir, sivri kələkötür və uzunluğu 3-6 m-dir.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik, ikievli, lian olub, uzunluğu 3-6 m-dir. Gövdəsi boş oduncaqlı, altıüzlü, içiboş, kələ-kötür olub, qarmaqlıdır. Yarpaqları bütövkənarlı və ya üç-beş kürəkli, əsasından ürəkşəkilli dərin oyuqlu, qarşı-qarşıya dayanan, metal parıltılı, itiuclu, kənarları dişcikli və uzun saplaqlıdır. Bircinsiyyətli çiçəkləri zirvədə dikinə istiqamətdə yerləşir. Beşüzvlü çiçək yatağı sarımtıl-yaşıl rəngli olub, süpürgə çiçək qrupunda toplanan, dişicikləri şişkin uzunsov-ellipsşəkilli, açıq-yaşıl, nisbətən əyilmiş olmaqla sırğaşəkillidir. Pulcuqlu, şişkinlikli olub, daxili tərəfində kiçik vəzicikləri vardır.

Rütublətli yerlərdə, çay sahillərində, enliyarpaqlı meşələrdə, kollu pöhrəliklərdə yayılır.

Xammalı toplamaq olduqca çətindir. Pivə sənayesində oldaqca qiymlətlidir. Çicəkqrupunu (dişi çiçəkləri) iyul-avqust aylarında sarımtıl-yaşıl olduqda toplamaq lazımdır. Çiəkqrupu saplaqla birlikdə toplanıldıqda dağılmır. Xammalı quru hava şəraitində, qalaq-qalaq yığılmamaq şərti ilə toplayaraq dərhal qurutmağa başlanılmalıdır. Toplanılmış xammal açıq, kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə, 55-65ОС temperaturda quruducu şkafda qurudulmalıdır. Nazik doğranmış xammal 30-40 sm qalınlığında sərilməlidir.

Xammalında nazik saplaqlı, pulcuqlu, möhkəm  meyvələri olur. Çiçəkləri açıq-yaşıldan, qızılı-yaşıla kimi dəyişır. Daxili hissəsi sıx səpinti şəklində çoxsaylı qızılı-parlaq metalabənzər hissəciklərdən ibarətdir. Acı dadlı və özünəməxsus xoş iyli olmaqla, aromatlıdır.  

Acı dadı qeyri-sabit olub, uzun müddətli saxlanılmır.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Otunun və çiçəklərinin tərkibində 0,1-1,8% efir yağı, əsasənmirsen, heranilol, linalool, aşı maddələr, flavonoidlər və digərüzvi maddələr vardır.

Sedativ, yuxugətirici, iştahgətirici və ağrıkəsicidir. Mədəni və yabanı çoxillik ot bitkisi olan adi mayaotunun şişkin meyvələri yetişən zaman keyfiyyətli xammal və dərman bitkisidir. Kombinəedilmiş dəmləmə və ekstrakt kimi "Volosedan", "Novo-Passit", "Sanason", "Urolesan" və "Nervofluks" preparatları hazırlanır.

Çiçəkləri (bütöv və bölünmüş) keyfiyyətli sedativ və ümumi bədən möhkəmləndirici dətman kimi istifadə edilir.

Yarpaqları bütöv və yaxud 3-5 bölümlüdür, qaidə hissəsi dərin ürəkşəkillidir, ucu sivriləşmiş, kənarları iri dişlidir.

Dişicikli çiçəklərin çiçəkyanlığı meyvə verənə yaxın birtərəfli böyüyəndir, qanadşəkillidir, xırda oturaq vəziciklərlə örtülüdür, qaidə hissəsində fındıqcanı əhatə edir.

Çiçəkləməsi

[redaktə | mənbəni redaktə et]

İyun.

Meyvə verməsi

[redaktə | mənbəni redaktə et]

İyun-İyul.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), Samur-Şabran oval., Alazan-Əyriçay, BQ şərq, BQ qərb, KQ, Lənk. dağ., Lənk. oval. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşə kənarında, kolluqlarda, çox vaxt çayların sahilində, hasarlar boyunca rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Tibbdə istifadə olunur, cavan zoğları yazda qidada istifadə olunur. Gövdəsi kəndir, kağız və s. hazırlanması üçün yararlıdır.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1028.