Çiyələk
Çiyələk | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Çiyələk |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çiyələk (lat. Fragaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Toxumları meyvənin üzərində (xaricdə) yerləşən azsaylı meyvələrdən biridir. Əksər meyvələrin toxumları meyvənin içərisində yerləşdiyi halda çiyələk istisnalıq təşkil edir.
Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Lənkəran rayonlarında bu bitkinin ehtiyatı çoxdur. Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarında isə sidikqovucu dərman kimi istifadə edilir. Çiyələk eyni zamanda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzmolmanı asanlaşdırır, qaraciyərin və kisəsinin iltihabını aradan qaldırır. Çiyələk avitaminoz xəstəliyinə qarşı da yaxşı təsir göstərir.
Əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Meşə çiyələyinin meyvələrində bir sıra vacib maddələr vardır. Bunlardan: alma, limon və xinin turşularının (2,5-4 %-ə qədər), qlükoza və saxaroza şəkərlərini (6-9,5 %), aşı maddələri (0,4 %), C vitaminini (20-50 mq %), karotini (3,5 %), pektin maddələri, dəmir duzlarını və efir yağını göstərmək olar. Yarpaqlarında isə 250-280 mq % C vitamini, 2-3 %-ə qədər aşı maddəsi, üzvi turşular vardır.
Çiyələyin qurudulmuş yarpaqlarını moruq meyvəsilə birlikdə çay kimi dəmləyib, soyuqdəymədən baş verən xəstəliklərə qarşı tərlədici dərman kimi işlədilir.
Elmi təbabətdə çiyələyin meyvələrindən və yarpaqlarından istifadə olunur. Meyvələrini tam yetişəndə quru havalı gündə toplayıb, həmin vaxta günün qabağında və ya çadır altında, yaxud peç üzərində qurudurlar. Yarpaqlarını bitki çiçəkləyən fazada toplayıb kölgəli yerdə və ya quru havalı binalarda qurudurlar. Qurudulmuş meyvələrini və yarpaqlarını havası daim dəyişilən, quru havalı binalarda saxlamaq lazımdır.
Çiyələyin təzə dərilmiş meyvələrindən və onlardan hazırlanan şərbətdən son dərəcə faydalı dietik vasitə kimi istifadə olunur.
Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib, öd yolları xəstəliklərində ödqovucu, böyrək xəstəliklərində və böyrəkdə daş əmələ gəlmə zamanı daşı salmaq məqsədilə, eləcə də podaqrada və uşaqlıq qanaxmalarında qankəsici və şəfaverici dərman kimi istifadə edilir.
Xalq təbabətində qurudulmuş yarpaqlarından və meyvələrindən çay dəmləyib, ödem xəstəliyinə qarşı müalicə məqsədilə, eləcə də sidik yollarında daş yığılan zaman daşsalıcı və iltihabı aradanqaldırıcı, həbelə sidikqovucu dərman kimi içirlər.
Xalq təbabətində təzə toplanmış çiyələk meyvələrinin şirəsindən (1:10 nisbətdə, yəni 1 q şirəni 10 q suda həll etməklə) "çiyələk suyu" hazırlayıb, körpə uşaqlarda baş verən sidik ifrazı çətinliyində sidikqovucu kimi işlədilir.
Çiyələyin təzə meyvələrindən, eləcə də qurudulmuş kökümsovlarından sulu bişirmə hazırlayıb ödqovucu dərman kimi qəbul edilir. Kökümsovlarını toplayıb soyuq suda yuyub qurudandan sonra çay kimi dəmləyərək babasil xəstəliyinə qarşı içirlər.
Qurudulmuş meyvələrindən və yarpaqlarından çay hazırlayıb yel xəstəliyi və podaqra xəstəliklərinə qarşı içirlər. Bu məqsədlə qurudulmuş meyvələri və yarpaqları ayrı-ayrılıqda xırdalayıb qarışdırır, sonra ondan 2 xörək qaşığı 1 stəkan qaynar suda çay kimi dəmləyib gündə 2 dəfə, hər dəfə də yarım stəkan qəbul edirlər. Çiyələyin meyvələri qanazlığında və ümumi zəiflikdə eləcə də ağciyər xəstəliklərində qüvvətverici kimi çox faydalıdır.
Çiyələyin sağlamlıq üçün çox mühüm əhəmiyyəti vardır. Ondan daha geniş istifadə etmək zəruridir.
Növləri
[redaktə | mənbəni redaktə et]- Ətirli çiyələk (Fragaria moschata Duch.)
- Yaşıl çiyələk (Fragaria viridis Duch.)
{{SS|2|
- Bağ çiyələyi (Fragaria × ananassa (Weston) Duchesne)
- Fragaria ananassa subsp. cuneifolia (Nutt. ex Torr. & A. Gray) Staudt
- Fragaria australis (Rydb.) Rydb.
- Fragaria campestris Steven
- Fragaria chiloensis (L.) Duchesne
- Fragaria chiloensis subsp. lucida (E. Vilm. ex J. Gay) Staudt
- Fragaria daltoniana J. Gay
- Fragaria gracilis Losinsk.
- Fragaria mexicana Schltdl.
- Fragaria moupinensis (Franch.) Cardot
- Fragaria nilgerrensis Schltdl. ex J. Gay
- Fragaria nilgerrensis var. mairei (H. Lév.) Hand.-Mazz.
- Fragaria nilgerrensis var. nilgerrensis
- Fragaria nubicola (Hook. f.) Lindl. ex Lacaita
- Fragaria orientalis Losinsk.
- Fragaria pentaphylla Losinsk.
- Fragaria tibetica Staudt & Dickoré
- Meşə çiyələyi (Fragaria vesca L.)
- Fragaria vesca subsp. americana (Porter) Staudt
- Fragaria vesca f. bracteata (A. Heller) Staudt
- Fragaria vesca subsp. californica (Cham. & Schltdl.) Staudt
- Fragaria vesca var. crinita (Rydb.) C.L. Hitchc.
- Fragaria vesca f. helleri (Holz.) B. Boivin
- Fragaria virginiana Duchesne
- Fragaria virginiana var. canadensis (Michx.) Farw.
- Fragaria virginiana subsp. glauca (S. Watson) Staudt
- Fragaria virginiana subsp. grayana (E. Vilm. ex J. Gay) Staudt
- Fragaria virginiana var. ovalis (Lehm.) R.J. Davis
- Fragaria virginiana subsp. platypetala (Rydb.) Staudt
- Fragaria virginiana var. sibbaldifolia (Rydb.) Jeps.
- Fragaria virginiana var. terrae-novae (Rydb.) Fernald & Wiegand
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 218. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 494.