Durnabalığılar

Vikipediya, azad ensiklopediya
(Esocidae səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Durnabalığılar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Fəsilə:
Durnabalığılar
Beynəlxalq elmi adı

Durnabalığılar (lat. Esocidae) — durnabalığıkimilər dəstəsinə aid heyvan fəsiləsi. Ovalşəkilli bədəni, möhkəm və çoxsaylı dişləri olan ağzı, ördəyəbənzər burnu ilə səciyyələnir. Bədəni uzunsov, üzəri xırda sikloid pulcuqlarla örtülüdür. Başı böyük olub, rostrumu uzun və üstdən aşağı basıqdır. Ağzı çox böyük olub, başının yarısı qədərdir. Alt çənə önə doğru uzanmışdır. Çənəarası, alt çənə, damaq, xış sümükləri üzərində və dilin üzərində yaxşı inkişaf etmiş dişləri olur. Çənələrin oynaq hissələri gözlərin dal kənarı səviyyəsində yerləşir. Bel üzgəci çox geridə yerləşir. Quyruq üzgəci haçalıdır. Qarın üzgəcləri P-A məsafəsinin tam ortasında yerləşir. Pilorik çıxıntıları yoxdur. Fəsilənin bir cinsi vardır. Fəsilədə 5 növü olan bir cins vardır. Bu növlərdən üçü Şimali Amerkanın şərq hissəsində, biri Amur çayında, biri isə Xəzər hövzəsində yaşayır.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 2003.
  2. Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. H.S.Abbasov,R.V.Hacıyev İxtiologiya.Bakı,2007 səh 211.
  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224