Şahzadə Şahənşah
Şahzadə Şahənşah | |
---|---|
osman. شاهزاده شاهنشاه | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1465 |
Doğum yeri | Amasya sancaqbəyliyi, Osmanlı imperiyası |
Vəfat tarixi | 2 iyul 1511 |
Vəfat yeri | Qaraman əyaləti, Osmanlı imperiyası |
Dəfn yeri | Muradiyə külliyəsi, Bursa |
Atası | II Bəyazid |
Anası | Hüsnüşah Xatun |
Həyat yoldaşı | Mükrimə Xatun |
Uşaqları |
Şahzadə Mehmed Şahzadə Mahmud |
Şahzadə Şahənşah (1465, Amasya – 2 iyul 1511, Qaramanlı eli) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi.[1][2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Uşaqlıq illəri
[redaktə | mənbəni redaktə et]Şahzadə Şahənşah 1474-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun xanımlarından Hüsnüşah Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Şahənşah 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Qorqud, Əhməd, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Manisa sancaqbəyi təyin edildi və anası Hüsnüşah Xatunla birlikdə Manisaya yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla atası II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı.
Atasının səltənət illərində
[redaktə | mənbəni redaktə et]Qaraman sancaqbəyi olan əmisi Cem Sultanın taxt mübarizəsində məğlub olaraq Məmlüklərə sığınmasının ardından, 1483-cü ildə Qaraman sancaqbəyi təyin edildi. Üstəlik anası Hüsnüşah Xatun da Qaramanoğlu İbrahim bəyin nəslindən idi. Bu səbəblə siyasi olaraq qarışıq olan bu bölgəni uzun müddət əmin-amanlıqla idarə edə bildi.
Osmanlı ordusunun Venesiya ilə müharibədə olmasından istifadə edən və Ağqoyunlulardan aldığı dəstəklə ayaqlanan Qaramanoğlu Mustafa bəyə qarşı mübarizə apardı. Öncə Beyşəhər sancaqbəyi olan oğlu Mehmedi İçələ göndərdi. Daha sonra isə özü bölgəyə gələrək Qaramanoğlu Mustafa bəyi məğlub etdi. Məğlub olan Mustafa bəy Tarsusa gələrək gəmiylə Misirə qaçdı və Məmlüklərə sığındı. Ancaq Osmanlılarla yeni bir siyasi gərginlik yaşamaq istəməyən Məmlük sultanı Əşrəf Canbolat Mustafa bəyi edam edərək Osmanlılara təslim etdi.
Ancaq Şahzadə Şahənşah 2 iyul 1511-ci ildə Konyada anidən vəfat etdi. Ölüm səbəbi bilinməsə də, bəzi mənbələrdə onun atasının əmriylə edam edildiyi qeyd edilir. Ancaq bunun nə dərəcədə doğru olduğu məlum deyil. Belə ki, onun vəfatının ardından atası Sultan Bəyazid dərin kədərə boğulmuş, bu hadisənin ardından taxtı böyük oğlu Şahzadə Əhmədə təhvil vermək niyyətinə gəlmişdir. Beləcə, Yavuz Sultan Səlim səltənətinin ilk illərini də əhatə edən uzun taxt mübarizəsi başlamış oldu.
Ölümünün ardından Beyşəhər sancaqbəyi olan oğlu Şahzadə Mehmed onun yerinə Qaramana təyin edildi. Ancaq əmiləri arasında gedən taxt mübarizəsi əsnasında 1512-ci ildə ələ keçirilərək edam olundu.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Xanımı
[redaktə | mənbəni redaktə et]- Mükrimə Xatun (ö. 1517) — Bursa Muradiyə külliyəsində öz adına inşa olunan türbəyə dəfn edilmişdir.
Oğul övladları
[redaktə | mənbəni redaktə et]- Şahzadə Mehmed (d. 1488 — ö. 16 dekabr 1512) — Beyşəhər sancaqbəyi, atasının vəfatının ardından Qaraman sancaqbəyi oldu. 1502-ci ildə əmisi Şahzadə Abdullahın qızı Şahnisə Sultanla evlənmişdir. Ögey əmisi Yavuz Sultan Səlimin əmriylə boğularaq edam edilmişdir.
- Şahzadə Mahmud (ö. 1510)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Süreyya Mehmed Bey. Sicill-i Osmani / ed. Nuri Akbayar. — Istanbul: Tarih Vakfi Yurt Yayınlar, 1996. — P. 19. — ISBN 975-333-049-5
- Jorga Nicolae Geschichte des Osmanischen (пер. Epçeli Nilüfer). — Стамбул: Yeditepe yayınevi. — С. 263–264. — ISBN 975-6480-19-X