Şapur Bəxtiyar
Şapur Bəxtiyar | |
---|---|
fars. شاپور بختیار | |
| |
İranın 45-ci baş naziri | |
6 yanvar 1979 – 11 fevral 1979 | |
Baş nazir | Məhəmməd Müsəddiq |
Monarx | Məhəmməd Rza Pəhləvi |
Əvvəlki | Qulamrza Əzhəri |
Sonrakı | Mehdi Bazərgan |
Daxili İşlər Naziri | |
16 yanvar 1979 – 11 fevral 1979 | |
Əvvəlki | Abbas Qarabaği |
Sonrakı | Əhməd Səyid Cavadi |
Əmək nazirinin müavini | |
1 iyul 1952 – 9 aprel 1953 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəhrikürd, Qacar dövləti |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Süren, Fransa |
Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
Dəfn yeri |
|
Partiya |
|
Təhsili | Paris Universiteti |
Fəaliyyəti | siyasətçi |
Dini | Aqnostisizm |
Hərbi xidmət | |
Xidmət illəri | 1940-1941 |
Mənsubiyyəti | Fransa |
Qoşun növü | 30-cu artilleriya alayı |
Döyüşlər | İkinci Dünya müharibəsi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şapur Bəxtiyar (fars. شاپور بختیار) - Məhəmməd Rza Pəhləvi dövründə İranın sonuncu Baş Naziri vəzifəsində çalışmış iranlı siyasi xadim. 1991-ci ilin 6 avqust tarixində Fransanın paytaxtı Paris şəhərindəki O-dö-Sen departamentinin kommunası olan Sürendə bıçaqlanaraq qətlə yetirilmişdir. Parisin Monparnas səmtində yerləşən Monparnas qəbiristanlığında dəfn edilmişdir. O bütün ömrünü demokrat və şah mütləqiyyətinin əleyhdarı kimi yaşamışdır. Bununla belə, tarixə Pəhləvi rejiminin son Baş naziri kimi düşmüşdür. İranda dinin dövlətdən ayrı olduğu sekulyar dövlətin saxlanılması tərəfdarı olan Şapur Bəxtiyar bu fikirlərinə görə dövrünün bir çox siyasi xadimin tərəfindən tənqid edilmişdir.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Gənclik dövrü
[redaktə | mənbəni redaktə et]Şapur Bəxtiyar 1914-cü il 26 iyun tarixində İranın mərkəzində yerləşən Şəhrikürd şəhərində anadan olub. Soyadından bəlli olduğu kimi, ailəsi Bəxtiyari tayfasına məxsus idi. Onun ana tərəfdən babası 1912-ci və 1918-ci illərdə Qacar dövləti dövründə Baş nazir postunu tutmuşdu.[2][3]
7 yaşı olarkən anası vəfat etmişdir.[4] 1925-ci ildə Pəhləvi sülaləsinin əsasını qoyan Rza şah Pəhləvi mərkəzləşdirmə siyasəti yürüdür, qaşqaylar, bəxtiyarilər və digər tayfaların qüdrətini sarsıtmağa çalışırdı. Bu siyasətin qurbanlarından biri də Şapurun atası olur. O, 1934-cü ildə dörd yaxın qohumu ilə birlikdə edam edilir. Şəhrikürddə, İsfahanda və Beyrutdakı fransız məktəbində təhsil alan Şapur Bəxtiyar 1936-cı ildə Paris Universitetinin siyasi elmlər kollecinə daxil olur. [3][4]
Beyrutda və Parisdə demokratik görüşlərə yiyələnən Şapur İspaniyadakı vətəndaş müharibəsində respublikaçıların tərəfində general Frankoya qarşı vuruşur.
1940-cı ilin mayında Üçüncü Reyxin Fransaya qarşı hərbi əməliyyatlara başlaması ilə əlaqədar isə təhsilini yarımçıq qoyaraq könüllü surətdə fransız ordusuna yazılır, Fransanın məğlubiyyətindən sonra isə Müqavimət hərəkatında iştirak edir.[5][3] Fransız MEED nəşrinin verdiyi məlumata görə Bəxtiyar 18 ay Fransa Ordusunda xidmət keçib.[6]
İkinci dünya müharibəsinin bitməsindən sonra doktor diplomu alaraq İrana qayıdır. Bu illərdə İranda qarışıq siyasi proseslər cərəyan ediri. Həmin proseslərin əsas hissələrindən biri isə İran neftinin milliləşdirilməsi məsələsi idi. Əsasən bu ideyanın ətrafında formalaşan Milli Cəbhənin lideri Məhəmməd Müsəddiq 1951-ci ildə İranın Baş naziri oldu.[3]
Gedən proseslər Şapurun karyerasına da təsirsiz ötüşmür. O, 1951-ci ildə Əmək Nazirliyinin İsfahan ostanı üzrə departamentininin rəhbəri təyin edilir. Bir qədər sonra isə İran neft sənayesinin əsas mərkəzi olan Xuzistan ostanında eyni vəzifəni tutur. Məhəmməd Müsəddiq iqtidarının sonunda isə artıq nazir müavini idi.[7]
1953-cü ilin avqustunda ABŞ və Böyük Britaniya kəşfiyyat orqanlarının planlaşdırdıqları "Ayaks" əməliyyatı nəticəsində Məhəmməd Müsəddiq hökuməti devrildi və İranın demokratik inkişaf potensialına sarsıdıcı zərbə endirildi. Bundan sonra şahın bilavasitə rəhbərlik etdiyi sərt avtoritar rejim formalaşmağa başlayır.
Şapurun hakimiyyət dairələrində xeyli qohumları vardı. Şahın arvadı Soreyya da Bəxtiyari tayfasından idi. Sonralar verdiyi müsahibələrin birində iddia edir ki, məhz buna görə Məhəmməd Müsəddiqin devrilməsindən sonra ona nazir vəzifəsi təklif olunur, lakin imtina edir.[8]
1957-ci ildə yaranan və rəsmi adı Sazman-e Ettela'at va Amniyat-e Keşvar (azərb. Dövlət informasiya və təhlükəsizlik xidməti) olan SAVAK-ın ilk direktoru Teymur Bəxtiyar da Şapur Bəxtiyarın əmisi oğlu idi.
Hakimiyyətin zirvəsində bu qədər yaxın qohumlarının olmasına və yetərincə yüksək vəzifələr tutmaq imkanına baxmayaraq, Şapur Bəxtiyar müxalif mövqedə qalmaqda və şahın tənqidçisi olmaqda davam edir. O, 1960-cı ildə İkinci Milli Cəbhənin yaradılmasında əsas rol oynayan şəxslərdən biri olur. O, kifayət qədər prinsipial, lakin eyni zamanda mötədil mövqe tutur. Gəncliyində daha çox sol görüşlərin təsiri altında olsa da, yaşlandıqca ölkə reallıqlarını nəzərə alaraq konstitusiyalı monarxiya tərəfdarı kimi çıxış edir.
Lakin şah rejimi hətta belə yumşaq mövqe tutan insanlara qarşı dözümsüz idi. 1964-cü ildə Bəxtiyar Milli Cəbhənin digər liderləri ilə birlikdə həbs edilir. O, ümumiyyətlə, 1964-1977-ci illərdə dəfələrlə həbs olunur və üst-üstə 6 ilini həbsdə keçirir.[9]
70-ci illərdən başlanan etirazlar
[redaktə | mənbəni redaktə et]1970-ci illərin ikinci yarısından etibarən İranda sosial-iqtisadi vəziyyət gərginləşməyə başlayır. Şahın həyata keçirdiyi və Ağ inqilab adını alan islahatlar proqramı bir sıra kənar effektlər doğurdu. İşsizliyin artması, güclü inflyasiya, korrupsiya, azadlıqların boğulması cəmiyyətdə narazılığı artırdı. Onsuz da gərgin olan vəziyyəti şaha yarınmaq istəyən qüvvələr daha da gərginləşdirdilər. 1978-ci il yanvarın 7-də İttilaət qəzetində Ruhullah Xomeyninin əleyhinə dərc olunan məqalədə bir sıra alçaldıcı ifadələr yer almışdı. Buna etiraz olaraq ertəsi gün Qum şəhərində aksiya keçirən dini mədrəsələrin tələbələrinə atəş açıldı. Rəsmi məlumatlara görə 2 nəfər, müxalifətə görə isə 70 nəfər öldürüldü.[10]
Qumda həlak olanların 40-cı anım günü bir sıra şəhərlərdə etiraz aksiyaları keçirildi. Təbrizdə bu aksiyalar üsyan şəklini aldı. Barlar, banklar, kinoteatrlar, polis məntəqələri yandırıldı. Şəhərə yeridilən qoşun hissələrinin açdığı atəş nəticəsində rəsmi məlumatlara görə 6 nəfər, Ruhullah Xomeyni tərəfdarlarının iddiasına görə yüzlərlə adam həlak oldu.[11]
Martın 29-da artıq Təbriz qurbanlarının 40-cı anım günündə paytaxt Tehran daxil olmaqla 55 şəhərdə iğtişaşlar baş verdi. Bu zaman həlak olanların 40-cı anım günü isə artıq mayın 10-da yeni etirazlarla qeyd olundu. Sonuncu halda naməlum səbəblərdən nüfuzlu din xadimi, azərbaycanlı ayətulla Şəriətmədarinin də evi atəşə tutuldu və onun şagirdlərindən ikisi həlak oldu. O zamana qədər yumşaq müxalif mövqedə olan ayətulla bundan sonra 1906-cı il Konstitusiyasının bərpasının vacibliyi barədə bəyanat verdi.
22 iyunda Milli Cəbhənin üç lideri - Şapur Bəxtiyar, Kərim Səncabi və Dariuş Forouhar şaha açıq məktub yazaraq ölkədəki böhrana onun yanlış siyasi və iqtisadi siyasətinin səbəb olduğunu göstərdilər. Müəlliflər vəziyyətdən çıxış yolunun avtoritarizmdən imtina, təkpartiyalı sistemin ləğvi, Konstitusiya və insan azadlıqlarına hörmətdən ibarət olduğunu vurğulayırdılar.
Məhəmməd Rza Pəhləviın bəzi güzəştləri və vədləri sayəsində yaya doğru vəziyyət sakitləşdi. Hətta ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin hökumət üçün hazırladığı təhlildə İranda nəinki inqilabi, hətta inqilab ərəfəsi vəziyyət belə yoxdur yazılırdı.
Lakin avqustun 19-da Abadandakı "Reks" kinoteatrında baş verən və 500 civarında insanın həlak olması ilə nəticələnən yanğın sabitləşməyə gedən vəziyyəti kökündən dəyişdi. Yanğın SAVAK agentlərinin təqib etdikləri şəxslərin zalda gizlənməsindən sonra başlamışdı.[12]
Müxalifətin versiyasına görə, SAVAK agentləri axtardıqları adamları çölə çıxmağa məcbur etmək üçün kinoteatrı yandırmışdılar. Hakimiyyət nümayəndələri isə iddia edirdilər ki, kütlənin içində qaça bilmək üçün yanğını gizlənənlər özləri törətmiş, ancaq yaranan təlaş çoxsaylı qurbanlara səbəb olmuşdur.[13]
1978-ci ilin sonlarında şah demokratik düşərgədən birini baş nazir təyin etmək üçün danışıqlar aparır. Kərim Səncabi qəbul etmədikdə, post Şapur Bəxtiyara təklif olunur. Sonuncu təklifi qəbul etdi. Milli Cəbhə isə buna Bəxtiyarı öz sıralarından qovmaqla cavab verdi. Bəxtiyarın addımını dəstəkləyən demokratik düşərgə nümayəndələri o qədər az idilər ki, çətinliklə kabinet qura bildi və parlamentdən etimad aldı. 1979-cu il 4 yanvar tarixində Şapur Bəxtiyar monarxiyanın son Baş naziri kimi fəaliyyətə başladı.
Bəxtiyar İran monarxiyasının və ölkənin gələcək idarə üsulunu müəyyən etməkdən ötrü Müəssislər Məclisinə seçkilər keçirmək üçün 3 ay möhlət istəyirdi. O, bütün siyasi məhbusların azad edilməsi, senzuranın ləğvi, hərbi vəziyyətin şərtlərinin yumşaldılması barədə göstərişlər verdi. Etiraz aksiyaları zamanı həlak olanların ailələrinə ciddi kompensasiya vəd edildi. Yeni Baş nazir isə müsahibələrinin birində din və din xadimlərinə qarşı olmadığını, onların etiqad və ibadət azadlıqlarına hörmət etdiyini bildirirdi. Bununla belə, dinin siyasətə qarşımasının, dövlət idarəçiliyini ələ almasının əleyhinə olduğunu söyləyirdi.[14]
Məhəmməd Rza Pəhləvinin ailəsi ilə birgə İranı tərk etməsindən sonra hakimiyyət Fransadan gəlmiş Ruhullah Xomeyniyə keçir və Xomyeyni Mehdi Bazərganı İranın yeni Baş naziri kimi təyin edir. Özünü ölkəsinin leqitim Baş naziri hesab edən Şapur Bəxtiyar, Ruhullah Xomeyninin bu təyinatı ilə barışmır və qarşı tərəfi İranda din dövləti qurmaqda günahlandırır. Cəmisi 37 gün davam etmiş Baş nazirlik vəzifəsinin ardından Bəxtiyar İranı birdəfəlik tərk etməli olur və bir zamanlar təhsil aldığı Fransanın paytaxtı Paris şəhərinə yollanır.[15]
Fransa sürgünü və silsilə sui-qəsd cəhdləri
[redaktə | mənbəni redaktə et]1979-cu ildə Ruhullah Xomeyninin rəhbərliyi altında baş vermiş İran İslam İnqilabından sonra İranı tərk etməli olan Şapur Bəxtiyar bir müddət İranda gizləndikdən sonra Parisə gəlmişdir. Fransa hökumətinə etdiyi müraciət əsasında ona siyasi mühacir statusu verilmişdir.[16] O, burada İran Milli Müqavimət Hərəkatı deyilən təşkilat yaradır. İran hakimiyyət orqanları isə onu İslam Respublikasını devirmək cəhdində suçlayaraq barəsində ölüm hökmü çıxarırlar.[17]
1980-ci ilin yayında Livan vətəndaşı Anis Nəqqaşın rəhbərlik etdiyi beş nəfərlik qrup keçmiş Baş naziri öldürməyə cəhd etmişdir. Onlar Bəxtiyarın evini mühafizə edən bir polisi və qonşuda yaşayan qadını öldürdülər, başqa bir polis Bernard Vinyanı isə ağır yaralamışdılar. Polislərin göstərdiyi müqavimət nəticəsində sui-qəsdçilərin planı baş tutmamışdır.[18] 1991-ci ilin 6 avqust tarixində Şapur Bəxtiyar şəxsi katibi ilə birlikdə Parisin O-de-Sen departamentinin Süren səmtində qətlə yetirilib.[3][19] Mühafizəçiləri aldadaraq içəri daxil olan 3 nəfər onları mətbəx bıçağı ilə öldürmüşdür.[20] Şəxsiyyəti indiyə qədər naməlum qalan iki qatil İrana qaça bildi, üçüncüsü isə İsveçrədə həbs olunaraq Fransaya deportasiya edildi. Şapur Bəxtiyar Parisin Monparnas səmtində yerləşən Monparnas qəbiristanlığında dəfn edilmişdir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Yadigar Sadıqlı. "Şapur Bəxtiyar haqqında məqalə". Yadigar Sadıqlının bloqu (Azərbaycan dili). 11 fevral, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
- ↑ Darioush Bayandor. The Shah, the Islamic Revolution and the United States. Cham, Switzerland: Palgrave Macmillan. 2019. səh. 292. doi:10.1007/978-3-319-96119-4. ISBN 978-3-319-96118-7.
- ↑ 1 2 3 4 5 Dan Geist. "'A Darker Horizon': The Assassination of Shapour Bakhtiar". PBS. 6 August 2011. 9 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2016.
- ↑ 1 2 3 Cyrus Kadivar. "37 days. A cautionary tale that must not be forgotten". The Iranian. 4 March 2003. 9 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2013.
- ↑ Wolfgang Saxon (9 August 1991) "Shahpur Bakhtiar: Foe of Shah Hunted by Khomeini's Followers Arxivləşdirilib 2017-08-27 at the Wayback Machine" New York Times, retrieved 6 July 2015
- ↑ Elizabeth Collard, "IRAN", MEED, Economic East Economic Digest Ltd, 23 (1–13), 1979: 18
- ↑ Yadigar Sadıqlı. "Şapur Bəxtiyar haqqında məqalə". Yadigar Sadıqlının bloqu (Azərbaycan dili). 11 fevral, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
- ↑ Yadigar Sadıqlı. "Şapur Bəxtiyar haqqında məqalə". Yadigar Sadıqlının bloqu (Azərbaycan dili). 11 fevral, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
- ↑ Yadigar Sadıqlı. "Şapur Bəxtiyar haqqında məqalə". Yadigar Sadıqlının bloqu (Azərbaycan dili). 11 fevral, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
- ↑ Yadigar Sadıqlı. "Şapur Bəxtiyar haqqında məqalə". Yadigar Sadıqlının bloqu (Azərbaycan dili). 11 fevral, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
- ↑ David Rosenzweig. "Family of Slain Prime Minister Files Suit Against Iranian Government". Los Angeles Times. 8 August 2001. 11 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2016.
- ↑ Yadigar Sadıqlı. "Şapur Bəxtiyar haqqında məqalə". Yadigar Sadıqlının bloqu (Azərbaycan dili). 11 fevral, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
- ↑ Yadigar Sadıqlı. "Şapur Bəxtiyar haqqında məqalə". Yadigar Sadıqlının bloqu (Azərbaycan dili). 11 fevral, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
- ↑ Yadigar Sadıqlı. "Şapur Bəxtiyar haqqında məqalə". Yadigar Sadıqlının bloqu (Azərbaycan dili). 11 fevral, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
- ↑ Kadivar, Cyrus, Farewell Shiraz: An Iranian Memoir of Revolution and Exile, American University in Cairo Press, 2017, səh. 161, ISBN 9781617977954
- ↑ Kaveh Basmenji. Tehran Blues: Youth Culture in Iran. Saqi. 25 January 2013. səh. 119. ISBN 978-0-86356-515-1. İstifadə tarixi: 19 May 2016.
- ↑ Yadigar Sadıqlı. "Şapur Bəxtiyar haqqında məqalə". Yadigar Sadıqlının bloqu (Azərbaycan dili). 11 fevral, 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
- ↑ "No Safe Haven: Iran's Global Assassination Campaign". Iran Human Rights. 2008. 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
- ↑ "Police thwart attempt to assassinate Bakhtiar". The Pittsburgh Press. 97, №. 25. UPI. 18 July 1980. səh. A8. 26 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2012 – news.google.com vasitəsilə.
- ↑ Hooman Bakhtiar. "Obama's Sanctions Gift to an Assassin for Iran". The Wall Street Journal. 9 August 2015. 11 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 May 2016.