Baterst (ada)
Baterst adası | |
---|---|
ing. Bathurst Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 16,042 km² |
Uzunluğu |
|
Eni | 150 km |
Sahil uzunluğu | 1.548 km |
Hündür nöqtəsi | 350 m |
Əhalisi |
|
Yerləşməsi | |
75°10′00″ şm. e. 104°05′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Baterst ing. Bathurst Island — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. Qərbbində Devon (ada) və Kornuollis adaları yerləşir.
Coğrafiyası
Sahəsi 16 042 km² təşkil edir, bu göstəriçi ilə Adaların dünyada sahəsinə görə sıralamasında 54-cü, Kanadada isə 14-cü yeri tutur. Sahil xətdinin uzunluğu 2069 km-dir[1]. Ada hamar səthə malikdir. Bəzi yerlərdə 300–350 metr yüksəkliyə malikdir. XX əsrin 60–70 ci illərində Şimal maqnit qütbü onun ərazisində yerləşirdi. Adada çoxlu sayda yaşıl bitkilər var. Xüsusi ilə tundura bitkilərinin yaşamması üçün əlverişlidir. Burada Polar Bear Pass milli rezervarı yerləşir. Burada mamır, şibyə kiçik boylu ağaclar və otlar yetişir. 30 növ qütb quşları adada yuva qurur. Bundan əlavə ərazidə Karibu və Ağ ayıya rast gəlinir.
Tarixi
Ada 1819-cu ildə ingilis Vilyam Parri tərəfindən Şimal-Qərb keçidi tapmaq məqsədilə təşkil etdiyi ekspedisiya zamanı kəşf edilir. Ada Henri Baterstin şərəfinə adlandırılıb.
Əhalisi
Əvvəllər ada Eskimoslar məskunlaşmışdı. Hahırda isə adada yaşayış yoxdur.
Ədəbiyyat
"Enzyklopädie des Wissens" Bd.1, Köln 1990.
İstinadlar
- ↑ "Atlas of Canada. List of Islands". 2013-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-09.