Varyaqlar
Varyaqlar (yun. Βάραγγοι, qəd.skan. Vaeringjar rus. варяги) — Orta əsrlərdə Baltik dənizi zonasında yaşayan bir vikinq xalqıdır. Bizansda və Kiyev Knyazlığında muzdlu döyüşçü olaraq xidmət göstərən Varyaqlar bunun yanı sıra ticarətlə məşğul olurdular.
Baltık dənizinin şərqinə məskunlaşan Varyaqlar, buradaki çaylar boyunca materikin içlərinə doğru yayıldılar. Dəniz və çay yaxınlarında yaşayış məskənləri qurdular və burada yaşayan Slavyanlar ilə ticarətə başladılar. Slavyanlar, daha yüksək bir mədəniyyətə sahib olan Varyaqlar ilə rahat şəkildə qaynaşdı.
Varyaqların dənizçilikdəki təcrübəsi, bölgədəki çaylarda ticarətlə məşğul olmalarını asanlaşdırdı və qısa zamanda nəzarəti ələ almalarını sağladı.
Bölgəyə yerləşən Varyaqlara verilən "Rus" ismi zamanla slavyanlarla sinonim halına gəldi.[1]
Xarici keçidlər
redaktə- ↑ "Arxivlənmiş surət". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-07.