Şoğakn
Şoğakn | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 1971 |
Baş qərargahın yeri |
"Şoğakn" zavodu (keçmiş adı: "Kristal" zavodu) — Ermənistanın ən böyük almaz emalı müəssisəsi. Ermənistanda kəsilmiş brilyantların ilk partiyası 1971-ci ilin martında Nor Açində yerləşən "Kristal" fabrikində istehsal edilmişdir. Sonrakı illərdə "Kristal" adı dəyişdirilərək "Dəzgahqayırma", daha sonra 1992-ci ildə "Şoğakn" adlandırılmışdır. Ermənistanda ilk dəfə brilyantlar "Markiz", "Oval", "Armud", həmçinin "Zümrüd", "Baget" və müxtəlif üçbucaq formalarında emal edilmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]2000-ci ilin iyul ayında "Şoğakn" zavodu özəlləşdirilmişdir. O, İsrailin böyük almaz emalı korporasiyası "L.L.D. Diamonds" MMC-nin sahibi Lev Levayev tərəfindən satın alınmışdır. 2002-ci ilin sonunda işçilərin sayı 1,200 nəfərə çatdırılmış və məhsuldarlıq ayda 25–35 min karat almaz olmuşdur.[1]
2008-ci ildə "Şoğakn" QSC-nin işinin dayandırıldığı məlum olmuşdur.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ""ШОГАКН": НОВЫЙ СТАРТ С БОЛЬШИМИ АМБИЦИЯМИ". golosarmenii.am. 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-03.