50°45′00″ şm. e. 156°21′00″ ş. u.HGYO

Şumşu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şumşu adası
rus. Oстров Шумшу́
Ümumi məlumatlar
Sahəsi 388 km²
Uzunluğu
  • 29,5 km
Eni 19,9 km
Hündür nöqtəsi 189 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
50°45′00″ şm. e. 156°21′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Arxipelaq
Akvatoriya
Şumşu adası xəritədə
Şumşu adası
Şumşu adası
Şumşu adası xəritədə
Şumşu adası
Şumşu adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şumşu adası (yap. 占守島) — Kuril arxipelaqının şimal qrupuna daxil olan adalardan biri Kamçatka yarımadasından (Lopatka burnu) Birinci Kuril boğazı ilə ayrılır. Boğazın eni 11 km təşkil edir. Cənubdan idə Paramuşir adasından eni 2 km təşkil edən İkinci Kuril boğazı ilə ayrılır. İnzibati cəhətdən isə Saxalin vilayəti Şimali Kuril şəhər dairəsinə daxildir. XXI əsrdən adada daimi yaşayış məntəqəsi yixdur[1]. Bununla belə sərhəd zastavası və mayak fəaliyyət göstərir. Əvvəllər adada Baykov, Şutov, Şumnıy, Babuşkin, Kurbatov, Kozırevsk adlı yaşayış məntəqələri olmuşdur. Baykovda yaponların tərk edilmiş keçmiş hərbi hava limanı var. Hələ XX əsrin 90-cı illərində burada L-410 təyyarələri Elizovdan[2] uçuşlar həyata keçirirdi.

Hal-hazırda belə 1945-ci ilin izlərinə rast gəlmək olur. Burada güçləndirilmiş istehkam məntəqələri: Səngərlər, dotlar, anbarları görmək olar. Burada müxtəlif tank, təyyarə, aviasiya bombaları, güllə və silah-sursat qalıqlarını aşkarlamaq mümkündür. Hakim zirvələrdən birinə çımaqla keçiş döyüş yerini asanlıqla müşahidə etmək olar.

Ada 30 km uzunluğa və 20 km enə malildir. Adanın sahəsi 388 km², maksimal hündürlüyü isə Vısojaya dağıdır (189 m). Bu Kuuril adaları arasında ən alçağıdır. Burada çoxlu sayda şirinsulu gölləri və (ən irisi Bolşoye g.) çayları (Ozernaya, Mayaçnaya və s.) vardır.

  • Adanın aborigen əhalisi aynlar[3] olmuşdur.
  • 1711-ci ildə adanı yakutiyalı kazak İvan Kozırevski ziyarət etmişdir[4].

Simod traktadı (1855) ilə ada rəsmən Rusiya imperiyasının olmuşdur. Ancaq 1875-ci ildə imzalanmış Peterburq anlaşması ilə adalar Yaponiyanın mülkiyyəti elan edilir. Rus-yapon müharibəsində yapon əsgərləri buradan Kamçatkaya keçmişdirlər[5].

Yapon koloniyalaşması

[redaktə | mənbəni redaktə et]

1875-ci ildə adaya yaponlar köç etməyə başlayırlar. Onlsr aynlar ilə birlikdə Kataoka qəsəbəsini salırlar. Mülki əhali əsasən dəniz balıqçılığı ilə məşqul olurdu. 1910-cu ildə burada konserv zavodu inşa edilir. 1940-cı ildə adada artıq 2 000 sakin yaşayırdı. Üstəlik 8 000 hərbiçiyə sabib idi.

1945-ci il. Şumşunun işğalı

[redaktə | mənbəni redaktə et]

Şumşunun ələ keçirilməsi[6] əhəmiyyətli hadisə idi. Belə ki, yaponlar əməliyyatın başlamasından bir necə gün öncə təslim olmağa razılaşdılar. Yaponiya adada 8,5 min əsgərə və 60 tank, 100 top və digər zirehli silahlara sahib idi][7]. Adada çoxlu sayda müdafiə istehkam qurğuıarı inşa edilmişdi.

18 avqust 1945-ci ildə sovet hərbiçiləri adaya desan çıxarırlar. 23 avqustda yapon əsgərləri təslim olurlar.

Baykov qəsəbəsi.

Adaya təşkil olunan ekspedisiyalar

[redaktə | mənbəni redaktə et]

Şumşuya təşkil edilən ekpedisiya-2014

[redaktə | mənbəni redaktə et]

Adaya hərbi-tarixi ekpedisiya 7-25 sentyabr tarixində Rusiya Müdafiə Nazirliyinin əməkdaşları Rusiya Coğrafiya Cəmiyyəti və Rusiya Axtarış Cəmiyətinin dəstəyi ilə həyata keçirilmişdir. Ekspedisiyada ümumilikdə 45 nəfər iştirak etmişdir. Hədəf hərbi texnikaların aşkarlanması, onların bərpa efilərək Rusiya muzeylərinə yerləşdirilməsi olmuşdur.

Kurilə çıxarılan desantın ilk ayaq basdığı yerlər daha ətraflı şəkildə araşdırılmışdır. Həll edici döyüşün getdiyi yerdə doqquz sovet və beş yapon əsgərinin qalıqları aşkarlanır. Yapon əsgərlərinin nəmi ölkələrinə göndərilmişdir. Burada yaponların istehsalı olan «Ka-Mi» tankı, amerikan istehsalı olan «Bell P-63 Kingcobra» bombardımancısı, yapon istehsalı olan dəmiryolu lokomativi aşkarlanaraq bəroa olunğa göndərilir. 134 ədədəd silah-sursat partladılmışdır.

Şumşuya təşkil edilən ekpedisiya- 2015

[redaktə | mənbəni redaktə et]

2015-ci ilin 26 avqust 24 sentyabr tarixlərində Rusiya Müdafiə Nazirliyinin əməkdaşları Arxivləşdirilib 2017-02-20 at the Wayback Machine nın Rusiya Coğrafiya Cəmiyyəti və Rusiya Axtarış Cəmiyətinin dəstəyi ilə ikinci ekspedisiya təşkil edilmişdir

Flora və fauna

[redaktə | mənbəni redaktə et]

Adanın sahillərində dəniz kələmi sıx şəkildə yayılmışdır. Heyvanlardan isə nerpa, tüklü və ayılatşra rast gəlinir. .

  1. "Şimali Kuril adalarına daxil olan Şumşu adasında ayılar yaşayır". 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-05.
  2. "NewKamTruth NewKamTruth". 2007-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-05.
  3. "Müqəddəs əmanət". 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-05.
  4. [https://web.archive.org/web/20200129235805/http://militera.lib.ru/h/shihsov_av/01.html Arxivləşdirilib 2020-01-29 at the Wayback Machine ВОЕННАЯ ЛИТЕРАТУРА -[ Военная история ]- Шишов А. В. Россия и Япония. История военных конфликтов]
  5. "Peterburq anlaşması 1875 il". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-05.
  6. День ТВ. "Иводзима по-русски". 2013-04-09. İstifadə tarixi: 2016-03-22.
  7. "На Камчатке готовятся отметить 60-ю годовщину десантной операции по освобождению Курильских островов". 2006-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-05.