NEC
NEC | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | kabuşiki qaişa[d] |
Sənaye | informasiya texnologiyaları, elektronika, videooyun sənayesi[d] |
Məhsulu | aparat təchizatı |
Təsis tarixi | 17 iyul 1899 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Struktur | |
Ana şirkət | Sumitomo Group |
nec.com | |
Vikianbarda əlaqəli mediafayllar |
NEC (tələffüzü «En-i-si», yap. 日本電気株式会社, Nippon benki kabunsiki zaysya, ing. Nippon Electric Corporation) — kompüter texnikası, telekommunikasiya avadanlığı istehsal edən Yaponiya telekommunikasiya şirkətləri. Mənzil-qərargahı Tokioda yerləşir. Bu şirkət 2022-ci ildə "Fortune Global 500" siyahısında 432-ci yeri tutmuşdur.[2] NEC "Sumitomo Group"un üzvüdür.
Tarixi
[redaktə | mənbəni redaktə et]Şirkət 1899-cu ildə Tokioda açılmışdır. Fəaliyyətinin ilk illərində NEC telefon avadanlıqlarının istehsalı ilə məşğul olmuşdur,[3] lakin 1920-ci ildən başlayaraq, şirkət praktiki olaraq kommunikasiya sahəsinin bütün istiqamətlərində fəaliyyət göstərmişdir. Şirkət NEC-in mobil telefon bölməsi ilə "Casio" və "Hitachi" tərəfindən 1 aprel 2004-cü ildə yaradılmış "Casio Hitachi Mobile Communications" müəssisəsinin birləşməsi nəticəsində "NEC Casio Mobile Communications" adı altında yaradılmışdır.[4][5]
Daxili bazarda azalan səhmləri gördükdən sonra "NEC Casio" 2013-cü ilin iyul ayında smartfon istehsalı biznesindən çıxdığını elan etmişdir. Sonra 2013-cü ilin dekabrında "Casio" və "Hitachi" şirkətdəki səhmlərini NEC-ə sataraq onu NEC-in tam mülkiyyətində olan törəmə müəssisəyə çevirmişdilər.[6] Şirkət 2014-cü ilin oktyabrında adını "NEC Mobile Communications" olaraq dəyişmişdir.[7]
NEC 2015-ci ilin dekabrında 2016-cı ilin martında "NEC Mobile Communications"dan bütün mobil telefon biznesini alacağını elan etmişdir. "NEC Mobile Communications" qısa müddət sonra ləğv edilmişdir.[8]
Əməliyyatlar
[redaktə | mənbəni redaktə et]2018-ci ilin iyul ayına olan məlumata görə, NEC-in 6 əsas biznes seqmenti var: Hökumət, müəssisə, şəbəkə xidmətləri, sistem platformaları, qlobal və digərləri.[9] O, Telecom Carrier biznesinin adını dəyişdirərək Şəbəkə Xidməti adlandırıb.
NEC-in əsas törəmə şirkətlərinə aşağıdakılar daxildir:
- NEC Corporation of America
- Netcracker Technology
- NEC Display Solutions of America (2020-ci ilin iyul ayından etibarən "Sharp"a məxsusdur)
- NEC Europe
- KMD
- Avaloq
-
Renesas Electronics Europe-un Avropadakı qərargahı, Düsseldorf, Almaniya (formal olaraq NEC Electronics (Avropa))
-
Yaponiya Quru Özünümüdafiə Qüvvələri J/TPS-102 özüyeriyən yer əsaslı erkən xəbərdarlıq 3D radarı
-
NEC-in Kobe sistem mərkəzi
Məhsullar
[redaktə | mənbəni redaktə et]- NEC MobilePro – "Windows CE" ilə işləyən əl kompüteri
- "NEC Aspire" hibrid kiçik biznes telefon sistemi
- Elektrikli avtomobil akkumulyatorları[10] (Nissan, NEC Corporation və NEC TOKIN arasında birgə müəssisə olan Automotive Energy Supply Corporation)
- NEC mobil telefonu (bax: NEC e616)
- "NEC America MultiSync" monitorları və faks cihazları
- NEC rəqəmsal kino proyektoru
- NEC Home Electronics (USA), Inc. / "NEC MultiSpeed" notbuk kompüterləri, "MultiSync" seriyalı kompüter monitorları və məlumat proyektorları
- NEC Home Electronics (USA), Inc. / TV, proyeksiya TV, VCR və ev audiosu (CD, gücləndiricilər, qəbuledicilər)
- NEC Technologies, Inc. / Versa seriyasından notbuklar
- NEC Information Systems, Inc. POWERMATE dizüstü kompüterlər
- NEC Information Systems, Inc. Valuestar / NEC POWERMATE hibrid kompüter
- NEC (Bölmə bilinmir) Maşın Stereoları və Açarsız Giriş Sistemləri
- Oyun konsolları:
- FK mühərriki (ABŞ-də "TurboGrafx-16") və bütün əlaqəli avadanlıq və davamçıları; "Hudson Soft" tərəfindən birgə istehsal edilmişdir.
- "PC-Engine GT" (ABŞ-də "TurboExpress")
- "PC-Engine Duo" (ABŞ-də "TurboDuo")
- PC-FX
- Fərdi kompüterlər:
- PC-6000 series
- PC-6600 series
- PC-8000 series
- PC-8800 series
- PC-9800 series, həmçinin PC-98
- Mikroprosessorlar:
Müdafiə məhsullarına aşağıdakılar daxildir:
- J/TPS-102 yerüstü özüyeriyən erkən xəbərdarlıq 3D radarı (YQÖQ)
- Genişzolaqlı çoxməqsədli radio sistemi (JGSDF)
- Təkmil Döyüş Piyada Avadanlıq Sistemi [ACIES] (YÖQ) – Əsas subpodratçı
- Howa tüfəng sistemi (YÖQ) – ACIES-in bir hissəsi kimi əsas subpodratçı
Notbuklar
[redaktə | mənbəni redaktə et]Superkompüterlər
[redaktə | mənbəni redaktə et]- 1983 – SX-1 və SX-2 superkompüterləri elan edilmişdir;
- 1989 – SX-3 təqdim edilmişdir;
- 1994 – SX-4 elan edilmişdir;
- 1999 – SX-5 təqdim edilmişdir;
- 2002 – SX-6 təqdim edilmişdir;
- 2002 – "Earth Simulator" tətbiq edilmişdir;
- 2005 – NEC SX-8 istehsala keçmişdir;
- 2006 – SX-8R elan edilmişdir;
- 2007 – SX-9 elan edilmişdir;
- 2011 – NEC SX-9-nin davamçısı elan edilmişdir;[12]
- 2013 – SX-ACE elan edilmişdir;
- 2017 – SX-Aurora TSUBASA elan edilmişdir.[13]
Nailiyyətlər
[redaktə | mənbəni redaktə et]NEC-in nailiyyətlərinə aşağıdakılar daxildir:
- Sumio İicima tərəfindən təkdivarlı karbon nanoboruların kəşf edilməsi.[14]
- geniş istifadə olunan MUX-skan test üçün dizayn metodologiyasının ixtira edilməsi (IBM tərəfindən hazırlanmış səviyyəyə həssas skan dizaynı metodologiyasından fərqli olaraq).
- bərk cisim cihazlarında bir kubit fırlanma qapısının dünyada ilk nümayişi.
- mobil telefonlarda NEC rəngli displeylər, 3G dəstəyi, ikili ekranlar və kamera modulları kimi əsas texnologiyalara öncülük.[15]
- tibbi maskalar vasitəsilə insan üzlərini aşkarlaya və fərqləndirə bilən sifətin tanınması sisteminin hazırlanması.[16]
- Kompakt disklərdən istifadə edən ilk ev konsolu videooyun sistemini buraxmışdır. Bu, kompakt diskləri ev kompüterindən kənarda interaktiv video əyləncə platforması kimi istifadə edən ilk geniş yayılmış məhsuldur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ SIPRI Arms Industry Database. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu.
- ↑ "Global 500". Fortune. As of 8/2/21. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
- ↑ Mason 1987, p. 94.
- ↑ "NEC drops its OLED business". 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15.
- ↑ "Samsung SDI to merge with Samsung OLED | OLED-Info". www.oled-info.com. 2020-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-02.
- ↑ "Lenovo hopes to dominate Japan server, PC markets". Nikkei Asian Review. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2018.
- ↑ "High-speed Undersea Cable to Link US, Asia". The Tokyo News.Net. 12 August 2014. 14 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.
- ↑ "FASTER Cable System is Ready for Service, Boosts Trans-Pacific Capacity and Connectivity". NEC.com. 2 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2016.
- ↑ "NEC to Revise Operating Segments" (PDF). 2020-06-16 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ "Nissan Nuvu". 12 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2018.
- ↑ NEC website. "Business Computers" (PDF). nec.com. December 2016. 2017-12-15 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ "NEC Developing Next Generation Vector Supercomputer(November 7, 2011): News Room | NEC". www.nec.co.jp. August 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 15, 2023.
- ↑ "NEC releases new high-end HPC product line, SX-Aurora TSUBASA". NEC. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15.
- ↑ "The Discovery of Carbon Nanotubes - Basle, 22.11.2007". www.balzan.org (italyan). 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
- ↑ "NEC and the sorrow of Japan". sentyabr 27, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyul 18, 2013.
- ↑ "Facial recognition identifies people wearing masks". January 7, 2021. January 7, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 7, 2021.