Robert Piri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Robert Piri
ing. Robert Edwin Peary
Doğum tarixi 6 may 1856(1856-05-06)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 20 fevral 1920(1920-02-20)[1][2][…] (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi Qütb sahələri
Təhsili
  • Boudin kolleci[d]
Mükafatları Fəxri Legion ordeninin yüksək rütbəli zabiti
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Piri (6 may 1856[1][2][…], Kresson[d], Pensilvaniya[3]20 fevral 1920[1][2][…], Vaşinqton[4][3]) — Amerika səyyahı, tədqiqatçısı

Şimal qütb tədqiqatçıları içərisində inadkarlığına və cəsurluğuna görə Robert Piriyə bərabər ikinci bir tədqiqatçı tapmaq çox çətindir. Ömrünün 23 ilini şimal qütbünə həsr etmiş Piri hər dəfə məcburi geri qayıtmasına baxmayaraq qütbü fəth etmək inamını itirməmişdir.

О, Qrenlandiyanın şimalından iki dəfə keçməklə onun müstəqil ada olmasını müəyyənləşdirmişdir. 1898-ci ildə şimal qütbünə ilk ekspedisiya Kanada Arktika arxipelaqının Qrant torpağından başlayır. Dörd dəfə qütbü fəth etməyə çalışan Piri ekspedisiyaların birində ayaq barmaqlarının yeddisi donduğundan özü tərəfindən kəsilmişdir. Kəskin iqlim şəraiti qarşıya qoyduğu məqsədin yarımçıq qalmasına səbəb olmuşdur.

1905-ci ildə о, "Ruzvelt" gəmisində yenidən şimal qütbünə yola düşür. Qrant torpağının şimal hissəsindəki Şeridan burnunda qışladıqdan sonra yazda yoluna davam edir. Lakin sınmış buzlar onun irəliləməsinə mane olur. Buna baxmayaraq heç kimin çata bilmədiyi 87006/ şimal enliyinə çatmağa müvəffəq olur. Bundan sonra ekspedisiya heyəti vətənə qayıdır.

1908-ci ildə Piri yenidən "Ruzvelt" gəmisində ekspedisiyaya çıxır. Heyət 21 nəfərdən ibarət olsa da, о, belə qərara alır ki, qütbü ancaq eskimosların köməyinə əsaslanmaqla bir neçə eskimosu ekspedisiyaya cəlb edir. Irəlidə eskimoslar ərzaq məhslları üçün anbarlar düzəltməklə 500 şaxtada irəliləyirdilər. Qütbə yaxınlaşdığını hiss edən Piri sonuncu yürüşə dörd nəfər eskimos və bir nəfər özü ilə ekspedisiyalarda daim iştirak edən zənci Xensonu götürür. Nəhayət 1909-cu il 6 aprel tarixində şimal qütbü fəth edilir. Bu münasibətlə о yazır:

"Nəhayət şimal qutbu fəth edildi. Mənim 20 illik arzum həqiqətə çevrildi."

Şimal qütbü fəth edildikdən sonra Piri orada 30 saat qalmaqla bir daha qütbə çatdığını dəqiqləşdirməklə geri qayıdır.

Robert Piri 1920-ci ildə 64 yaşında vəfat etmişdir.

Adını əbədiləşdirmək üçün Qrenlandiyanın şimalında yarımada, Kanada arxipelaqının şimalında boğaza Pirinin adı verilmişdir. O uşaqlara nağıl da söyləyirdi.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Robert Peary // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 5 Find a Grave (ing.). 1996.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118739778 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.