Paleolit

Vikipediya, azad ensiklopediya
(Paleolit dövrü səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Fransanın Nitsa şəhəri yaxınlığında e.ə. 400000-ci ilə aid qədim yaşayış məskəni

Paleolit dövrü (yun. παλαιός paleos — qədim və λίθος litos — daş "qədim daş") — ən qədim daş dövrü.

Bu termini İngilis bioloqu və arxeoloqu John Lubbock (1834-1913) özünün 1865-ci ildə işıq üzü görmüş "Pre-historic Times" ("Tarixöncəsi zamanlar") adlı kitabında daxil edib. Bəşər tarixi işlətdikləri əsas alətlərə görə üç dövrə ayrılır: Daş dövrü, Tunc dövrüDəmir dövrü. Daş dövr özü də qədim, orta və yeni daş dövrlərdən ibarətdir; bunlar yunancadan götürülmüş terminlərlə uyğun olaraq Paleolit, Mezolit və Neolit dövrləri adını almışlar.

Paleolit dövrü daş alətlərin hominidlər tərəfindən işlənməsindən (təqribən 2,6-2,5 milyon il əvvəl) əkinçiliyin başlamasına qədər (təqribən 12-10 min il əvvəl) olan dövrü əhatə edir. Bu, bəşəriyyətin mövcud olduğu zamanın 99%-i deməkdir.

Paleolit dövründə insanlar daş alət düzəldir, lakin onu cilalamağı bilmirdilər. İlk primitiv əmək alətləri məhz Paleolit dövründə yaradılıb. Bu dövrdə insanlar bütün alətlərini daşdan, ağacdan və sümükdən hazırlamışlar.

Bu dövrdə insanın əsas məşğuliyyəti ovçuluq və yığıcılıq olmuşdur. Odun kəşf edilməsi çiy yeyilə bilməyən qidaları bişirməyə, qızınmağa, yırtıcı heyvanlardan qorunmağa imkan vermişdir.

Paleolit dövründə insanlar gil qablar (keramika) ilə tanış deyildilər. Bu dövrdə əkinçilik və heyvandarlıq yoxdu. Paleolit dövründə həyatın sosial təşkili haqqında elmin əldə etdiyi nəticələr azdır və aydın deyil.

Mağara və qaya sığınacaqlarının divarlarına çəkilən şəkillər bu dövrün nəzərə çarpan xüsusiyyətlərindəndir.

Paleolit dövrü Alt Paleolit (bacrıqlı insanın yaranmasından başlayaraq 100 min il bundan əvvəlin arası), Orta Paleolit (100 min il əvvəl ilə 35 min il əvvəlin arası) və Üst Paleolit ( 35 min il əvvəl ilə 12 min il əvvəlin arası) olaraq üç hissəyə ayrılır.

1.Alt Paleolit ilk insan tipinin yaranmasından 100 min il bundan əvvələ qədər davam etmişdir. Ən qədim insan aşağıdaki əlamətlərə görə insanabənzər meymundan fərqlənirdi: sadə işlər görə, əmək alətləri hazırlaya bilirdi. Odur ki onu "bacarıqlı insan" adlandırırdılar. İlk əmək alətləri dəyənək, sivri daş, itiuclu ağaç idi. "Bacarıqlı insan" iki ayaq üzərində hərəkət edə bilirdi; beyinləri nisbətən inkişaf etmişdi.

Ancaq ən qədim insan müasir insandan fərqli olaraq: xeyli qabağa əyilməklə iki pəncə üzərində yeriyirdi, danışa bilmir, qırıq-qırıq səslər çıxarırdı. Alət hazırlamaq, oddan istifadə, sonralar nitqin yaranması insanları heyvanlar aləmindən ayıran əsas amillər oldu. Ən qədim insanlar şüurlu surətdə deyil, təbiət qarşısında aciz qalmamaq və heyvanlardan qorunmaq üçün kiçik qruplarda birləşirdilər. Bu dəstələrin tərkibi sabit deyildi, tez-tez dəyişirdi. Belə kiçik insan kollektivi ibtidai insan sürüsü (ulu icma) adlanırdi. "Bacarıqlı insanlar" iti daş ucluqları ağaç dəstəyə bərkidərək nizə düzəldirdilər, ovladıqları heyvanların sümüklərini parçalayır, alınan itiuclu qəlpələrdən iynə, biz hazırlayırdılar, sümük və buynuzdan balıq ovu üçün qarpunlar düzəldirdilər.

2.Orta Paleolit 100 min il bundan əvval başlayıb e.ə. 40 min il bundan əvvələ qədər davam etmişdir. Orta Paleolitə aid alətlər ilk dəfə Fransada Müstye adlı yerdən tapıldığından bu dövr "Müstye mədəniyyəti" də adlanır.

3.Üst Paleolit 40 min il bundan əvvəl başlayıb, b.e.ə. XII minilliyə qədər davam etmişdir. Bu dövrdə nəhəng maral və mağara ayılarının nəsli kəsildi, müxtəlif növlü qaşovlar geniş yayıldı, "ağıllı insan"ın (Homo sapiens) yaranması başa çatdı.

Paleolit dövründə ibtidai incəsənət yarandı. Bunu buynuzdan yonulmuş heykəllər, sümük üzərindəki təsvirlər və mağara rəsmləri sübut edir.

İbtidai insanların ilk məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Onlar yabanı meyvə giləmeyvə,quş yumurtası toplayır,yeməli bitkilərin köklərini,torpaqda olan cücülərin süfrələrini qazıb çıxarırdılar. Yığıcılıqla qadınlar məşğul olurdular. İnsanların ilk əmək alətləri dəyənək,itilənmiş ağac və çapacaqlar olmuşdur. Bunlarla silahlanmış insan qrupları xırda heyvanları, iri heyvanların balalarını, xəstə və sürüdən geri qalan heyvanları ovlayırdılar.Ovçuluqla əsasən kişilər məşğul olurdular.Ən qədim insan sadə işlər görür, əmək alətləri hazırlaya bilirdi. Onların hazırladıqları ilk əmək alətləri dəyənək, sivri daş, iti uclu ağac idi

Qədim insanları heyvanlardan ayıran əsas məsələ onların əmək alətləri hazırlaması və oddan istifadə etmələri olmuşdur. Heç bir heyvan ən adi primitiv alət hazırlaya bilmədiyi kimi, oddan da qorxmaqda idi. İnsanlar ilk vaxtlar şimşək çaxması,vulkan püskürməsi, üzvi maddələrin öz-özünə yanması zamanı yanan odu götürərək istifadə edirdilər. Odu heç bir zaman sönməyə qoymurdular. Oddan isinmək, vəhşi heyvanlardan qorunmaq, yemək hazırlamaq üçün istifadə olunurdu. Odu sönməməsi üçün böyük tonqallar qalanır və qadınlar daim odun keşiyində dururdular.

Həmçinin göstərilir ki, Paleolit dövründə Kinetik dildən istifadə edilmişdir və kinetik dil Üst Paleolit dövrünə aiddir.