Sosial iş

Vikipediya, azad ensiklopediya
Mirkazım Bəy (müzakirə | töhfələr) tərəfindən edilmiş 09:29, 14 noyabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Sosial iş (ing. Social work) — Sosial iş cəmiyyətin problemli təbəqələrinin mənafeyi və sosial rifahı uğrunda vasitəçilik edən sferadır. Sosial iş peşəsi ilə sosial işçilər məşğul olur. Dünyada ilk dəfə "Sosial iş" proqramı Amsterdamda, sonralar isə Berlin və Londonda meydana gəlmişdir. Azərbaycanda isə Sosial iş peşəsinin tədrisinə 2005-ci ildən etibarən Bakı Dövlət Universitetində magistr pilləsi üzrə başlanılmışdır.

Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrin, insanların maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiəsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər. Sosial iş sahəsinin ilkin anlayışı və müdaxilə obyekti müraciətçidir(klient, benefisyar). Sosial işçilər müraciətçilərlə çalışır. Müraciətçi-problemli situasiyaya(çətin həyat şəraiti) düşmüş, həll yolunu tapa bilməyən şəxsdir və o, müəyyən bir mərhələdə yardım məqsədilə sosial işçiyə müraciət edir. Sosial işçi isə öz növbəsində müraciətçinin problemli vəziyyətini dəyərləndirir, problemin həlli üçün müraciətçinin də yanaşmalarına əsasən alternativ həll yolları axtarır. Problemin həlli yönündə sosial işçi müraciətçini sosial, psixoloji və ya hüquqi xidmətlərə yönəldir. Məhz bu nöqteyi-nəzərdən vurğulanır ki, sosial iş sahəsi insanlarla dövlət xidmətləri arasındakı münasibətləri əlçatan edir. Bu peşənin daşıyıcıları insanları öz potensiallarına arxalanmağa yönəldir, problemin kənar müşahidəçisi olmaqla qərarvericiliyi müraciətçinin öhdəsinə buraxır.

Aşağıda sosial işçilərin bir sıra fəaliyyət sahələri qeyd olunmuşdur:

-Ailə məsələləri üzrə məsləhətçi

-Pedaqoq

-Sosial tədqiqatçı

-Psixi sağlamlıq üzrə mütəxəssis

-Sosial işçi-gerontoloq (Ahıllarla çalışan sosial işçilər)

-Əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan şəxslərlə çalışan sosial işçilər

-Risk qrupları ilə çalışan sosial işçilər-Bura ruhi xəstəliklərdən əziyyət çəkənlər, zərərli maddələrin aludəçisi olan şəxslər, insan alverinin qurbanları və s. kimi qruplar daxildir.

-Ekstremal vəziyyətlərdə müdaxilə edən sosial işçilər-təbii fəlakətlərdə, hərbi-siyasi münaqişələrdə və insidentlərdə zərərçəkmişlərin rifahını təmin edir.

-Uşaq müdafiəsi sahəsində çalışan sosial işçilər

-Zorakılığa məruz qalmış şəxslərin rifahını təmin edən sosial işçilər və s.

Sosial işçilər cəmiyyətin "mikro"(fərdlər), "mezo"(qruplar) və "makro"(icmalar) səviyyələri ilə sosial müdaxilə prosesini həyata keçirərək insanların rifahını təmin edir. Sosial iş bir struktur kimi dövlətin bütün vətəndaşlarının sosial təhlükələrdən qorunmağa yönələn əhalinin müxtəlif kateqoriyalarının həyat fəaliyyətinin pozulmasının qarşısını alan bir kompleks kimi çıxış edir. Sosial işçilər fəaliyyətləri əsnasında dövlətin mövcud aktları və qanunauyğunluqlarına əsasən hərəkət etməlidir.

Sosial işin yaranma tarixi 4 mərhələyə ayrılır.

  1. I mərhələ — qədim dövrdən başlayır. Qarşılıqlı yardım və dəstək formasında sosial işin arxaik formaları yaranmışdır. Sədəqə, mərhəmət, filantropiya və xeyriyyəçilk bu dövrdə formalaşmışdır.
  2. II mərhələ — XIX əsrin sonu və XX əsrin əvvələrində sosial iş ayrıca peşə kimi formalaşmışdır.
  3. III mərhələ — 80-ci illərdə sosial işin insan hüquqlarının müdafiəsi kimi dərk edilməsi formalaşır. Bununla bağlı 1948-ci ildə qəbul edilmiş Ümumidünya İnsan Hüquqları Bəyannaməsi və digər insan hüquqları sənədlərində əks olunmuş hüquqlar sosial işin fəaliyyət sahəsində xüsusi yer tutmağa başlayır.
  4. IV — mərhələ 80-ci illərin sonu və 90-cı illərin əvvələrində sosial işin nəzəriyyəsi tam formalaşır. Və bununla dünya eliminə daha bir elm sahəsi əlavə olunur.

Hələ eramızdan əvvəl 1750-ci ildə qədim Babilistan hakimi Hammurapi Ədalət Kodeksini tərtib etmişdir. Qanuna daxil edilmiş əsas qanunlardan biri həbs olunan insanların bir-birinə dəstək olmalarının tələb edilməsi idi.

E.ə 1200-cü iə aid edilən qədim İudeyanın yazılı mənbələrində isə qeyd edilirdi ki, Allah yəhudilərdən yoxsul və bədbəxtlərə yardım etmələrini gözləyir. Bu qanunlar əslində ehtiyacı olan şəxslərə filantropiya (xeyriyyəçilik) əsasında yardımın göstərilməsini tənzimləyirdi ki, bu da sosial yardımın ilk formalarından birini təşkil edirdi. Filantropiya yunan sözü olub, mənası isə insan sevərik, ehtiyacı olanlara yardım mənasında istifadə olunur.

Sosial iş tarixi boyunca, işsiz və evsiz insanlara yardım məqsədilə fəaliyyət göstərmişdir. Şəkildə Amerika Birləşmiş Ştatlarında bir sosial işçinin kimsəsiz uşaqa köməklik göstərməsi təsvir olunmuşdur.

Sosial işin inkişaf etməsində dinin də böyük rolu olmuşdur. Kilsə və monastırların nəznində məktəblər, xəstəxanalar, nikahdan kənar dünyaya gəlmiş uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, yaşlı və əlilliyi olan insanlar üçün sığınacaqlar fəaliyyət göstərirdi və burada tək sosial-məişət məsələləri deyil, həm də pedaqoji vəzifələrdən hesab olunan: təhsil, peşə təhsili və digərləri həyata keçirilirdi,

lakin cəmiyyət inkişaf etdikcə yoxsulluq artıq bir ehtiyac kimi aradan qaldırılması tələb olunur, cəmiyyətdə olan insanlar tərəfindən yoxsulluq ictimai bəla hesab edilirdi. XIV əsrdən etibarən dünya dövlətləri dilənçilərin təqib edilməsi və cəzalandırılması yönündə qanunlar qəbul edirlər.1530-cu ildə Almaniyanın imperiya seymi tərəfindən yerli hakimiyyət orqanlarına hər bir icmanın öz yoxsullarını, daxili təlabat hesabına ödənilməsi barədə göstəriş verilir. Oxşar qanunlar qısa zaman ərzində Fransa, Hollandiya və digər ölkələrdə qəbul edilir. İngiltərədə fərdi şəxslərə sədəqə vermək qanunla qadağan edilmişdi.

Ceyn Adams (1860–1935) Tənzimləmə evi adlı sosial mərkəzin yaradıçısı.Amerika Birləşmiş Ştatları tarixində ən böyük sosial işçilərdən biri hesab edilir.

Sağlam yoxsullar işləməi, xəstələr isə kilsələr tərəfində idarə olunan, xüsusi sığınacaqlarda saxlanmalı idilər. Dilənçiliklə mübarizədə cəmiyyətin fəal iştirak etməsi, qısa zamanda İngiltərə və digər ölkələrdə dilənçilərin sayının azalmasıa səbəb olmuşdur. Xəstələrə, uşaqlara, məhkumlara qayğının göstərilməsi filantropiya hərəkatının əsas qayəsini təşkil etmişdir. Qısa müddətdə Avropada qocalar evləri və uşaq evləri inşa edildi.Hamburq şəhərində siyasi iqtisadçı Byuşh və ticarətci Foxtun səyləri ilə 1778-ci ildə yoxsullar üçün ümumi qəyyumluq cəmiyyəti təşkil edildi. Cəmiyyətin yaradılmasında əsas məqsəd hər bir yoxsulun imkanı daxilində gündəlik dolanışığın təmin edilməsi idi.

Sosial iş peşə kimi XIX əsrdə yaranmışdır. İlk dəfə 1898-ci ilin yayında Kolumbia Universitetində sosial iş üzrə sinif açıldı. İngiltərədə də sosial iş demək olar ki, Amerika Birləşmiş Ştatları ilə paralel zamanda yaranmışdır. İngiltərədə ilk sosial işçilər, xəstəxana fəaliyyət göstərən şəxslər olmuşlar.1895-ci ildə Mary Stevard Royal adlı qadın Fri xəstəxanasında çalışan ilk sosial işçi olmuşdur. Bu həm də Böyük Britaniya tarixində bir ilk hesab edilmişdir.Avstraliyada sosial işin inkişafı İngiltərəAmerika Birləşmiş Ştatlarına nisbətən geç baş vermişdir.

1920-ci ildə etibarən sosial işçilər yetişmiş və yalnız 1940-cı ildə Sidney Universitetində sosial iş təlimləri başlamışdır. 1865-ci ildə İngiltərədə keşiş Vilyam Buts Xilas ordusu adlı təşkilat yaratdı. Təşkilatı əsas fəaliyyəti kasıb və kimsəsiz insanlara yardım göstərilməsi idi. XIX əsrin sonunda və XX əsrin əvvələrində könüllü xeyriyyəçilkdən elmi və peşəkar filantropiyaya keçid baş verdi. Avropada Sosial tibb Amerika Birləşmiş Ştatlarında isə Sosial iş terminləri yarandı. 1917-ci ildə Amerika Birləşmiş Ştatlarında ilk sosial işçi sahəsində fəaliyyət göstərən təşkilat qeydiyyata alındı.1921-ci ildən təşkilat yenidən təşkil edildi və adı Amerika Sosial İşçilərnin Assosiasiyaı olaraq dəyişdirildi.

Etik prinsip və dəyərləri

[redaktə | mənbəni redaktə et]

Sosial İşçinin ümumi dəyərləri:

Humanitar və demokratik ideyalara əsaslanaraq yaranan Sosial iş təcrübəsi insan ehtiyaclarını və potensialını inkişaf etdirmək üzərində fokuslaşıb. İllər keçdikcə sosial iş özündə bir sıra dəyərlər birləşdirdi: səmimilik, vicdanlıq, empatiya, rəhimdillik, peşəkarlıq, insan münasibətlərinin əhəmiyyətliyi.

Sosial İşçinin Etik Prinsipləri:

İnsan Hüquqları və İnsan Ləyaqəti

[redaktə | mənbəni redaktə et]

Sosial işçi hər bir klientin ləyaqətinə və şəxsiyyətinə və bunlardan doğan haqqlarına hörmətlə yanaşlamlı, fiziki, psixoloji, mənəvi və ruhi vəhdətini, rifahını dəstəkləməli (ön plana çəkməli) və müdafiə etməlidir. İnsan Hüquqları və İnsan Ləyaqəti dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • Öz müqəddəratını təyin etməyə hüquqa hörmət etmək – Sosial İşçi həyat tərzi və dəyərlərindən asılı olmayaraq hər bir şəxsin seçim etmək və qərar vermək hüququna hörmətlə yanaşmalıdır.
  • Güclü cəhətləri müəyyənləşdirmək və inkişaf etdirmək — Sosial İşçi klientin güclü xüsusiyyətlərini önə çəkməli və onların inkişaf etdirilməsinə səy göstərməlidir.
  • Hər bir klientlə tam bir məfhum kimi davranmaq — Sosial İşçi klientə tam bir məfhum kimi yanaşmalı, yəni onun ailəsi, yaşadığı mühit, cəmiyyət ilə yaxından maraqlanmalı və klientin həyatının bütün amillərinə nəzər yetirməlidir.
  • Hər bir insana şəxsiyyət kimi yanaşmaq – kimliyindən asılı olmayaraq Sosial İşçi klientə şəxsiyyət kimi yanaşmalı və davranmalıdır.
  • Hər bir klientə fərdi yanaşmaq — Sosial İşçi hər bir klientə fərdi yanaşmalı, eyni problemli klientlərlə onların xüsusiyyətlərinə uyğun davranmalıdır.
  • Məxfiliyi saxlamaq — Sosial İşçi klientin verdiyi cəmiyyətə və ya ikinci bir şəxsə ziyan vurmayacaq məlumatını gizli saxlamalıdır.

Sosial Ədalət

[redaktə | mənbəni redaktə et]

Sosial işçi cəmiyyətdə klientə qarşı törədilən ədalətsizliyə qarşı mübarizə aparmaq öhdəliyini daşıyır. Sosial Ədalət dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • Ayrı-seçkiliyə qarşı mübarizə — Sosial İşçi risk qrupuna daxil olan klientə qarşı yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, sosial-iqtisadi durumuna, siyasi inam, mədəniyyət və cinsi yönümlüyünə, dini baxışlarına görə ayrı-seçkilik etməməli və eyni zamanda, cəmiyyətdə mövcud olan bu cür ayrı-seçkiliyə qarşı mübarizə aparmalıdır.
  • Müxtəlifliyə hörmət etmək — Sosial İşçi cəmiyyətdə mövcud olan etnik və mədəni (etnik qruplara aid adət-ənənələr) müxtəlifliyi tanımalı və hörmət etməlidir.
  • Resursları ədalətlə (bərabər) bölmək — Sosial İşçi səlahiyyətində olan resursları ehtiyacı olan klientlər arasında ehtiyaca uyğun olaraq ədalətlə bölməlidir.
  • Ədalətsiz siyasi məsələlərə və hərəkatlara qarşı mübarizə — Sosial İşçi resursların ədalətsiz bölüşdürülməsi, zülümkar, ədalətsiz və məhv edici siyasətlərin, davranışların və hərəkatların mövcudluğu faktını öz müdirinin, siyasətçilərin, siyasi proqram hazırlayanların və ümumi ictimayyətin diqqətinə çatdırmaq vəzifəsi var.
  • Həmrəy olmaq — Sosial İşçi klientlərin sosial təcridliyinə, damğalanmağına və itaətçiliyinə şərait yaradan sosial şərtlərə qarşı mübarizə aparmalı və inklusiv cəmiyyətin qurulmasına çalışmalıdır.

Sosial işçilərin klientə münasibətdə etik məsuliyyəti:

[redaktə | mənbəni redaktə et]
Klientə qarşı öhdəlik
  • Sosial İşçi ilk növbədə klientin rifahını önə çəkməli və klientin maraqlarını müdafiə etməlidir.
  • Öz müqəddəratını təyin etməyə Sosial İşçi klientin həyat tərzi və dəyərlərindən asılı olmayaraq seçim etmək və qərar vermək hüququna hörmətlə yanaşmalıdır.
  • İnformasiyanın alınmasına əsaslanan razılaşma İşə başlamamışdan əvvəl Sosial işçi klientlə onun həyat situasiyası ilə bağlı hərtərəfli və dolğun məlumat verməsinə zəmanət verən yazılı razılaşma imzalanmalıdır.
  • Maraqların toqquşması Sosial işçilər ədalətli mühakimə və peşəkarlığa mane olan maraqların toqquşmasından qaçmalıdır. Maraqların real və potensial münaqişəsi yarandıqda Sosial işçilər bu haqqda klientə məlumat verməli klientin maraqlarını müdafiə edən rassional addımlar atmalıdırlar.
  • Seksual münasibətlər və cinsi zorakılıq Sosial İşçi problemlərinin həlli ilə məşğul olduğu klient ilə cinsi əlaqədə olmamalı və ona münasibətdə cinsi zorakılıq etməməlidir.
  • Məxfiliyi qorumaq Klientin verdiyi məxfi məlumatlar özünə, ikinci bir şəxsə və ya cəmiyyətə ziyan vurmayacaq təqdirdə Sosial işçilər tərəfindən gizli saxlamalıdır.
  • Xidmətlər üçün ödəniş Ödənişi təyin edərkən Sosial işçilər ödnişin əsaslı, ədalətli və həyata keçirilən xidmətlərə uyğunluğuna əmin olmalıdır. Sosial işçilər peşəkar xidmətin ödənişi müqabilində klientdən xidmət və ya əmtəə almaqdan çəkinməlidir.
  • Qərar qəbul etmək bacarığı məhdud olan klientin qərar qəbul etməsinə köməklik Qərar qəbul etmək bacarığı məhdud olan klientin adından çıxış edən Sosial işçilər klientin hüquqlarını və maraqlarını müdafiə etmək üçün əsaslı addımlar atmalıdır.
  • Xidmətlərin fasiləsi Sosial işçilər qeyri-müyəssərlik, yerdəyişmə, xəstəlik, əlillik, ölüm və başqa amillər Narahatlıq halları müşahidə olunmur.əticəsində xidmətlərin ara verilməsi hallarında xidmətlərin davam etdirilməsi üçün əsaslı addımlar atmalıdır.
  • Xidmətlərin istifadəsinin sona çatdırılması Xidmətlər və Sosial işçilərlə klientlər arasındakı peşəkar münasibətlərə artıq ehtiyac olmadıqda və klientin ehtiyaclarına və maraqlarına xidmət etmədikdə dayandırılmalıdır. Etik standartlar (müraciətçi, cəmiyyət, iş yeri, əməkdaşlar qarşısında)

Sosial işçilər klientlərə, əməkdaşlara, cəmiyyətə qarşı bir sıra etik standartları qorumalıdır.

Sosial işçilərin həmkarlarına qarşı etik məsuliyyəti:

[redaktə | mənbəni redaktə et]
  • Həmkarlarına daim hörmətlə yanaşmalıdır.
  • Ədalətsiz hərəkətlərə qarşı həmkarları müdafiə etməlidir.
  • Klientin ən yaxşı maraqları naminə həmkarlarının məsləhət və dəstəyindən yararlanmalıdır.
  • Həmkarların səriştəlilik və ixtisaslaşmış olduqları sahələr haqqında məlumatlı olmalıdır.
  • Həmkarları ilə şəxsi məqsədlər və ya hər hansı bir mövqeyin tutulması məqsədi olmadan fikir mübadiləsi aparılmalıdır.
  • Peşəkar münasibətlər zamanı həmkarları tərəfindən bölünən məxfi informasiyanın konfidensiallığını saxlamalıdır.
  • Supervayzerlə, əməkdaşlarla, həmkarlarla, tələbələrlə, trenerlərlə seksual münasibətdə olmamalı və ya cinsi təcavüz etməməlidir.
  • Digər mütəxəssislərlə, klientlərlə ünsiyyət zamanı həmkarlarına münasibətdə əsassız və neqativ tənqiddən yayınmalıdır. Əsasız, neqativ tənqidə həmkarların səriştəlilik dərəcəsi, irq, milli-etnik mənsubiyyət, cinsi oriyentasiya, yaş, ailə statusu, siyasi mənsubiyyət, din, əqli və ya fiziki əlillik kimi fərdi göstəricilərə alçadıcı şərhlər aid edilə bilinər.
  • Konsultasiya mövzusu ilə bağlı səriştə və biliyini nümayiş etdirmiş həmkarlar ilə fikir mübadiləsi aparmaq və bu mübadilə zamanı keysin müzakirəsi üçün vacib olan minimum informasiyanı verməlidir.
  • Əlavə xidmətlər tələb olunduqda, sosial işçi keyslə bağlı əsaslı dəyişikliklər edəcəyinə əmin olmadıqda və yaxud klientin digər mütəxəssislərin ixtisaslaşmış bilik və təcrübəsinə ehtiyac yarandıqda klienti digər mütəxəssisə yönəltməlidir.

Sosial işçilərin cəmiyyətə yönələn öhdəlikləri:

[redaktə | mənbəni redaktə et]
  • Sosial işçilər cəmiyyətin ümumi rifahını önə çəkməlidir.
  • Sosial işçilər sosial siyasətin və qurumların formalaşdırılmasında ictimaiyyətin rasional iştirakını dəstəkləməlidir.
  • Sosial işçilər sosial problemlər çərçivəsində ictimaiyyətin maarifləndirilməsində yaxından iştirak etməlidir.
  • Sosial işçilər sosial qanunların qəbul olunmasında yaxından iştirak etməlidir.