Roman incəsənəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Roman incəsənəti – 1066-cı ildə normanların İngiltərəni fəth etməsi ilə başlayan XII əsrdə Qotik incəsənətin ortaya çıxmasına qədər davam edən incəsənət hərəkatı. İngiltərədə Norman üslubu, Avropada isə Roman üslubu olaraq adlandırılır.

O dövrdə kilsələr və monastırlar ətrafdakı tək daş binalar idi. Böyük tavanın çəkisi divarların üzərində idi. Buna görə də, divarlar qalın və pəncərələr kiçik olurdu. Dörd divaraın üzərinə böyük tavan qoyulurdu. Buna görə Romanüslubuna "kobud" üslub deyilirdi.

Xüsusiyyətləri

Roman üslubu Roman memarlığından başqa dövrün sənət nümunələri olan həm heykəltəraşlıqda, həm də rəssamlıqda güclü üslub olaraq səciyyələnirdi. Zəburun bu dövrün ən zəngin bəzədilmiş əsərləri olan işıqlandırılmış əlyazmalarındakı səhnələrdə bu üslubun görüntülərini görmək olar. Sonuncu kilsələrdə ən çox yayılmış mövzular üçün Bizans ikonoqrafik modellərini izləməyə davam etdi, bunlar Məsihin Əlahəzrətində, Son Qiyamətdə və Məsihin Həyatından səhnələrində seçilir.

Dekorasiyaya çox əhəmiyyət verilməmiş, xüsusilə heykəllərdən istifadə edilməmişdir. Çünki bütpərəstlik qısa müddət əvvəl tərk edilmişdi və heykəllər də bütpərəstliyi xatırladırdı.

Heykəltəraşlıq dekorasiyası daha sonra Fransada başladı. Şərq incəsənətinin təsiri heykəltəraşlıq və rəsm əsərlərində hiss olunurdu. Heykəllər və şəkillər ilk növbədə bəzək üçün deyil, İncildə yazılmış hadisələri ümumi şəkildə təsvir etmək üçün istifadə olunurdu. Heykəltəraşlar və rəssamlar estetikaya o qədər də önəm vermirdilər, onlar sadəliyə qaçaraq heykəllərini və şəkillərini düzəldirdilər. Ancaq rənglər əhəmiyyətini itirmişdi, rəssamlar istədikləri rəngləri istədikləri yerdə, uyğun gəlməsələr belə istifadə etmişdirlər.

Bu hərəkat hətta XII əsrin sonlarına qədər yaşaya bilməmiş və qotika dövrü başlanmışdır.

Roman üslubunun mühüm əsərlərindən bəziləri bunlardır: Tournai Kafedralı, Murbach Benedictine Kilsəsi və Saint Trophime Kilsəsi.

İstinadlar