Devid Duxovni
Devid Duxovni | |
---|---|
ing. David Duchovny | |
Doğum adı | David William Duchovny |
Doğum tarixi | 7 avqust 1960[1][2][…] (64 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | |
Fəaliyyəti | aktyor, yazıçı, ssenarist, müğənni-mahnı yazarı, film prodüseri, televiziya prodüseri[d], kinorejissor, televiziya aktyoru, kino aktyoru, telerejissor |
Fəaliyyət illəri | 1988-ci ildən |
Təhsili | |
IMDb | ID0000141 |
davidduchovny.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Devid Uilyam Duxovni və ya Duxovnıy (ing. David Duchovny; 7 avqust 1960[1][2][…], Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyorudur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Devid Uilyam Duxovni 7 avqust 1960-cı ildə ABŞ-nin Nyu-York şəhərində doğulmuşdur.[4] Anası şotland əsilli[5], atası Amram Duxovni (1927–2003) isə rus yəhudilərindən biri olub, bir çox ktabların müəllifidir. Amram Duxovni əvvəllər soyadındakı "x" hərfini "k" kimi yazılmasını demişdi. Lakin sonralar soyadı əvvəlki kimi yazılmağa başlandı. Oğlunun adı "David" isə yəhudi peyğəmbəri Davud peyğəmbərin sözündən götürülmüşdü.[6] Devid Duxovn məktəbdə yaxşı oxumuş və Prinston Universitetinin pedaqoq fakultəsində təhsil almışdı.[7] Daha sonra Yel Universitetinin aspiranturasında təhsilini davam etdrmiş və ingilis ədəbiyyat üzrə magistrliyi oxumuşdu.[8] İlk dəfə 1987-ci ildə televiziyada yayımlanan "Löwenbräu" pivə reklamında peyda olur və cazibədarlığı sayəsində filmlərə çəkilməyə başlayır. Devid 1988-ci ildən etibarən kino karyerasına başlayır. Bir çox filmlərdə, televiziya seriallarında və sitkom janrlı seriallarda rol alır. Ən məşhur çəkildiyi serial isə Məxfi materiallar televiziya serialı olub. Bu serialda Devid "Foks Malder" rolunu canlandırır. Həmçinin, Devid Duxovni 2003-cü ilin istehsalı olan "XIII" adlı video oyundakı personajı və "Area 51" video oyunundakı "Etan Koul" adlı personajı səsləndirmişdi. 12 may 2015-ci il tarixində 12 mahnıdan ibarət olan ""Hell Or Highwater" adlı ilk albomunu çıxarmışdır.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Devid Duxovni 6 may 1997-ci ildə Tea Leoni adlı aktrisa ilə ailə həyatı qurur. Onların 24 aprel 1999-cu ildə Madeleyn Vest Duxovni adlı qızı, 15 aprel 2000-ci ildə isə Kid Miller Duxovni adlı oğlu dünyaya gəlir. Devid Duxovni bu müddətdə seksuallığın artımı olan Hiperseksuallıq adlı xəstəlikdən əziyyət çəkirdi və onlar 15 oktyabr 2008-ci ildə boşanırlar. Bu hadisədən sonra Devid şəxsi klinikada müalicə almağa başlayır.[9] Bir müddətdən sonra onlar 9 yanvar 2009-cu ildə barışırlar.[10]. Lakin 2011-ci ilin iyun ayında tərəflər arasında yaranan mübahisədən sonra onlar yenidən ayrı yaşamağa başlayırlar və 2014-cü ilin iyun ayında rəsmi olaraq boşanırlar.[11]
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]- 2014-cü ildə baş vermiş Krım böhranı hadisəsindən sonra Devid Twitter onlayn sosial şəbəkəsindəki səhifəsində "Mən indi başa düşdüm ki, əslində ukraynalıydım" sözlərini qeyd etmişdir.[12][13]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Filmlər
[redaktə | mənbəni redaktə et]İl | Ad | Rol | Qeydlər |
---|---|---|---|
1988 | İşçi qız | Tessin dostu | |
1989 | Yeni il günü | Billi | |
1990 | İnkar etmək | Con | |
1990 | Pis təsir | Klubdakılardan biri | |
1991 | Culiyanın iki sevglis var | Deniel | |
1991 | Dayənin ölümü barəsində anaya heç bir kəlmə də | Brüs | |
1991 | Heyranlıq | Rendi | |
1992 | Rubi | Ofiser Tippit | |
1992 | Bethoven | Bred | |
1992 | Qırmızı ayaqqablıın gündəliyi | Ceyk Uinters | |
1992 | Venesiya, Venesiya | Dilan | |
1992 | Çaplin | Roland "Rolli" Toteroh | |
1992 | Oğrunun xanımı | Devid Anderson | Televiziya film |
1993 | Kaliforniya | Brayn Kessler | |
1997 | Allahı canlandıraraq | Həkim Eygen Sands | |
1998 | Məxfi materiallar: Gələcək mübarizə | Foks Malder | |
2000 | Mənə qayıt | Bob Rueland | |
2001 | Evalusiya | Həkim İra Keyn | |
2001 | Model Kişi | JP Prewitt | |
2002 | Tam yan | Bill / Qas | |
2004 | Conni və Karla | Ceff | |
2004 | Keçmişin sirləri | Tom Varşav | yazıçı, rejissor |
2005 | Kişiyə inanın | Tom | |
2006 | Qəribə ördək | Tini Yesus | |
2006 | Televizor | Mike Klein | |
2007 | Yanğında nə itirdiyimizi fikirləşərək | Brayn Burke | |
2007 | Sirr | Həkim Bencamin Marris | |
2007 | Kvant halqalar | Hekayə danışan | |
2008 | Məxfi materiallar: Mən inanmaq istəyirəm | Foks Malder | |
2009 | Conessalar | Steve Jones | |
2012 | Keçilər | The Goat Man | |
2013 | Fantom | Bruni | |
2013 | Sözlərdən möhkəm | Con Fareri |
Televiziya
[redaktə | mənbəni redaktə et]İl | Ad | Rol | Qeydlər |
---|---|---|---|
1990–1991 | Əkiz zirvələr | Dennis Bryson | 3 epizod |
1992–1997 | Qırmızı ayaqqablının gündəliyi | Ceyks Uinter | 10 epizod |
1993–2002 | Məxfi materiallar | Foks Malder | 182 epizod |
1995–1996 | Lerri Sandersin Şousu | özünü canlandırır | 2 epizod |
1995–1998 | Bazar gecəsində canlı | özünü canlandırır | 2 epizod |
1996 | Freyzer | Kaller | Epizod: "Freyzer Roza aşiqdir" |
1996 | Fəza: Uzaq bucaqlar | Handsome Alvin | Epizod: "R&R" |
1997 | Simpsonlar | Foks Malder | Epizod: "Sprinqfild materialları" |
1997 | Dakmen | Riçard | Epizod: "Marşrut kanalından qız" |
2002 | Bonni ilə həyat | Conn Volkano | 2 epizod |
2003 | Böyük şəhərdə seks | Ceremyi | Epizod: "Dayandırılmış oğlan" |
2007–2014 | Kalifornikasiya | Hank Mudi | 84 epizod |
2014 | Dolça | Sem Hodiaks | 7 epizod |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Whitney B. David Duchovny // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 David Duchovny // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Trennung in Freundschaft (alm.). Gruner + Jahr, 2014. ISSN 0948-4531
- ↑ "David Duchovny Biography (1960-)". Filmreference.com. 2010-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-21.
- ↑ "My Kind of Day - David Duchovny". Radio Times. Dec 1995. 2013-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-18.
- ↑ "David Duchovny DuchovnyNet - Article: A Man and His 'X'". Duchovny.net. 1997-10-26. 2013-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-21.
- ↑ "SSDI". Ssdi.rootsweb.ancestry.com. 2010-07-15. 2013-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-21.
- ↑ Hecker, Don R. "Amram Ducovny, 75, Late-Blossoming Novelist". The New York Times. 2 Sentyabr, 2003. 2008-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May, 2010.
- ↑ "Duchovny enters rehab for sex addiction". MSNBC. 28 Avqust, 2008. 2008-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-18.
- ↑ "David Duchovny and Tea Leoni are back together". hellomagazine. 2009-12-03. 2012-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12 14.
- ↑ "David Duchovny and wife Tea Leoni separate again". Reuters. 2011-06-29. 2012-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-14.
- ↑ "I grew up thinking I was Russian only to find recently that I've been Ukrainian all along. Never too late to change". 2019-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-18.
- ↑ "Дэвид Духовны обнаружил, что он украинец". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-18.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- David Duchovny Central — Fan site
- Devid Duxovni — IMDb səhifəsi