İqbo yəhudiləri
İqbo yəhudiləri | |
---|---|
İqbo yəhudiləri — Nigeriyanın İqbo xalqının iudaizmə etiqad edən nümayəndələri.
Yəhudi həyatı Nigeriyanın bəzi yerlərində müstəmləkəçilikdən əvvəlki dövrdən bəri sənədləşdirilmişdir, lakin iqbo xalqının İsrail mənşəli olduğunu iddia etdiyi və ya müstəmləkəçilik dövründən əvvəl iudaizmə etiqad etdiyi məlum deyil.[1][2][3][4][5] 1967–1970-ci illərdə Biafran müharibəsi zamanı və ondan sonra İqbo xalqı arasında yəhudilərlə identifikasiya daha geniş yayılmışdır.[6]
Regionda heç bir rəsmi siyahıyaalma aparılmamışdır və Nigeriyada İqbo əhalisinin hansı hissəsinin iudaizmə etirad etdiyinin dəqiq sayı məlum deyil. 2008-ci ildə ən azı 26 müxtəlif ölçülü sinaqoqa malik olan İqbo xalqının təxminən 30,000 nümayəndəsinin iudaizmin hansısa formasını tətbiq etdiyi bildirilir [7] 2021-ci ildə Nigeriyada təxminən 70 fəal icmadan ibarət təxminən 12,000–15,000 nəfər əsas İqbo yəhudisinin olduğu bildirilmişdir.[8] Bundan başqa, bu istiqamətdə 2,000–3,000[9] və ən çox 5,000[10] nəfər kimi daha mühafizəkar statistikalar da verilmişdir.
Tarixilik
[redaktə | mənbəni redaktə et]Xristian təhsili almış və azad edilmiş kölə olan iqboəsilli Olauda Ekvianonun geniş təsir əldə etmiş ifadəsində iqbo xalqının mənşəyinin yəhudi köçərilərindən olduğu iddia edilmişdir. 1789-cu ildə yazılmış avtobioqrafiyasında qeyd edilmişdir:
Mənim həmvətənlərimin və yəhudilərin "Yaradılış"da təsvir olunduğu kimi, vəd edilmiş ölkəsinə çatmazdan əvvəl, hələ pastoral vəziyyət olduqları dövrdə davranış və adətlərində, xüsusən də patriarxlar haqqında üstünlük təşkil edən güclü bənzətmə məni bu xalqın digərindən törədiyini düşünməyə vadar etmişdir.[11]
Tənqidi tarixçilər Qərbi Afrika ilə bağlı XIX əsrdə və XX əsrin əvvəllərində nəşr olunmuş ədəbiyyatı nəzərdən keçirmişdilər. Onlar bu cür tarixi narrativlərin müstəmləkə və postmüstəmləkə keçmişində müxtəlif dövrlərdə onları təklif edən yazıçılar üçün hansı müxtəlif funksiyaları yerinə yetirdiyini aydınlaşdırmışdılar.[12][13]
B.e. I minilliyində yəhudilərin Böyük Səhranın ticarət mərkəzlərində olmasına heç bir şübhə yoxdur,[14] lakin iqbo xalqının tarixi yəhudi əhali ilə eyni vaxtda əlaqə saxladığına və ya hər hansı bir məqamda iudaizmi qəbul etməsinə, Avropa gücləri tərəfindən müstəmləkəçilik siyasətinə məruz qalmazdan əvvəl bu dinə etiqad etməsinə dair heç bir sübut yoxdur.[3][15][16]
Dini əməllər
[redaktə | mənbəni redaktə et]İqbo yəhudilərinin dini adətlərinə oğlan uşağının doğulmasından səkkiz gün sonra sünnət edilməsi, koşer pəhriz qanunlarına riayət edilməsi, menstruasiya zamanı kişi və qadınların ayrılması, talit və kipa geyilməsi və Roş-Ha-Şana, Yom-Küpür, Hanukka,[17] və Purim[18] kimi bayramların qeyd edilməsi daxildir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Chuku, Gloria. "Igbo historiography: Parts I, II, and III" (PDF). History Compass. 16 (10). 2018: 7–14. doi:10.1111/hic3.12489. hdl:11603/11290. 27 September 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 August 2018.
- ↑ Ezedu, F. "Science Education and Challenges of Globalization in Igbo Nation" (PDF). Us-China Education Review. B, Education Theory. David Publishing, University of Nigeria, Nsukka, Nigeria. 2013: 118. ISSN 2161-6248. 14 July 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 September 2020.
- ↑ 1 2 Lis, Daniel. "'Ethiopia shall soon stretch out her hands': Ethiopian Jewry and Igbo Identity". Jewish Culture and History (ingilis). 11 (3). 2009: 21–38. doi:10.1080/1462169X.2009.10512134.
- ↑ Afigbo, Afigbo. Ropes of Sand Studies in Igbo History and Culture University PressAfrica World Press. 1981.
- ↑ Lis, Daniel. Identity among the Igbo of Nigeria. Africa World Press. 2015.
- ↑ Afsai, Shai. "Nigeria's Igbo Jews: Jewish identity and practice in Abuja". Anthropology Today. 32 (2). 2016: 14–17, back cover. doi:10.1111/1467-8322.12239. 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
- ↑ Bruder, Edith. The Black Jews of Africa: History, Religion, Identity. Oxford University Press. 2008. səh. 143. ISBN 978-0195333565.
- ↑ "Nigerian Igbo Jewish leader arrested with Israeli visitors freed". BBC News (ingilis). 2021-08-09. 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-20.
- ↑ Afsai, Shai, "R.I. visit builds bridge with Nigeria's Igbo Jews" Arxivləşdirilib 2023-08-20 at the Wayback Machine, The Providence Journal, 15 December 2013.
- ↑ Afsai, Shai. "Nigeria's Igbo Jews: Jewish identity and practice in Abuja". Anthropology Today. 32 (2). 2016: 14–17, back cover. doi:10.1111/1467-8322.12239. 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11.
- ↑ Equiano, Olaudah. The Interesting Narrative of the Life of Olaudah Equiano, Or Gustavus Vassa, the African Written By Himself. EBook #15399. 2005.
- ↑ Sanders, Edith. "The Hamitic Hypothesis: Its Origin and Functions in Time Perspective". Journal of African History. 10 (4). 1963: 521–532. doi:10.1017/S0021853700009683. JSTOR 179896.
- ↑ Zachernuk, Philip. "Of Origins and Colonial Order: Southern Nigerians and the 'Hamitic Hypothesis' c. 1870–1970". Journal of African History. 35 (3). 1994: 427–55. doi:10.1017/s0021853700026785. JSTOR 182643.
- ↑ Hunwick, John. "Al-Mahili and the Jews of Tuwat: The Demise of a Community". Studia Islamica. 61 (61). 1985: 155–183. doi:10.2307/1595412. JSTOR 1595412.
- ↑ Ezedu, F. "Science Education and Challenges of Globalization in Igbo Nation" (PDF). Us-China Education Review. B, Education Theory. David Publishing, University of Nigeria, Nsukka, Nigeria. 2013: 118. ISSN 2161-6248. 14 July 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 September 2020.
- ↑ Chuku, Gloria. "Igbo historiography: Parts I, II, and III" (PDF). History Compass. 16 (10). 2018: 7–14. doi:10.1111/hic3.12489. hdl:11603/11290. 27 September 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 August 2018.
- ↑ Miles, William F. S., "Among the Igbos of Nigeria During the Festival of Lights" Arxiv surəti 4 sentyabr 2017 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2017-09-04 at the Wayback Machine, 2011.
- ↑ Afsai, Shai, "Hanging Haman with the Igbo Jews of Abuja" Arxivləşdirilib 2023-08-20 at the Wayback Machine, The Times of Israel, 30 April 2013.