Şaqul

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İpli şaqul
Şaqul, ipdən asılmış halda

Şáqul – ipdən və ucuna bağlanmış yükdən ibarət olan qurğudur və düzgün vertikal vəziyyəti təyin etmək üçün bir vasitədir. Yerin cazibə qüvvəsinin təsiri altında ip daim eyni istiqamət alır.[1]

Demonstration pendulum used in science education, on display in the Schulhistorische Sammlung (School Historical Museum), Bremerhaven, Germany.
Almaniya, Bremerhafen şəhəri, təbii elmlər tədrisində istifadə edilən, Schulhistorische Sammlung məktəbin, tarix müzeyində nümayiş olunan rəqqas.

Şaquldan istifadə qədim Misirdə binaların tikintisində yarandığı ehtimal olunur. Üçüncü Sülalənin axır vaxtlarına aid şaqullar tapılmışdır.[2]

İngilis dilində plumb – lat. "plumbum", bu da həmin cihazın daşın yerinə qurquşunla əvəz olunması ilə izah edilir. Misirlilər E hərfinin xatırladan bir alət icad etmişdilər, E-nin yuxarı qırağından yükü, yəni şaqulu asırdılar. Aləti divara yaxın qoyaraq baxırdılar. əyər ip E-nin aşağı çıxıntısına dəyirdisə, deməli divar düz dayanıb, yəni tam vertikaldır, şaqulidir. Maraqlısı odur ki, bu faydalı alət çox güman ki əsrlər boyu unudulmuşdur və yenidən indiki zamanda qayıtdı.[3]

Səthin şaquli olub olmamasını təyin etmək lazım olan hallarda istifadə olunur. Əksər tikinti işlərində vacib alətlərdən biridir. Şaquldan düzgün istifadə etmək ardıcıllığa riayət etmək lazımdır, əks halda aparılan qeydlərdə və işin özündə qüsurların olması qaçınılmazdır.

Şaquldan istifadə zamanı ölçü aşağıdaki kimi aparılır:

  • İpin ucu ölçülən səthin ən yuxarı nöqtəsində tutulur, bəzən bunun üçün ipin ucunda xüsusi halqa və ya başqa bior əşya, istifadəni asanlaşdıran bir qulp da ola bilər.
  • Yükü buraxıb müəyyən bir səviyyədə dayanmasını gözləmək lazımdır.
  • Sonra alınmış göstəriciləri müqayisə edilir, uyğunsuzluq olarsa qeyri-dəqiqlik aşkar edlir.

Ölçülən səthdən mütləq 2–3 sm məsafə olmalıdır, şaqulun səthə toxunub göstəricinin səhv olmasına gətirib çıxara bilməsi ehtimalı olduğu üçün.

Müasir şaqul növlərinin istifadəsi üzərlərində yazılmış təlimata uyğun edilir.[4]

1)Tikinti şaqulu və ya ipli şaqul, həm də buna klassik şaqul deyilir, 2)maqnitli şaqul, 3)lazer şaqul, 4)elektron şaqul.[4]

  1. "Arxivlənmiş surət". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.
  2. https://archive.org/details/toolsweaponsillu00petr
  3. "Arxivlənmiş surət". 2020-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.
  4. 1 2 "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.