Pele
Görünüş
Edson Arantes do Nascimento ( 23 oktyabr 1940 -cı ildə anadan olub - 2022), Pele kimi tanınan, hücumçu kimi çıxış edən, təqaüdçü braziliyalı peşəkar futbolçu və və idman meneceridir. O, bütün zamanların ən böyük oyunçusu kimi qəbul edilir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bethoven musiqi üçün doğulduğu kimi, mən də futbol üçün doğulmuşam.
D
[redaktə]- Dünyada futbol oynayan hər uşaq Pele olmaq istəyir. Onlara təkcə futbolçu kimi deyil, həm də insan kimi olmağı göstərmək kimi böyük məsuliyyətim var.
- Dünyanın gəlmiş keçmiş ən yaxşı futbolçusu Real Madridli Alfredo De Stefanodur. Maradonanın əllə atdığı qoldan başqa başla qolu yoxdur və sağ ayağıyla topa yaxşı vura bilmir. Halbuki De Stefano bütöv bir oyunçudu, bu səbəblə də o, ən böyük.
G
[redaktə]- Gəlin baş verən bütün bu qarışıqlığı, bütün bu nümayişləri unudaq və Braziliya komandasının bizim ölkə olduğunu düşünək.
H
[redaktə]- Həvəs hər şeydir. Gitara simi kimi sıx və titrəməlidir.
F
[redaktə]- Futbol ağıllı insanlar üçün sadə bir oyundur.
İ
[redaktə]- İdmançıların sahibkarlara bağlanması axmaqlıq problemidir.
- İrqçiliklə mübarizə aparmaq lazımdır , amma bu gün futbol irqlərin, dinlərin, rənglərin qarışığıdır. Hesab edirəm ki, görünən epizodlar daha çox siyasi və iqtisadi vəziyyətdən asılıdır. Bu, sosial problemdir, siyasi idarəçilərə qarşı etirazdır və sonra aqressiyaya çevrilir.
Q
[redaktə]- Qələbə nə qədər çətin olarsa, qələbənin sevinci bir o qədər çox olar
M
[redaktə]- Maradona əslində gənclər üçün nümunə deyil. Onun Allahdan bir hədiyyə, futbol oynamağı bilmək şansı var idi. Çox vəhşi həyatına baxmayaraq, hələ də ona iş vermək istəyənlər var. Bir az vicdanları olsaydı, daha belə etməzdilər. Dəyişməsə, bir daha heç vaxt iş tapa bilməyəcək. O, əla oyunçu idi, amma nümunə deyil.
- Maradona özünü əsrin ən yaxşı oyunçusu hesab edirsə, bu, onun problemidir.
- Mən Braziliyanı bütün dünyada təmsil edirəm. Hara gedirəmsə, braziliyalıları məyus etməmək üçün əlimdən gələni edirəm.
- Mən gənc olanda insanların ayağına baxırdım, bu gün mənim ayağıma baxırlar.
Ş
[redaktə]- Şans insanın ayağına bir dəfə gəlir. Mənim hər iki ayağıma minlərlə dəfə gəldi. İndi geridə qalan illərə yox vura bilmədiyim qollara görə kədərlənirəm.
U
[redaktə]- Uğur təsadüfi deyil. Bu, zəhmət, əzm, öyrənmək, öyrənmək, fədakarlıq və hər şeydən əvvəl gördüyünüz və ya etməyi öyrəndiyiniz işə sevgidir.