[go: up one dir, main page]

20 kaliumkalsiumskandium
Mg

Ca

Sr
Ümumi
Ad, İşarə, Nömrə kalsium, Ca, 20
Qrup, Dövr, Blok 2, 4, s
Xarici görünüşü
Atom kütləsi 40.078 q/mol
Elektron formulu 1s²:2s²:2p⁶:3p⁶:4s²
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 851°C °C
(1115 K, 1548 °F)
Qaynama temperaturu 1484 °C
(1757 K, 2703 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1

Kalsium (Ca) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 20-ci element. Kalsium təbiətdə bərk, gümüşü ağ metal şəklində olur. Kalsiumun birləşmələri alovu kərpici-qırmızı rəngə boyayır

Kalsium insan orqanizmində

redaktə

İnsan orqanizmində ən çox mövcud olan mineral kalsiumdur.[mənbə göstərin]

Kalsium orqanizmdəki sümükləri meydana gətirən və onları möhkəmləndirən önəmli bir elementdir. İnsan orqanizmində mövcud olan kalsiumun 99%-ni sümüklərimiz və dişlərimiz təşkil edir qalan 1% isə qan laxtalanması, sinir sisteminin bərpası və ürək döyüntülərini tənzimləyən yumşaq toxumalarda və qanda yerləşir. Kalsium sinir sisteminin normal işləməsini təmin edir sümük əriməsinin qarşısını alır. Kalsium çatışmazlığı öndə gələn problemlərdən biridir. Kalsium çatışmazlığı:

  • Əzələ və oynaq ağrıları
  • Sümük əriməsi
  • Yuxu problemləri
  • Dişdə çürüklər və diş əti xəstəlikləri kimi problemlərə səbəb olur.

Gündəlik kalsium miqdarı yaş fərqinə görə dəyişir və orta miqdar 800–1200 mg arasıdır. Ümumiyyətlə gündəlik kalsium miqdarı 1500 mg-dən artıq olmamalıdır. Çünki təcrübələr göstərir ki, artıq kalsium böyrəklərdə daş əmələ gətirir.

Kalsiumla zəngin olan qida məhsulları əsasən süd, pendir, kəsmik kimi qidalarla yanaşı həmçinin soya, fıstıq, qoz, badam, kələm, balıq və. s[1]

== Kalsium bitki və heyvan orqanizmində[mənbə göstərin] == Bitkilərdə kalsiumun miqdarı orta hesabla 0.3% olur. Pektin maddələri (qalakturon turşusunun kalsium və maqnezium duzları) bitkilərin hüceyrə divarlarının və hüceyrələrarası maddələrin tərkibinə daxildirlər.

Kalsium yosunların "xarici skeleti" üçün komponentdir: bitki toxumalarının möhkəmliyini təmin edir və bitkilərin dözümlülüyünü artırır.

Kalsium çatışmamazlılığı pektin maddələrinin köpəşiməsinə, hüceyrə divarlarının seliklənməsinə və bitkilərin çürüməsinə səbəb olur; kök sistemi zədələnir, bitkilərin yuxarı hissəsinin və cavan yarpaqların ağarması baş verir. Yeni əmələ gələn yarpaqlar əyri,kənarları düz formada olmayan, kiçik olur, səthində açıq sarımtıl ləkələr əmələ gəlir, yarpaqların kənarları aşağı qatlanır. Kalsium çatışmazlığı kəskin olduqda yeni yaranan qanadlarin yuxarı hissəsi məhv olur.

Heyvanların orqanizmində kalsium 1.9-dan 2.5 kütlə faizinə qədər olur.

Kalsium sümük skeletlərinin qurulması üçün materialdır. Kalsium karbonat koralların, ilbizlərin çanaqlarının, dəniz kirpilərinin pansireylərinin və mikroorqanizmlərin skeletlərinin tərkibinə daxil olurlar.

Təbiətdə tapılması

redaktə

Kalsium təbiətdə yalnız birləmələr şəklində tapılır. Yer qabığının kütləsinin 3.38%-ni təşkil edir.[mənbə göstərin]

Kalsium və birləşmələri

redaktə

CaCO3 - kalsium karbonat, kalsit, təbaşir, mərmər, əhəng daşı;

Ca3(PO4)2 - kalsium fosfat, fosforit, sümük unu;

Ca(NO3)2 - kalsium nitrat, kalsium şorası;

CaO - kalsium oksid, sönməmiş əhəng;

Ca(OH)2 - kalsium hidroksid, sönmüş əhəng;

Ca(OCl)2 - xlorlu əhəng, xlorid və xlorit turşularının qarışıq duzu;

CaSO4.2H2O - kaslium sulfatın kristal hidratı;

Ca(H2PO4)2 - superfosfat

Alınması

redaktə

Kalsium da qələvi metallar kimi sənayedə elektrometallurgiya üsulu ilə alınır

CaCl2 → Ca + Cl2

Fiziki xassələri

redaktə

Kalsium gümüşü-ağ rəngli, kifayət qədər bərk, metal parıltısını malik, yüngül(p=1,55q/sm³) ərimə temperaturu 851°C olan metaldır. [mənbə göstərin]

Kimyəvi xassələri

redaktə

Kalsium aktiv metaldır. Qələvi metallar kimi kerosində saxlanılır.

Qeyri-metallarla

Ca + C → CaC2 3Ca + N2 → Ca3N2

Ca + S → CaS 2Ca + O2 → 2CaO

3Ca + 2P → Ca3P2 2Ca + Cl2 → 2CaCl

Ca + 2F → CaF2 Ca + H2 → CaH2

Turşularla

Ca + 2H2O → Ca(OH)2 + H2 Ca + H2SO4(Qatı) → 4CaSO4 + 4H2O + H2S

Ca + 2HCl → CaCl2 + H2 Ca + 2HNO3 → Ca(NO3)2 + H2

Ca + 2HBr → CaBr2 + H2

İstinadlar

redaktə
  1. "Kalsiumun insan orqanizmində rolu". 2009-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-23.

Həmçinin bax

redaktə