[go: up one dir, main page]

Toğrul xan (?-1203) — Kereitlərin xanı.

Toğrul xan
Şəxsi məlumatlar
Doğum tarixi 1130
Doğum yeri
Vəfat tarixi 1203[1]
Vəfat səbəbi başın kəsilməsi
Fəaliyyəti Xaqan, Xaqan, Xaqan
Dini Nestorianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

O, kereit tayfasına mənsub idi. Nəsrani təriqətinə bağlıydı. Atası Kurcakuz-Buyuruq xan, babası Markuz-Buyuruq xan idi. Özü Van xan kimi tanınırdı.

Szin Çin dövləti özünün köçəri qonşularını zəiflətmək üçün aralarında nifaq salır və daxili qarışıqlıq törədirdi. Szin imperatoru biləndə ki, yeritdiyi siyasət nəticəsində şimal-şərqdəki tatarlar əvvəlki qüdrətini xeyli dərəcədə itirib, onları silahlı müdaxilə yolu ilə darmadağın etmək qərarına gəlmiş, tatarlara arxadan zərbə endirmək üçün Toğrul xanı köməyə çağırmışdı.

Temuçin (Çingiz xan) atasının ölümündə günahkar olan tatarlardan qisas almaq üçün yaxşı fürsət düşdüyünü bildiyindən Toğrul xandan çinlilərin təklifinə razılıq verməsini xahiş etmiş və xanın razılığını almışdı. Özü isə Toğrul xanın müttəfiqi kimi müharibədə fəallıq göstərmişdi. Tatarlar darmadağın edilmiş, qəbilə öz müstəqilliyini birdəfəlik itirmişdi. Tatarlar monqolların tabeliyinə keçmişdi.

Tatarlar üzərində qələbənin səbəblərindən biri Temuçinin düşmən torpağında və qoşunlarında vəziyyətin necəliyini aşkara çıxarmaq üçün əvvəlcədən təşkil etdiyi hərbi kəşfiyyat idi. Həmin vaxtdan başlayaraq monqolların apardıqları bütün müharibələrdə hərbi kəşfiyyata xüsusi diqqət yetirilirdi. Tatarlara qarşı kampaniyada göstərilən yardıma görə Toğrul xan və Temuçinə fəxri adlar verilmişdi.Toğrul xan Szin imperatorundan "Van xan" titulu, Temuçin isə Szinin sərhəd məsələlərinə baxan nazirindən "Sərhəddə səlahiyyətli step sərkərdəsi" adı almışdı.

Temuçinin (Çingiz xanın) hərbi uğurları ona ideal step hakimi şöhrəti qazandırmışdı. Bu, vaxtilə ona yardım göstərmiş Kereit xanı Toğrulun (Van xanın) xoşuna gəlmədiyindən aralarında düşmənçilik yaranmışdı. 1203-cü ildə sabiq müttəffiqlər arasında başlayan müharibədə Temuçinin qoşunları Van xanın qoşunlarını darmadağın etmişdi.

Ailəsi

redaktə

Toğrul xanın Nilxa-Sanqum (Sanqun) və Uyku (Yeku) adlı oğlanları, Doqquz xatun adlı qızı vardı.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə