İprit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İprit
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C₄H₈Cl₂S[1]
Molyar kütlə 0 kq[1]
Fiziki xassələri
Sıxlıq 1,37 q/sm³[2], 1,338 q/sm³[2], 1,2741 q/sm³[3]
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 13,5 °C[3], 14,45 °C[2]
Qaynama nöqtəsi 198 ± 9 °C[3], 227,8 °C[2]
Buxarın təzyiqi 9,59921 Pa[2], 14,6655 Pa[2]
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,5313[3]
Təsnifatı
CAS-da qeyd. nöm. 505-60-2
PubChem
RTECS WQ0900000
ChEBI 25434
BMT nömrəsi 2810
ChemSpider

İprit (kimyəvi adı: dixlordietilsulfid) — İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir.

Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir.

Toksiki xassələri

[redaktə | mənbəni redaktə et]

İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4–24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2–3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3–5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur.

Əgər iprit buxarları gözə düşərsə, 2–4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir.

İprit buxarları tənəffüs yollarına düşdükdə 4–12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.

İprit mədə-bağırsaq yollarına düşdükdə 30–60 dəqiqədən sonra mədədə kəskin ağrılar başlayır, ürəkbulanma və qusma baş verir. Mədə-bağırsaq zəhərlənmələri çox halda ölümlə nəticələnir.

İprit gizli təsir dövrünə malikdir və onun müddəti zəhərli maddənin dozasından, fərdi hissiyyatdan və xarici mühitin temperaturundan asılıdır.

Deqazasiya xlorlu əhəng, xloramin B və T, hipoxlorid turşusunun kalsium duzlarından ipriti neytrallaşdırmaq üçün istifadə edilir. Deqazatorlar ipriti sulfoksid və başqa maddələrə çevirir.