Ramiz Əhmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ramiz Əhmədov
2000 – 2005
bayraq
Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin sədri
bayraq2
17 avqust 2000 – 10 sentyabr 2007
Əvvəlkivəzifə təsis edildi
SonrakıRüstəm Şahsuvarov
27 noyabr 1993 – 20 oktyabr 1999
Əvvəlkivəzifə təsis edildi
Sonrakıvəzifə ləğv edildi
Rəsmi dövlət qeydiyyatlı
Yevlax Rayonu İcra Hakimiyyətinin başçısı
 – 10 iyun 1992
SonrakıRafiq Həsənov
bayraq
"Kommunist" qəzetinin baş redaktoru
bayraq2
1987 – 1988
ƏvvəlkiRəşid Mahmudov
SonrakıCəmil Əlibəyov
Şəxsi məlumatlar
Doğum tarixi 6 mart 1939(1939-03-06)
Doğum yeri
Vəfat tarixi 10 sentyabr 2007(2007-09-10) (68 yaşında)
Partiya

Ramiz Əhmədov (6 mart 1939, Zizik, Quba rayonu10 sentyabr 2007) — azərbaycanlı jurnalist və siyasətçi; Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin 1-ci sədri[1]; Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Yevlax Rayonu İcra Hakimiyyətinin başçısı, Kirovabad şəhər Gəncə rayon, Qutqaşen rayon partiya təşkilatlarının birinci katibi, "Kommunist" qəzetinin baş redaktoru.

Ramiz Haşım oğlu Əhmədov 1939-cu il martın 6-da Quba rayonunun Zizik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirmişdir. Fəlsəfə elmləri namizədi olmuşdur.

Ramiz Əhmədov 10 sentyabr 2007-ci il tarixində vəfat edib.[2]

Evli idi, 3 övladı var.

Siyasi-ictimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

"Kommunist" qəzetinin baş redaktoru, KirovabadQutqaşen rayonlarının partiya komitələrinin katibi, Yevlax rayonunun icra başçısı olub.[3]

1980-ci ildə o, Heydər Əliyevin göstərişi ilə yeni yaradılan Kirovabad şəhər, rayon partiya təşkilatının birinci katibi təyin olunmuşdur.[4]

1988-ci ildə o, Əbdürrəhman Vəzirov tərəfindən Qutqaşen rayon partiya təşkilatının birinci katibi təyin olunmuşdur.[4]

Ramiz Əhmədov Azərbaycan Kommunist Partiyası XXXII Qurultayında Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri seçilmişdir.[4]

7 fevral 1991-ci il tarixində Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr haqqında Qanun layihəsinin işlənib tamamlanması üzrə Redaksiya komissiyasının üzvü seçilmişdir.[5]

1993-cü ildə Ramiz Əhmədov Azərbaycan Kommunist Partiyasını bərpa edərək onun sədri seçilib.[6] Azərbaycan Kommunist Partiyasının ilk sədri olmuşdur. 2000-ci il noyabrın 5-də Azərbaycan Kommunist Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü olmuşdur.

  1. "Ramiz Əhmədovun anadan olduğu gün". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
  2. "Arxivlənmiş surət". 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-27.
  3. "Arxivlənmiş surət". 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-13.
  4. 1 2 3 "Arxivlənmiş surət". 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
  5. "Arxivlənmiş surət". 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-21.
  6. "Arxivlənmiş surət". 2017-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]