Pyer Paolo Pazolini
Pyer Paolo Pazolini | |
---|---|
it. Pier Paolo Pasolini | |
Doğum tarixi | 5 mart 1922[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 noyabr 1975[2][3][…] (53 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | kinorejissor, tərcüməçi, aktyor, şair, ssenarist, jurnalist, romançı, dramaturq, kino aktyoru, film tənqidçisi, yazıçı, rejissor, nasir, aktivist |
Fəaliyyət illəri | 1957-ci ildən |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0001596 |
Vikianbarda əlaqəli mediafayllar |
Pyer Paolo Pazolini (it. Pier Paolo Pasolini; 5 mart 1922[1][2][…], Boloniya[1][4] – 2 noyabr 1975[2][3][…], Lido di Ostiya[d]) — İtaliya kino rejissoru, ssenaristi, şairi və yazıçısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Pyer Paolo Pazolini 5 mart 1922-ci ildə Bolonyada anadan olmuşdur. Pazolini katolik ailəsində böyümüşdür. Amma özü özünü ateist adlandırırdı. O, tez-tez Roma Katolik Kilsəsini tənqid edirdi.
Pazolini hələ filmlərini çəkməyə başlamamış artıq məşhur idi. O, 17 yaşından şeir yazmağa başlamışdı. İlk dəfə bu şeirlər onun 19 yaşı olarkən çap olundu. O, etiraf edirdi ki, poeziya onun birinci məhəbbətidir. 1957-ci ildə "Qramşi külü" şeirlər toplusu Viareco mükafatına layiq görüldü. Pazolininin şeirləri İtaliyanın məktəb proqramına daxil edilmişdir.
Pazolininin ilk filmi "Akkatone"nin (1961) əsasını onun öz romanı təşkil edir. O, neorealizm ruhunda Roma xarabalıqlarından bəhs edirdi. 1962-ci ildə Pazolini "RoQoPaQ" filminin çəkilişlərində iştirak etdiyinə görə həbs olunmuşdu.
Sonrakı kino işlərində Pazolini, əsasən, klassik ədəbi nümunələrə müraciət edirdi. "Matfeydən İncil", "Çar Edip", "Dekameron", "Kenterberi hekayələri", "Medeya" və s. filmlər buna misal ola bilər. İkinci dünya müharibəsindən sonra Pazolini kommunist partiyasına daxil oldu. Bir müddətdən sonra azyaşlıların əxlaqsızlığına görə oradan çıxarılmışdır. Əsas səbəb o idi ki, o, öz homoseksuallığını gizlətmirdi. Buna baxmayaraq, o, ömrünün axırına qədər qəti kommunist olaraq qaldı.
Tez-tez öz filmlərində epizodik rollarda çəkilirdi. Eləcə də çəkilişlərə qeyri-peşəkar aktyorları, qohumlarını və dostlarını cəlb edirdi. "Matfeydən İncil" filmində Məryəm rolunu rejissorun anası, İsa rolunu isə İspaniyadan olan 19 yaşlı tələbə oynamışdı[5].
XX əsrin yetmişinci illərinin əvvəllərində Pazolini Şərq ölkələrinə səfər edirdi. Onun İrana, Yəmənə, Nepala etdiyi səfərlərdə məqsəd "Həyat trilogiyası" üçün ("Dekameron" (1971), "Kenterberi hekayələri" (1972) və "1001 gecənin gülü" (1974) filmlərindən ibarət) məlumatlar əldə etmək idi.
1968-ci ilin "Gənclərin kompartiyası" şeiri
[redaktə | mənbəni redaktə et]1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində işçi və tələbə hərəkatı dalğası idi. O zaman gənclərin kütləvi radikal çıxışlarının baş verməsindən və polislə toqquşmasından 1968-ci ili "tələbə inqilabı ili" adlandırırdılar[6]. Pazolini 1968-ci ilin martında Romada olan Valle Culiyadakı döyüşlərlə bağlı olaraq, elan etdi ki, o, polislərin tərəfindədir. Tələbələrin polislə toqquşması ilə bağlı olaraq o, özünün "Gənclərin kompartiyası" şeirində buna münasibətini bildirmişdir[7]. Bu zaman Pazolini solların ideyaları ilə ruhlanmış tələbələri inkar etmirdi. O, polislərlə həmfikir idi.
Şeirə dərhal tənqidi münasibət bildirildi. Başqa tərəfdən Pazolini özü müzakirələr zamanı bu şeiri heç vaxt birmənalı şəkildə qəbul etmək olmaz. Bu yalnız "təxribat"dır[8].
2008-ci ildə Müstəqil marksist nəşriyyatında "Gənclərin kompartiyası" adlı kitabça çıxır. 1968-ci ildə yazılmış həmin şeir və onun müzakirəsi, həm tənqidçilərin, həm də Pazolini və onun tərəfdaşlarının fikirləri orada öz əksini tapır.
Pazolininin qətli
[redaktə | mənbəni redaktə et]Pyer Paolo Pazolini 2 noyabr 1975-ci ildə Roma yaxınlığında yerləşən Ostiya Antika ərazisində qətlə yetirilmişdir. Onun cəsədi səhər tezdən qan içində tapılmışdı. Onun ürəyi parçalanmış, çənəsi qırılmış, sol əli sındırılmış, qulaqları yarıyacan qopardılmışdı. Onun cəsədini götürmək üçün bir neçə dəfə maşın gəlmişdi.
17 yaşlı Cüzeppe Pelozi həbs olunur və qətlə görə dindirilir. Lakin 7 may 2005-ci ildə o, qətldə əli olması barədə etirafından imtina edir. İstintaq yenidən başlanır. Aydın olur ki, cinayətdə Pelozidən başqa dörd qatil də iştirak edibmiş. "Oggi" jurnalının məlumatında görə, Pazolininin qətlində Pelozidən başqa daha iki yeniyetmə – Franko və Cüzeppe Borselino qardaşları da iştirak edib. Dördüncü cinayətkarın şəxsiyyətini aydınlaşdırmaq mümkün olmur[9].
Vilma Montezinin işilə yanaşı, bu cinayət də İtaliyanın XX əsrdəki açılmamış sirrlərindən biri olaraq qalır. Pelozi etiraf edirdi ki, o, Pazolinini öldürməyib. Təkcə cənub ləhcəsilə danışan üç gənci görüb. Onlar Pazolininin maşınının yanında öz maşınlarında oturmuşdular. Sonra isə Pazolinini "Murdar kommunist" qışqırıqları ilə öldürüblər. Pazolininin dostları etiraf edirdilər ki, "Salo və ya Sodomun 120 günü" filminin hazırlıq mərhələsində Pyer faşistlərin böyük hədə-qorxuları ilə üzləşmişdi.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Rejissor fəaliyyəti
[redaktə | mənbəni redaktə et]- Akkatone (1961) / Accattone
- Roma Ana (1962) / Mamma Roma
- Matfeydən İncil (1964) / Il Vangelo secondo Matteo
- Böyük və kiçik quşlar (1966) / Uccellacci e uccellini
- Çar Edip (1967) / Edipo re
- Teorem (1968) / Teorema
- Donuz damı (1969) / Porcile
- Medeya (1969) / Medea
- Dekameron (film, 1971) / Il Decameron
- Kenterberi hekayələri (1972) / Racconti di Canterbury
- 1001 gecənin gülü (1974) / Il fiore delle mille e una notte
- Salo və ya Sodomun 120 günü (1975) / Salò o le 120 giornate di Sodoma
Ssenarist fəaliyyəti
[redaktə | mənbəni redaktə et]- Kabiriyanın gecələri (film, 1957) / Le notti di Cabiria
- Şirin həyat (film, 1960) / La Dolce Vita
Kinoalmanaxlardakı fəaliyyəti
[redaktə | mənbəni redaktə et]- RoQoPaQ (1963) / Ro.Go.Pa.G. ("Qoyun pendiri" / "La Ricotta")
- İfritələr (1967) / Le Streghe ("Aydan görünən Yer" / "La terra vista dalla luna")
- İtalyansayağı şıltaqlıq (1968) / Capriccio all’italiana ("Bu nə buludlardır?" / "Che cosa sono le nuvole?")
- Sevgi və qəzəb (1969) / Amore e rabbia ("Kağız gülün hekayəsi" / "La sequenza del fiore di carta")
Sənədli filmləri
[redaktə | mənbəni redaktə et]- Qəzəb (1963) / La Rabbia (birinci hissə)
- Sananın divarları (1964) / Le mura di Sana
- "Matfeydən İncil" üçün Fələstində məkan seçimi (1965) / Sopraluoghi in Palestina per il vangelo secondo Matteo
- Hindistan haqqında filmə görmələr (1968) / Appunti per un film sull’India
- Çirkab haqqında romanın eskizləri (1970) / Appunti per un romanzo dell’immondeza
- Afrika səfərində görmələr (1970) / Appunti per un’Orestiade africana
- 12 dekabr (1972) / 12 dicembre
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Пазолини Пьер Паоло // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Pier Paolo Pasolini (nid.).
- ↑ 1 2 Archivio Storico Ricordi. 1808.
- ↑ "Mətləb Muxtarov. Pyer Paolo Pazolini". 2017-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-26.
- ↑ "Революции 1968 года: общество и культура". 2010-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-09.
- ↑ Франческо Барили. Июнь 1968 — «Компартия — молодёжи!» (История плохо понятого и неудачно использованного стихотворения…)//«Компартия — молодёжи!» Стихотворение 1968 года и дискуссия о нём." М.: Свободное Марксистское Издательство, 2008
- ↑ П. П. Пазолини. Апология//«Компартия — молодёжи!» Стихотворение 1968 года и дискуссия о нём." М.: Свободное Марксистское Издательство, 2008
- ↑ Коняев А. Римская шпана Arxivləşdirilib 2010-06-06 at the Wayback Machine // www.lenta.ru. — 2010. — 4 июня.
- 5 martda doğulanlar
- 1922-ci ildə doğulanlar
- Bolonyada doğulanlar
- 2 noyabrda vəfat edənlər
- 1975-ci ildə vəfat edənlər
- 53 yaşında vəfat edənlər
- Romada vəfat edənlər
- Bolonya Universitetinin məzunları
- Qızıl ayı mükafatı qazanan filmlər
- Əlifba sırasına görə film sənətçiləri
- İtaliya film rejissorları
- İtaliya şairləri
- İtaliya yazıçıları
- İtaliya ssenaristləri