Rocer Federer: Redaktələr arasındakı fərq
k r2.7.2+) (Bot redaktəsi əlavə edilir: bxr:Роджер Федерер |
k r2.7.2+) (Bot redaktəsi dəyişdirilir: ckb:ڕۆجەر فێدێرێر |
||
Sətir 135: | Sətir 135: | ||
[[ca:Roger Federer]] |
[[ca:Roger Federer]] |
||
[[ceb:Roger Federer]] |
[[ceb:Roger Federer]] |
||
[[ckb:ڕۆجەر |
[[ckb:ڕۆجەر فێدێرێر]] |
||
[[cs:Roger Federer]] |
[[cs:Roger Federer]] |
||
[[cv:Роджер Федерер]] |
[[cv:Роджер Федерер]] |
14:30, 30 sentyabr 2012 tarixinə olan versiya
Rocer Federer | |
---|---|
alm. Roger Federer | |
Vətəndaşlığı | |
Doğum tarixi | 8 avqust 1981 (43 yaş) |
Doğum yeri | |
Boyu | 185 sm |
Çəkisi | 85 kq |
Karyeranın sonu | 2022 |
Cütlərdə nəticələri | |
Sayt | rogerfederer.com |
Vikianbarda əlaqəli mediafayllar |
Rocer Federer (8 avqust, 1981, İsveçrə, Bazel) – isveçrəli tennisçi.
Karyerası
İlk olaraq 1998-ci ildə professional turnirində iştirak etmişdir. Gələcəyin 1 nömrəli tennisçisi ilk turnirində 1/16 finalda Lukas Arnold Kerə məğlub olmuşdur. İlk finalını 2000-ci ildə Marsel Açıq turnirində Marc Rossetə qarşı oynamışdır və bu final oyununda 3 setdə məğlub olmuşdur.
2001-ci il
2001-ci ildə Milan İndoor turnirində ilk çempionluğunu əldə etmişdir. Həmin il o, 2 Böyük Dəbilqə serialı tennis turnirlərində - Roland Garros və Uimbldonda - 1/4 finala çıxmağa nail olmuşdur.
2002-ci il
2002-ci ildə Hamburq Master Series turnirində finalda Marat Safini udaraq çempionluğu əldə etmişdir. Bu çempionluq Rogerin 2002-ci ildə əldə etdiyi ən böyük nəaliyyəti olmuşdur.
2003-cü il
2003-cü il Rogerin ilk Böyük Dəbilqə serialı turnirində çempion olmağı ilə yadda qaldı. O, Uimbldon finalında Mark Filippoussisi məğluq etmişdir.
2004-cü il
2004-cü il Rogerin karyerasındakı ən uğurlu illərdən biri oldu. Roger 2004-cü ildə 3 Böyük Dəbilqə serialı turnirdə çempionluq əldə etmişdir. O, Avstraliya Açıq çempionatının finalında Marat Safini məğlub etmişdir. Uimbldon finalında Endi Roddiki məğlub edərək çempionluğu əldə etmişdir. Bu çempionluqla Roger Uimbldonda ikinci çempionluğunu yaşadı. İlin son Böyük Dəbilqə serialı tennis turnirini də çempionluqla başa vurdu. O, finalda keçmiş bir nömrəni - Leyton Hyuviti çətinlik çəkmədən 3 setdə məğlub etdi. Rogerin 2004-cü ildə 3 Böyük Dəbilqə serialı tennis turnirlərindən başqa Dubay Açıq, İndian Vels Master Series, Hamburg Master Series, Halle açıq, Gstaad Açıq, Kanada Master Series, Bangkok Açıq çempionatlarında çempionluqları əldə etmişdir. İlin son çempionati olan Tennis Masters Cup çempionatında finalda Leyton Hyuviti məğlub edərək çempionluğu əldə etmişdir.
2005-ci il
Roger 2005-ci ildə 2 Böyük Dəbilqə serialı tennis turnirində çempionluğu əldə etdi. Uimbldon finalında Endi Roddiki 3 setdə məğlub etdi. US Open finalında isə bir digər amerikalı tennisçini Andre Aqassini məğlub etmişdir. Bu iki çempionluqdan başqa Roger Doha Açıq, Rotterdam Açıq, Dubay Açıq, İndian Vels Master Series, Mayami Master Series, Hamburq Master Series, Halle Açıq, Sinsinatti Master Series, Banqkok Açıq çempionatlarında çempion olmuşdur.
2006-cı il
Roger 2006-cı ildə 4 Böyük Dəbilqə serialı tennis turnirlərinin 3-nü çempionluqla başa vurdu. Avstraliya Açıq çempionatinda finalda Markos Baqdatisi məğlub edərək çempionluğu əldə etdi. Uimbldon turnirinin finalında böyük rəqibi Rafael Nadalı məğlub edərək çempion oldu. US Open finalında isə Endi Roddiki məğlub edərək çempionluğu əldə etdi. Bundan başqa Roger 2006-cı ildə Doha Açıq, İndian Vels Master Series, Mayami Master Series, Halle Açıq, Kanada Master Series, Tokyo Açıq, Madrid Master Series, Bazel Açıq, Tennis Masters Cup çempionatlarinda çempionluqları əldə etmişdir.
2007-ci il
Roger 2007-ci ildə yenə üç Böyük Dəbilqə serialı tennis turnirində çempionluğu əldə etmişdir. İlin əvvəlində qazandığı Avstraliya Açıq çempionluğu onun 10-cu Böyük Dəbilqə serialı tennis turniri çempionluğu olmuşdur. Roger finalda Fernando Qonzalezi məğlub etmişdir. Rocer Roland Garros finalına çıxmağı bacarsada finaldakı rəqibi Rafael Nadalı məğlub edə bilməmişdir. Bu məğlubiyyətdən 3 həftə ötmüşdüki bu iki tennisçi Uimbldon finalında qarşı-qarşıya gəldilər. Bu dəfə çempionluğu Rocer qazandı. İlin son Böyük Dəbilqə serialı tennis turnirində Rocerin finaldaki rəqibi serbiyalı Novak Cokoviç idi. Rəqibini 3 setdə məğlub edən Roger on ikinci Böyük Dəbilqə serialı tennis turnirində çempionluq yaşadı. Bu üç çempionluqdan əlavə Roger 2007-ci ildə Dubay Açıq, Hamburg Master Series, Kanada Master Series, Sinsinati Master Series, Bazel Açıq, Tennis Masters Cup turnirlərində çempionluqları əldə etmişdir.
.
2008-ci il
Roger üçün 2008-ci il uğursuz il oldu. Rocer sadəcə bir Böyük Dəbilqə serialı tennis turnirində çempionluq yaçadı. US Open finalında Rocer rəqibi Endi Mürreyi 3 setdə məğlub etdi. Bu çempionluqdan başqa Roger sadəcə Estoril Açıq, Halle Açıq və Bazel Açıq turnirlərində çempionluqlar yaşadı.
2009-cu il
2009-cu il Roger üçün çox uğurlu il idi. Çünki Roger heç qazana bilmədiyi yeganə turnir olan Roland Garrosu da çempion olduğu turnirlərin arasına yazdırdı. Roger finalda ən böyük rəqibini 1/4 finalda məğlub edən Robin Soderlinqi məğlub etməyi bacardı. Uimbldon finalında isə Endi Roddiki 5 setdə məğlub etdi. Roger bu iki çempionluqdan başqa ATP World Tour Masters 1000 Madrid və ATP World Tour Masters 1000 Sinsinati turnirlərndə çempion olmağı bacardı.
2010-cu il
2010-cu il Roger üçür çoxda uğurlu keçmədi. Roger sadəcə bir Böyük Dəbilqə serialı tennis turnirində çempion ola bildi. Roger Avstraliya Açıq çempionatında Endi Mürreyi məğlub edərək çempionluğu əldə etdi. Bu çempionluqdan əlavə Rocer Western & Southern Financial Group Masters, Sinsinati və Stokholm Açıq turnirlərində çempionluqları əldə etdi. Beləliklə Rocer 4 Fevral 2004 tarixindən 17 Avqust 2008 tarixinədək ATP tennis reytinqində bir nömrədə qalmışdır.
2011-ci il
2011-ci ilin əvvəllərindən artıq Roger reytinqdə 2-ci pillədə idi.
İştirak etdiyi ilk turnir Avstraliya Açıq turniri oldu. 1/4 finalda əsas əzəli rəqibi hesab olunan Rafael Nadal məğlub olduqdan sonra çoxları artıq Rogeri çempion kimi görməyə başlamışdılar. Lakin yarımfinalda gözlənilmədən Novak Cokoviçə məğlub oldu.
Növbəti turnirdə Dubayda iştirak etdi. Finala kimi irəliləməsinə baxmayaraq finalda yenə də gözlənilmədən Novak Cokoviçə məğlub oldu.
Sonra isə ABŞ-da İndian-Vels tennis turnirində iştirak etdi. Yarımfinala kimi irəlilədi. Yarımfinalda rəqibi Novak Cokoviç idi. Bu oyun artıq onun üçün çox önəmli idi. Çünki reytinqdə 3-cü olan Novak əgər bir dəfə də Roger üzərində qələbə qazansa idi 2-ciliyi ələ keçirəcəkdi və bacardı. Roger 2011-ci ildə 3 dəfə ard-arda Cokoviçə məğlub oldu. Reytinqdə 3-cü pilləyə gerilədi.
Növbəti dəfə Rogeri yenə ABŞ-da gördük. Bu dəfə isə yarımfinalda Rafael Nadala məğlub oldu.
Rogerin iştirak etdiyi bu turnirlərin hamısında Novak Cokoviç çempion olmuşdur. O bu turnirlərin üçündə finalda Rafael Nadalı, birində isə Endi Mürreyi məğlub etmişdir.
İstinadlar
Şablon:Link FA Şablon:Link FA Şablon:Link FA Şablon:Link FA Şablon:Link FM Şablon:Link GA Şablon:Link GA Şablon:Link GA Şablon:Link GA