Elis Manro

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elis Manro
ing. Alice Munro
Doğum adı Alice Ann Laidlaw[5]
Doğum tarixi 10 iyul 1931(1931-07-10)[1][2][…]
Vəfat tarixi 13 may 2024(2024-05-13)[3] (92 yaşında)
Uşağı 4[4]
Təhsili
  • Qərbi Ontario Universiteti[d][4]
Fəaliyyəti yazıçı, ssenarist, romançı, hekayə yazıçısı[d], jurnalist
Fəaliyyət illəri 1950–2024
Əsərlərinin dili ingilis dili
Janr hekayə
Üzvlüyü
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri Order of Ontario
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elis Enn Manro (eləcə də Munro, ing. Alice Ann Munro; 10 iyul 1931[1][2][…]13 may 2024[3]) — Kanada yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı (2013) və Buker mükafatı (2009) laureatı.

Viktoriyada "Munro's Books" kitab mağazasının giriş qapısı

Elis Manro 1931-ci ildə fermer Erik Leydlou və məktəb müəlliməsi Enn Klark Leydlounun ailəsində anadan olub. O yeniyetmə yaşlarında yazıçılığa başlamış və özünün ilk hekayəsi olan "Kölgənin ölçüləri"ni 1950-ci ildə Qərbi Ontario universitetində ingilis dili və jurnalistika oxuyarkən nəşr etdirmişdir. Həmin dövrdə Elis ofisiant, tütünyığan və kitabxanaçı işləyirdi. 1951-ci ildə o, universitetdən ayrıldı və Ceyms Manro ilə evlənərək Vankuverə köçdü. Bu evlilikdən onun 3 qızı — Şeyla, Cenni və Andrea dünyaya gəlmişdir (1953, 1957, 1966). 1963-cü ildə cütlük Viktoriya şəhərinə köçdü və burada indiyədək fəaliyyət göstərən "Munro's Books" kitab mağazasını açdı. 1972-ci ildə Elis və Ceyms boşandılar. Elis Qərbi Ontario universitetində yazıçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Ontarioya qayıtdı. 1976-cı ildə o coğrafiyaşünas Cerald Fremlinlə ailə qurdu.

Elis Manronu "Kanadanın Çexovu" adlandırırlar. O, 13 hekayə kitabından əlavə, bir roman müəllifidir. Hekayələrində Kanadanın kiçik qəsəbələrində yaşayan insanların həyatlarından bəhs edən Manro sevgi və ölüm kimi mövzuları ön plana çıxarıb. Hekayələrin mərkəzində qadınlar dayanır. Ana-qız, qız-ana-nəvə, ata-qız münasibətləri Manro yaradıcılığının əsasını təşkil edir. Manronun qadın obrazları mədənidir, kitab oxuyandır, Virciniya Vulf, Ceyms Coysu oxuyub müzakirə edirlər. Məsələn, "Kortes Adası" hekayəsindəki kiçik gəlin obrazı yazıçı olmağa çalışır. "Bəzi qadınlar" kitabındakı "Hekayə" adlı yazısında da yazıçı olan Kristinadan danışılır.

Yazıçının Türkiyədə "The children stay" ("Çocuklar kalıyor"), "Too Much Happiness" ("Bazı kadınlar"), "Runaway" ("Kaçak") kitabları, rus dilində "Wood" ("Лес"), "Настоящая жизнь", "Жребий" və "Лицо" hekayələri çap olunub.

2009-cu ildə Elis Manro "Buker mükafatı"na layiq görülüb.

2013-cü ildə Nobel Komitəsi "müasir qısa hekayə janrındakı ustalığına görə" Elis Manronu Ədəbiyyat üzrə Nobel mükafatının qalibi elan etdi.

Qısa hekayə kitabları

[redaktə | mənbəni redaktə et]
Orijinal adı Azərbaycanca adı Yayımlandığı il Aldığı mükafat
ing. Dance of the Happy Shades Şən kölgələrin rəqsi 1968 General-qubernatorun bədii ədəbiyyat üzrə mükafatının qalibi
ing. Lives of Girls and Women Qızların və qadınların həyatı 1971
ing. Something I've Been Meaning to Tell You Sizə demək istədiyim bir şey vardı 1974
ing. Who Do You Think You Are? (ing. Beggar Maid) Sən özünü nə hesab edirsən? (Kasıb xadimə) 1978 General-qubernatorun bədii ədəbiyyat üzrə mükafatının qalibi
ing. The Moons of Jupiter Yupiterin peykləri 1982
ing. The Progress of Love Sevginin irəliləyişi 1986 General-qubernatorun bədii ədəbiyyat üzrə mükafatının qalibi
ing. Friend of My Youth Gənclik dostum 1990 Trillium kitab mükafatının qalibi
ing. Open Secrets Aşkar sirlər 1994
ing. The Love of a Good Woman Yaxşı qadının sevgisi 1998 Giller mükafatının qalibi
ing. Hateship, Friendship, Courtship, Loveship, Marriage (ing. Away From Her) Nifrət, dostluq, nəvaziş, bağlılıq, evlilik (Ondan uzaqda) 2001
ing. Runaway Qaçaq 2004 Giller mükafatının qalibi
ing. The View from Castle Rock Kastl-Rokdan baxış 2006
ing. Too Much Happiness Həddən artıq sevinc 2009
ing. Dear Life Əziz həyat 2012

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]